Icma.az
close
up
RU
Epşteyn və Gülənin ortaq tərəfi Cinayətkarı müdafiə etmək etikdir?”

Epşteyn və Gülənin ortaq tərəfi Cinayətkarı müdafiə etmək etikdir?”

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Dünyada ən ağır cinayətlərdə ittiham olunan şəxlərin belə vəkil tərəfindən müdafiə edilmə hüququ var. İşlənən cinayətin ağırlığına görə vəkilin işi çətinləşir. Bu baxımdan "imkansızı bacaran" adını qazanmış vəkil Reid Weingartendir. O, həm Epşteynin yüngül cəza alması, həm də FETÖ lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyasına hüquqi divar hörməsi ilə tanınıb. Milyonlarla insan onu buna görə qınayıb, tənqid edib.
Bəs bu kimi şəxsləri müdafiə etmək vəkilin peşə etikasına uyğundur?
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Demokrat.az-a deyib ki, vəkilin ağır cinayətdə ittiham olunan şəxsi müdafiə etməsi hüquq sistemi üçün normaldır və etik baxımdan qəbul olunur:
"Bu, şəxsin müdafiə hüququnun təmin olunması və ədalətli məhkəmə araşdırması üçündür və vəkilin müdafiə etdiyi şəxsi təsdiqləməsi demək deyil. Etik prinsiplərə görə vəkil maraqların toqquşmamasına diqqət etməli, məhkəməyə və qarşı tərəfə yalan deməməli, sübutları saxtalaşdırmamalı və qanunsuz məqsədlərə xidmət etməməlidir. İttihamın ağırlığı etik problem yaratmır, əsas məsələ vəkilin davranışının qanun və etik standartlara uyğun olmasıdır".
O bildirib ki, Epşteynə tətbiq olunan yumşaq cəza ilə Gülənin ekstradisiyası eyni etik kateqoriyaya aid deyil, çünki bunlar hüquqi baxımdan fərqli mexanizmlərdir:
"Epşteyn işində müzakirə olunan əsas məsələ prokurorluğun bağladığı razılaşmanın tətbiqi və şəffaflığı, həmçinin zərərçəkənlərin hüquqlarının qorunması ilə bağlı tənqidlər idi. ABŞ Ədliyyə Departamentinin OPR hesabatı da bu məsələləri vurğulayır".
Vəkil qeyd edib ki, ekstradisiya isə adətən müqavilə və daxili qanunvericilik çərçivəsində həyata keçirilir və ABŞ praktikası üzrə məhkəmə mərhələsində əsaslı şübhə və sübut standartları müzakirə olunur:
"Həmçinin icra hakimiyyəti səviyyəsində humanitar və siyasi risklər nəzərə alına bilər. Burada Epşteyn tipli yumşaq cəzanın birbaşa analoqu yoxdur, çünki cəzanın yumşaldılması adətən təhvil veriləcək ölkənin gələcək davranışına dair təminatlar (ölüm cəzası tətbiq edilməməsi və işgəncə riski) şəklində olur. “Toxunulmazlıq” hüquqi texniki termindir və ekstradisiya prosesində avtomatik müdafiə razılaşması kimi tətbiq olunmur. Beləliklə, bu iki vəziyyəti eyni etik kontekstdə müqayisə etmək düzgün deyil".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Fevral 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri