Icma.az
close
up
RU
Taleyinin yol yoldaşı

Taleyinin yol yoldaşı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paşa Babakərli – 65

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair-jurnalist Paşa Babakərlinin (Əmircanov) 65 illk yubiley mərasimi keçirildi.

Ömrünün əlamətdar günü ərəfəsində “Taleyim – yol yoldaşım” adlı növbəti kitabı işıq üzü görən söz-sənət cəfakeşini təbrik etməyə çoxsaylı qələm dostları, yaxınları və oxucuları gəlmişdilər.

Məclisi AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq tələbə yoldaşı olmuş Paşanın dəyişməz xarakter cizgilərindən, jurnalist bacarığı və şair fəhmindən bəhs etdi. P.Babakərliyə Mətbuat Şurasının yubiley diplomu təqdim olundu.

Digər çıxış edənlər – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Borçalı” İctimai-Siyasi Birliyinin sədri Dəyanət Osmanlı, ədəbiyyatşünas-alim Əsəd Cahangir, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Sahəddin Hüseynov, şair-publisist Knyaz Aslan və başqaları yubilyarın özəl keyfiyyətləri, məxsusi yaradıcılıq manerası, onu düşündürən mövzulara dair poetik və publisistik nümunələri eyni ustalıqla qələmə alması ilə bağlı fikirlərini konkret misallar əsasında bölüşdülər.

Paşa Babakərli 1960-cı ildə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində anadan olub. 1977-ci ildə bu kənddəki 2 saylı orta məktəbi əla və yaxşı qiymətlərlə bitirib. 1990-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsilini başa vurub. O vaxtdan bir sıra respublika qəzetlərində, o cümlədən Müdafiə Nazirliyinin “Azərbaycan ordusu”, “Respublika”, “Ekspress”, “525-ci qəzet”, “Üç nöqtə”, “Yeni Qafqaz” və digər qəzetlərdə, “Trend” informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor müavini kimi vəzifələrdə çalışıb. 2008-ci ilin aprel ayından “Xalq qəzeti”ndə işləyir. Eyni zamanda, könlünü döyən poetik duyğuları ağ vərəqlərə köçürərək elə şeir, poema halına gətirir ki, oxucu məhəbbəti qazana bilir.

Yubiley gecəsində də qeyd olunduğu kimi, Paşa Babakərli (Əmircanov) üçün Vətən Borçalıdan başlayır. Amma bu ulu torpağın bütün ziyalıları, qələm sahibləri kimi, o da bütöv Azərbaycan adına yazıb-yaradan istedad sahibidir. Yəni heç vaxt yetişdiyi mühitdə qapanıb qalmayıb, daim sırf milli ədəbi prosesin içində olub. Eyni zamanda, illərdən bəri Bakıda yaşasa da, Babakərli Borçalının bədii söz ənənələrinin kamil davamçılarından biri kimi tanınır. “Taleyim – yol yoldaşım” kitabına Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı “Bakıdan görünən Borçalı və dünya” adlı Ön sözündə onun yaradıcılıq əzmini layiqincə dəyərləndirib.

Paşa Babakərli qoşmalarının birində yazır:

Sənin təbəssümün bir aləm işıq,
O işıq o gözə-qaşa yaraşır.
Ürəyin köklənib duyğular üstə,
Sevgisiz yaşamaq daşa yaraşır.

Şair bu misralarla sanki özünün avtoportretini cızıb. Onun yeni toplusunun bədii məziyyətlərini çözələyən söz-sənət adamları ilk kitabı olan “Yola çıxdım”dan üzü bu yana Paşanın yaradıcılıq uğurlarını, “Ömür yoxuşdu, keçirəm” deyərək, sınaqlara sinə gərdiyini, nəhayət, 65 yaşının yubiley məclisində başına çoxsaylı dostlarını, oxucularını toplaya bildiyini fərəhlə vurğuladılar.

Sonda çıxış edən Paşa Babakərli yubiley gecəsinin təşkilatçılarına və iştirakçılarına səmimi minnətdarlığını bildirdi və yeni şeirlərini oxudu.

Ə.DOSTƏLİ,
R.İBRAHİMOV (foto)
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri