Icma.az
close
up
RU
Taliban Pakistan gərginliyi yenidən pik həddə çatdı Regionu yeni müharibəyə kimlər sürükləyir?

Taliban Pakistan gərginliyi yenidən pik həddə çatdı Regionu yeni müharibəyə kimlər sürükləyir?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pakıstan və Əfqanıstan arasında gərginlik yenidən silahlı toqquşmalara səbəb olub. Məlumata görə, Pakistan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Qeyd edək ki, Pakistanla Əfqanıstan arasında 2400 kilometr uzunluğunda sərhəd xətti mövcuddur və onun bəzi hissələri hələ də mübahisəlidir.

Mövzu ilə bağlı Moderator.az-a danışan ƏHD Partiyasının ictimai –siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımova deyib ki, Taliban hərəkatının yaradıcısı Pakistan və ABŞ kəşfiyyatı olmuşdu. Onun sözlərinə görə, vaxtilə Sovet işğalı dövründə Əfqanıstanda döyüşən kişilər öz qadın və uşaqlarlarını Pakistana təhlükəsiz yerə göndərirdilər:

“Pakistan ərazisində onların məskunlaşdığı düşərgələrdən Pakistan və ABŞ MKİ tərəfindən seçilən uşaqlar xüsusi mədrəsələrə aparılır və orda dərs aldıqları yerdə xüsusi dini və hərbi təlimə məruz qalırlar. Beləliklə, Taluban-Tələbə hərəkatı yaranır. Sonra onlar Əfqanıstana qayıdaraq Sovet ordusuna qarşı döyüşlərə qatılırlar. Sonralar Taliban hərəkatı MKİ orqanlarının nəzarətindən çıxır və o qədər güclənir ki, artıq Pakistanda ərazi iddialarına düşür, Pakistan MKİ-nə tabe olmaqdan çıxırlar. Əfqanıstanda ABŞ işğalı dövründə aparılan mübarizə nəticəsində ABŞ yenidən onların legitimliyini qəbul edir, Əfqanıstandan çıxmamışdan bir müddət əvvəl Talibanla görüşlər keçirdikdən sonra hakimiyyəti onlara verir və Əfqanıstanı tərk edir”.

Politoloq bildirib ki, son hadisələr fonunda Talibanın yenidən Pakistandan ərazi iddialarını irəli sürdüyü müşahidə olunur.

 “Talibanın İran, Orta Asiya və Pakistanla hansısa gərginliyi böyük ehtimalla beynəlxalq qlobalizm tərəfdarlarının işidir. Trampın sülh yaratmaq fəaliyyətləri fonunda yeni müharibə ocaqlarının yaratması da hesab etmək olar ki, qloballaşma tərəfdarlarının fəaliyyəti kimi ola bilər. Çünki Trampın ABŞ daxilində və xaricində onlara qarşı mübarizəsi var və onlar da müxtəlif yollarla onun başını qatmaq istəyirlər. Burda bu müharibənin başladılması Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq fəaliyyətinə də qarşı ola bilər. Hesab edirəm ki, müharibənin genişlənməsi ehtimalı böyükdür”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Oktyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri