Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

TALIBOVLARDAN 7 MİNDƏN ARTIQ ŞİKAYƏT VAR Keçmiş “xan” doğum gününü qeyd edir...

TALIBOVLARDAN 7 MİNDƏN ARTIQ ŞİKAYƏT VAR Keçmiş “xan” doğum gününü qeyd edir...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün – yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri (1995-2022) Vasif Talıbovun doğum günüdür. 27 il ərzində Muxtar Respublikanı sərt qaydalarla idarə etmiş Talıbov 66 yaşını Naxçıvanda, evində qeyd edir. 

Bu tarixi vəzifədə olduğu illərdə az qala Naxçıvanın bütün məmur korpusu yada salıb qeyd edirdisə, indi yalnız Vasif müəllimin oğlu Rza Talıbov “Facebook”-da atası haqda paylaşım edib. Onun “Əziz atam, ad günün mübarək”, təbrikinə qoşulanların sayında əvvəlki illərlə müqayisədə kəskin azalma var.

2022-ci ildə onun NMR Ali Məclisinin sədrliyindən istefaya göndərilməsindən sonra bölgədə ciddi dəyişikliklər baş verib. Onun qurduğu qohum-tayfa prinsiplərinə əsaslanan korrupsiyalaşmış sistem dağıdılıb, piramidanın əsas fiqurları vəzifədən götürlərək məsuliyyətə cəlb edilib. İctimailəşən məlumatlara görə, Muxtar Respublikanın bütün gəlirli sahələri Talıbovların nəzarətində olub və il ərzində yüz milyonlarla manat gəlir əldə edilib. Təkcə gömrük, vergi, hüquq-mühafizə orqanları vasitəsi ilə toplanan xəracların həcmi illik yarım milyard manatı ötüb.

İstefasından ötən 3 il ərzində Vasif Talıbovun biznes imperiyası çökdürülüb, onun nəzarətində olan bank, biznes şəbəkəsi, habelə dövlət vəsaitlərinin ailə təsərrüfatlarına axınını təşkil edən digər strukturlar dağıdılıb. Məlum olub ki, Talıbovlar təkcə Naxçıvanda deyil, Bakıda və ölkənin başqa bölgələrində, eləcə də Türkiyədə, Gürcüstanda, ərəb ölkələrində dəyəri yüz milyonlarla dollar olan əmlaka və şirkətlərə sahibdirlər. Korrupsiya yolu ilə toplanmış sərvətin taleyi ilə bağlı səhih məlumatlar əldə etmək mümkün deyil.

Talıbov haqqında ictimaiyyəti maraqlandıran suallardan biri onun vəzifədə olduğu dövrdə yol verdiyi qeyri-qanuni əməllərə görə məsuliyyətə cəlb edilib-edilməməsidir. Çünki həbs edilən yüksək vəzifəli məmurlar korrupsiya cinayətlərini bilavasitə Naxçıvan “xanının” göstərişi ilə törətdiklərini, yığılan milyonların ona və övladlarına ötürüldüyünü etiraf ediblər.

Bundan başqa Vasif Talıbovun özündən və yaxınlarından hüquq-mühafizə orqanlarına çoxlu sayda şikayətlər edilib. Vətəndaşlar Talıbovun “xanlığı” dövründə üzləşdikləri qanunsuzluq və özbaşınalıqlar barədə müraciət edib ədalətin təmin olunmasını tələb ediblər. Çünki Talıbovlar yüzlərlə naxçıvanlının əmlakını əlindən alıb, biznesini çökdürüb, onların həbs olunmasını, doğma yurdlarından didərgin düşməsini təşkil edib. “AzPolitika”ya daxil olan məlumata görə, son 3 ildə aidiyyatı dövlət qurumlarına bu qanunsuz əməlləri əhatə edən 7 mindən artıq şikayət ünvanlanıb. Onun hazırda Naxçıvanı tərk etməsi yasaqdır, cəmi bir-iki dəfə səhhəti ilə bağlı Türkiyəyə səfər etməyə icazə alıb. Onun Bakıya-övladlarının yanına gediş-gəlişi də xüsusi icazə ilə baş tutur.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see144

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see141

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri