Icma.az
close
up
RU
Tampdan Putinə doğum günü “hədiyyəsi Bu, radikal dönüş baş verdiyinin göstəricisi olacaq”

Tampdan Putinə doğum günü “hədiyyəsi Bu, radikal dönüş baş verdiyinin göstəricisi olacaq”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Tomahawk” raketlərinin göndərilməsi barədə qərarını demək olar ki, verdiyini açıqlayıb.

Qərarı şərh edən siyasi şərhçi Şahin Cəfərli qeyd edib ki, Tramp bu qərarı açıqlayarkən “Lakin əvvəlcə bu raketlərlə nə etmək istədiklərini bilmək istərdim. Bunu onlardan soruşacağam”, – deyə vurğulayıb.

Şahin Cəfərli deyib ki, bu açıqlama ilə Tramp Ukraynaya mesaj verir ki, hansı hədəflərə zərbə endiriləcəyi əvvəlcədən ABŞ-la bölüşülməli və razılaşdırılmalıdır.

O qeyd edib ki, bu, şübhəsiz şəkildə belə olmalıdır. Ən azı ona görə ki, ABŞ hərbçilərinin iştirakı olmadan Ukrayna bu raketlərdən istifadə edə bilməz. Onun sözlərinə görə, raketin koordinatlar üzrə hədəfə yönləndirilməsi yalnız amerikalılar tərəfindən həyata keçirilə bilər.

Şahin Cəfərli qeyd edib ki, əgər Ukraynaya “Tomahawk”ların verilməsi barədə qərar qətiləşərsə, bu, ABŞ-dakı yeni administrasiyanın Rusiya–Ukrayna müharibəsinə dair siyasətində radikal dönüş baş verdiyinin göstəricisi olacaq.

O bildirib ki, sülh istiqamətində diplomatik cəhdlərin Rusiyanın uzlaşmaz mövqeyi ucbatından nəticə verməməsindən sonra Tramp “Güc vasitəsilə sülh” (“Peace through strength”) adlanan reyqanist konsepsiyaya keçməyə hazırlaşır.

Şahin Cəfərli vurğulayıb ki, “Tomahawk” raketləri əsas etibarilə gəmilərdən buraxılmaq üçün hazırlanaraq 1983-cü ildən ABŞ ordusunun arsenalına daxil olub.

O qeyd edib ki, bu raketlər ilk dəfə 1991-ci ildə Körfəz müharibəsində İraqa qarşı tətbiq edilib.

Cəfərli əlavə edib ki, raketin dəniz modifikasiyasının atəş məsafəsi 2500 km-dir. Bununla yanaşı, 1800 km məsafəyə uçan “yer-yer” modifikasiyası da mövcuddur və Ukraynaya məhz bu tip raketlərin verilməsi gözlənilir.

Şahin Cəfərli bildirib ki, “Tomahawk” raketləri yerdən 30–50 metr yüksəklikdə uçaraq radara çətin yaxalanan, yüksək dəqiqliyə malik qanadlı raketlərdir. Onun sözlərinə görə, bu raketlərin hədəfdən yayınma məsafəsi 5 metr təşkil edir.

O əlavə edib ki, “Tomahawk” möcüzəvi bir silah olmasa da, bu raketlər Ukraynanın öz istehsalı olan “Flaminqo” raketləri ilə birlikdə raket silahlanması sahəsində Rusiya lehinə olan kəskin disbalansı – tam olmasa da – ciddi şəkildə aradan qaldırmağa imkan verə bilər.

Cəfərli bildirib ki, görünür, Tramp düşünür: Rusiyanın bu sahədə bariz üstünlüyünü itirməsi onu danışıqlar masasında daha konstruktiv mövqe tutmağa sövq edə bilər.

Şahin Cəfərli xatırladıb ki, Putin Ukraynaya hücumun səbəblərindən danışarkən dəfələrlə bəyan edib: “Biz bunu etməsəydik, tezliklə ABŞ və NATO Ukraynaya Moskvanı və Sankt-Peterburqu vura biləcək raketlər yerləşdirəcəkdi.”

Cəfərli qeyd edib ki, bu bəyanatlardan və Avropanın şərqində böyük müharibə cinayətləri törətməyə başlamasından sonra əksinə proseslər baş verib.

O bildirib ki, əvvəlcə Peterburqun yaxınlığındakı Finlandiya NATO-ya qoşulub və nəticədə Rusiyanın bu hərbi ittifaqla quru sərhədlərinin uzunluğu iki dəfə artıb.

İndi isə ABŞ Prezidenti Ukraynaya qanadlı raketlər göndərməkdən danışır.

Şahin Cəfərli əlavə edib ki, iki gün əvvəl Vladimir Putin bəyan etmişdi: əgər Ukraynaya “Tomahawk” verilsə, bu, Rusiya–ABŞ münasibətlərinin sonu olacaq.

Lakin Ş. Cəfərli vurğulayıb ki, belə görünür, bu xəbərdarlıq Trampı qorxutmayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri