TANAP ın ötürmə gücü illik 31 mlrd. kubmetrədək artırıla bilər
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) mövcud ötürmə gücünün illik 31 milyard kubmetrədək artırılması mümkündür.
"APA-Economics" xəbər verir ki, bunu Saltuk Düzyol Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda TANAP-ın illik ötürmə qabiliyyəti 16,2 milyard kubmetr təşkil edir. Bu həcmin 5,7 milyard kubmetri Türkiyənin daxili bazarı üçün istifadə olunur, 10,2 milyard kubmetri isə Avropaya nəql edilir.
Saltuk Düzyol bildirib ki, TANAP 30 iyun 2018-ci ildə istismara verilib və 30 dekabr 2018-ci ildən etibarən Avropaya qaz tədarükü həyata keçirilir. İndiyədək ümumilikdə 49,8 milyard kubmetr qaz Avropaya, 5,9 milyard kubmetr isə Türkiyəyə çatdırılıb.
O qeyd edib ki, kəmərin genişləndirilməsi ilə bağlı texniki və kommersiya araşdırmaları aparılıb, ötürmə qabiliyyətinin artırılması üzrə ssenarilər hazırlanıb və müvafiq texniki tələblər müəyyən edilib.
TANAP rəhbəri əlavə edib ki, 2025-ci il şirkətdə “rəqəmsal transformasiya ili” elan olunub. Bu çərçivədə istixana qazı emissiyalarının idarə olunması və dayanıqlılıq hesabatlılığının rəqəmsallaşdırılması məqsədilə xüsusi layihə icra edilib.
Baxış sayı:159
Bu xəbər 03 Mart 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















