Icma.az
close
up
RU
Tanınmış alimlər arasında qalmaqal böyüyür Nadir Məmmədliyə cavab

Tanınmış alimlər arasında qalmaqal böyüyür Nadir Məmmədliyə cavab

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Fevralın 18-də saytımızda “Üç alim arasında dava – Professor ittihamları darmadağın etdi” başlıqlı yazı dərc olunub. Yazıda səslənən ittihamlarla bağlı italyanşünas alim, filologiya elmləri doktoru, dosent Günel Bayramova Bakupost.az -a müraciət edib. O, həmin ittihamlara cavab vermək istədiyini bildirib.

G.Bayramovanın cavabını təqdim edirik:

Nəzərinizə çatdırım ki, mən 2017-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunda əvəzçiliklə 0,5 ştat elmi işçi kimi işləmək üçün dəvət almışam. 2017-ci ildən 2025-ci ilə qədər çalışdığım Nəzəri dilçilik şöbəsinin elmi fəaliyyətində yüksək nəticələr əldə olunması üçün var gücümlə səy göstərmişəm. 2020-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin Ana dilinin qrammatikasına dair qədim mənbələrin araşdırılmasına dair Sərəncamına uyğun olaraq, 1620-ci ildə italyan aristokrat və ədib Pietro della Valle tərəfindən yazılmış və əlyazma şəklində Vatikan kitabxanasında saxlanılan “Türk dilinin qrammatikası” (Azərbaycan dilinin orijinal qrammatikası) əsərinin tərcümə, tədqiq və şərh işinə həmmüəlliflik edərək əldə etdiyim bilikləri belə bir möhtəşəm dil abidəmizin dirçəldilməsinə ithaf etmişəm. Əsər elm ictimaiyyəti və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə, bu illər ərzində müxtəlif monoqrafiya, tərcümə əsəri, dərs vəsaitləri olmaqla onlarla elmi məqalə və tezislərin müəllifi olmuşam. Elmi redaktoru olduğum bir-sıra fundamental əsərlər 2024-cü ildə AMEA-nın Dilçilik İnstitutunun illik uğuru kimi qiymətləndirilib. İşlədiyim illər ərzində institutun elmi fəaliyyətində yaxından iştirak etmiş, şöbə müzakirələri, müdafiə və seminarlarda fəallıq göstərmişəm. İnstitutda intizamlılıq və davamiyyət göstəricisinə görə fərqlənmişəm.

Bütün bu nailiyyətlərimə baxmayaraq, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli tərəfindən əvvəlcə əməyimdən və etibarımdan sui-istifadə edilmiş, daha sonra təzyiqlərə məruz qoyulmuşam.

Günel Bayramova


Hazırda əmək hüququmdan məhrum edilməklə yanaşı, şər və böhtanlara məruz qalmaqdayam. Xatırladım ki, bir alim-ziyalı kimi ölkənin elmi, ictimai həyatında da fəaliyyətim olub. 2019-cu ildə AMEA Dilçilik İnstitutunda ilin uğuru kimi qələmə verilən “İzahlı dilçilik terminləri lüğəti” plagiat çıxanda bəzi “mütəxəssislər” öz əməllərinə haqq qazandırmaq üçün “lüğətdə plagiat olmur” tezisini irəli sürmüşdülər. O zaman mən elmi faktlarla lüğət tərtibi işində də plagiatlığın yolverilməzliyini sübut etdim (buna görə məni Elmi Şurada hətta pəncərədən atmaqla belə hədələyiblər. Maraqlandığınız halda sübutlar təqdim olunacaq) və nəticədə AMEA rəhbərliyi öz səhvini etiraf edib məlum lüğəti geri çəkdi (bununla bağlı mətbuatda məlumatlar var). Bütün bunları redaksiyanıza yollamaqda məqsədim şəxsim və fəaliyyətimlə bağlı ümumi mənzərə yaratmaqdır.

Hörmətli redaksiya, hörmətli oxucular! 2022-ci ildə AMEA Dilçilik İnstitutuna hələ təzə təyin olunmuş direktor bir gün məni öz qəbuluna çağırtdırıb 60-70 səhifəlik matetial təqdim etdi və ən qısa zamanda ixtisasım olan italyan dilinə tərcümə etməyi tapşırdı. Materialı incələyib üslubunun və dilinin dolaşıqlığını gördükdə anladım ki, direktorun tələb etdiyi kimi 2-3 həftəyə tərcümə etmək mümkün deyil. Əvvəlcə vaxtımın məhdud olduğunu, əlimdə elmi məqaləmin olduğunu və imtina etmək istəyimi bildirsəm də, direktor qəti razı olmadı. Hətta digər şöbənin əməkdaşına təklif etməyi bildirəndə bu işlə şəxsən mənim məşğul olmağımı əmr etdi və digər əməkdaşa da mənim rəhbərlik etməyimi tələb etdi. O vaxt təəssüf ki, mən Nadir Məmmədlinin bütün bu işlərin nəyə görə mənim üzərimdə ərsəyə gəlməsinə təkid etməsini anlamadım.

Nadir Məmmədli


2024-cü ildə institutun kitab sərlövhəsindəki kitabda professor Osimonun adını elmi redaktor kimi gördükdə təəccübləndim. Axı yazılı surətdə razı olmadığını bildirmişdi və mən də bunu Nadir Məmmədliyə demişdim. N.Məmmədliyə “professor razı olmadığı halda imzasını necə qoymusunuz?” sualını verdikdə mənə qəzəbli tərzdə “Nəşriyyat vasitəsilə” cavabını verdi. Bundan bir müddət sonra mən italiyalı alimlə əlaqə saxladıqda hər şeyin əsli ortaya çıxdı.

Nadir Məmmədli bundan sonra məni təhdid etməyə başladı. O, məsələni açıb-bükməməyi, öz işimlə məşğul olmağı, bu işlərə qarışmamağımı istədi. Əks təqdirdə başımın ağrıyacağı barədə xəbərdarlıq etdi. Təbii ki, mən hadisəni şöbədə danışdım və şəxsimə qaşı təqiblər başlandı...

Hörmətli Bakupost saytı,

Bu gün Nadir Məmmədlinin mənə qarşı şər kampaniyasında öz şəxsi bloqu kimi Dilçilik İnstitutunun rəsmi saytından istifadə etməsi bir yana (direktorun müstəmləkəsində olan bir saytdan nə gözləyə bilərəm?!), sizin saytınızda eyni şər kampaniyasının tirajlanmasından məyus oldum və düşünürəm ki, mətbuat etikasına və qanunlarına görə cavab haqqımı tanıyacaqsınız.

Cavab: Əvvəla, hörmətli Nadir Məmmədli, əgər siz dürüst olsaydınız və dediklərinizə özünüz inansaydınız, 3 fevral və 6 fevral 2025-ci il tarixlərində övladınıza (hüzür içində, belə dar macalda nə vacib idi ki?! Nə isə, Allah mərhuməyə rəhmət eləsin!) italyan alimə gizli məktub yazdırıb sakitcə elmi əməkdaşlıq təklif etməz, elə cavab yazınızda mənə atdığınız böhtanı professora bəyan edərdiniz. Ancaq siz bunu etmədiniz. Çünki siz hiylə ilə italiyalı professora yanaşacağınızı və onun razılığını alacağınız təqdirdə məni yalançı çıxaracağınızı düşünmüşdünüz. Bu fəndiniz baş tutmadı.

İkincisi, sizin elmi məzmundan və elmi sanbaldan uzaq, heç bir elmi mənbəyə istinad verilməyən, nağılabənzər broşuranızı tez-bazar, təmənnasız (!!!) tərcümə etdirmək, ən əsası, keyfiyyətinə önəm verməmək niyyətinizi anladıqda (dəfələrlə israr etsəm də ki, vaxtım yoxdur, başqa birinə verin, siz səlahiyyətlərinizdən sui-istifadə edib üzə saldınız və hətta institutun digər işçisi Bəturə Əliyevaya da mənim rəhbərlik etməyimi (Bəturə Əliyeva ilə Nadir Məmmədlinin heç bir kontaktı olmayıb) tapşırdınız. Çünki gen planınızda Pietro della Valle kimi möhtəşəm abidəyə rəy verən italyan alimin imzasını oğurlamaq dururdu) mən, açığını deyim, təəccübləndim. Nadir Məmmədliyə deyendə ki, bunu etməyə 2 ay vaxt lazımdır, yoxsa keyfiyyətli tərcümə olmayacaq, o isə cavabında “at, yandeksə, at quqla, tez elə, 1 həftəyə ver, kimdir baxan ona?!” dedi.

Bruno Osimo


Nadir Məmmədli, belə olduğu halda o keyfiyyətsiz bir işin dəyərli professor Bruno Osimo (sizin təbirinizcə, öz sevimli müəllimim) tərəfindən redaktə olunacağına necə inana bilərdim?! Əksinə, instituta ilk təyin olunduğunuz vaxtda məni israrla hər gün qəbulunuza çağırıb öz qızınızın İtaliyada necə yaşamasından, oxumasından, hətta guya fəxri vətəndaş kimi italyanların ondan əl çəkməyib orada saxlamasından, vətəndaşlıq təklifindən dəm vurduğunuz vaxtları xatırlayanda, mən dəfələrlə sizə bildirdim ki, bu matetialı belə çap etmək olmaz, ayıbdır, qızınıza deyin, heç olmasa, bir italyan müəllim tapıb işi redaktə etsin. Siz isə gen planınızda olduğu kimi Osimonu hədəf almışdınız. Ona görə də israrla Osimoya bildirməyi əmr etdiniz. Mən isə təklifinizi professora bildirdikdən, onun yazılı imtina cavabını aldıqdan sonra sizə cavabı, nəinki şifahi şəkildə dedim, hətta göstərdim. Çünki həmin mesajda bildirilirdi ki, hər hansı başqa bir italyan dil daşıyıcısı bəlkə də bu materialı redaktə etməyə boyun olsa da, ancaq material şrift sayına görə hər səhifəsi 8 avro olmaqla 180 səhifə olaraq hesablanacaq. Siz isə bu rəqəmləri gördükdə qəti imtina etdiniz, bildirdiniz ki, daha mən bu işə qarışmayım və özünüz bir yolunu tapacaqsınız. Deməli, məqsədiniz razılıqlı-razılıqsız məhz professor Osimonun adını broşuraya sırımaq imiş.


İdris Abbasov

Üçüncüsü, məşhur dostunuzun üslubunda yazdığınız “İlk və son cavab” adlı şərnamədəki “havadar”, “havadar” deyib haray çəkdiyiniz o gizli havadar, direktoru olduğunuz institutun şöbə müdiri və mənim elmi rəhbərim olan professor, ziyalı İ.Abbasovdursa, onda deyə bilərəm ki, necə ki, siz məşhur dostlarınızın hədələyici üslublunu mənimsəyə bilirsiniz, mənim də şöbə müdiri və elmi rəhbərimin üslubunda yazmağımda təəccüblü nə var ki?! Mən Dilçilik İnstitutunda 2017-ci ildən çalışıram və sizin dediyiniz kimi 2019-cu ildən etibarən statuslarımda elmi rəhbərimin və şöbə müdirimin üslubu duyulursa, demək, etiraf edirsiniz ki, mən yaxşı elmi işçi, yaxşı tələbə olmuşam. Özünə alim adı qoyan ailə dostlarınızın paxıllıqla səsləndirdiyi və sizin də 5 il sonra onların dili ilə dilləndirdiyiniz o bənzətmə replikaları bu gün də səhifəmdə hər kəsə açıqdır. Çünki sizdən fərqli olaraq mən olanları etiraf edirəm. Bəli, elmi rəhbərimin pamflet üslubunda qələmə aldığı müşahidələr itiliyi ilə diqqətimi cəlb edib və həmin üslubu mən öz şəxsi tənqidi fikirlərimi ərsəyə gətirmək üçün istifadə etmişəm və bunu elə səhifəmdə açıq şəkildə qeyd etmişəm. Hər halda sizin hazırda qarşımda incələdiyim məqalənizdəki kimi plagiatlıq etməmişəm. Bir dissertant öz elmi rəhbərinin, bir elmi işçi öz mövzu rəhbərinin üslubunu götürə bilirsə, buna siz sevinməlisiniz. Axı siz bir alim kimi hansı üslubunuzu kiməsə aşılaya bilmisiniz?! Özünüzdə olmayan elmi kimə ötürə bilərsiniz ki?!

Sonda, Nadir Məmmədli, bu, sizin ilk və son cavabınız yox, ilk və son şəriniz ola bilər, çünki əks təqdirdə, siz bu şərlərə hüquqi müstəvidə cavab verməli olacaqsınız. Ancaq mənim son cavabım bu olmayacaq, hərçənd ki, siz bunu çox istərdiniz.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Fevral 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see125

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see124

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see123

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see122

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri