Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş TƏFƏRRÜAT FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlunun cənazəsi ötən gün axşam saatlarında Türkiyədən Azərbaycana gətirilib.
Milli.Az xəbər verir ki, bu barədə "Teleqraf"a mərhumun dostu Samir Xəttab məlumat verib.
Samir Xəttab Ruslan Əhmədoğlunun bu gün günorta saatlarında Pirşağıdakı ailə qəbiristanlığında torpağa tapşırılacağını bildirib.
S.Xəttab dostunun ölüm səbəbindən də danışıb.
O deyib ki, Ruslan Əhmədoğlu ailəsi ilə birlikdə Türkiyədə istirahətdə olarkən dənizdə bu hadisə baş verib:
"Dənizdə olarkən ayağından qıcolma keçirib, bu səbəbdən təşvişə düşüb. Nəticədə ciyərlərinə duzlu su dolub və komaya düşüb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, Ruslan Əhmədoğlu ailəlidir və iki övladı var.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 08 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















