Tanınmış futbolçu klubsuz QALDI
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliyanın “Komo” klubu futbolçusu Dele Alli ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü bu ilin yanvarında “Komo” ilə müqavilə imzalamışdı.
O, komandada cəmi bir oyunda iştirak edib. Əsasən "Tottenhem"dəki oyunu ilə tanınan futbolçu "Everton" və "Beşiktaş"da da çıxış edib.
Əlavə edək ki, "La Gazetta dello Sport" bir müddət əvvəl Dele Allinin karyerasını başa vurmağa hazırlaşdığını yazmışdı.
Bizim.Media
Baxış sayı:67
Bu xəbər 03 Sentyabr 2025 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















