Tanınmış güləşçi: “Yeni baş məşqçi təyinatı Olimpiya Oyunlarına hazırlıq baxımından böyük əhəmiyyət daşıyır”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Yeni baş məşqçinin komandaya uğur gətirəcəyinə ümid edirəm”.
Bu sözləri Azərbaycanın veteran yunan-Roma güləşçisi Taleh Məmmədov yığmaya yeni baş məşqçi təyin olunan iranlı Məhəmməd Bəna ilə bağlı danışarkən deyib.
O, baş məşqçi dəyişikliyinin komandanın inkişafına töhfə verəcəyini bildirib.
“Yeni məşqçi heyətinin gətirilməsi federasiya rəhbərliyinin qərarıdır. Onlar komandanı dərindən analiz edərək, uğur üçün lazım olan bütün addımları atırlar. Gələcəkdə bunun nəticələri özünü göstərəcək. Keçmişdə də belə dəyişikliklər olub, nəticədə böyük uğurlar əldə edilib. İndi də yeni rəhbərlik ölkəmizə və idmançılarımıza daha çox qızıl medal qazandırmaq üçün çalışır. Yeni məşqçi heyətinə uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycan güləşi üçün uğurlu dövr başlanacaq. Məhəmməd Bəna İranda çalışdığı dövrdə komandası bir Olimpiadada üç qızıl medal qazanıb. Bu o demək deyil ki, Azərbaycanda da mütləq eyni nəticəni verməlidir və ya daha çox medal qazandırmalıdır. Onun təcrübəsi və bilikləri komandaya fayda verə bilər, amma nəticələr zamanla ortaya çıxacaq”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
T. Məmmədov bu təyinatın “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: “Hər kəs - yəni rəhbərlik, məşqçilər və idmançılar bir məqsəd uğrunda çalışır, ölkəmizə Olimpiadada qızıl medal qazandırmaq. Rəhbərliyin də fikri bu dəyişikliklə daha yaxşı nəticələr əldə etməkdir. Yeni baş məşqçilərin gətirilməsi məhz bu məqsədə xidmət edir. Ümid edirik ki, bu addım həm komandamız, həm də ölkəmiz üçün uğurlu olacaq. Uzunmüddətli nəticələr barədə dəqiq nəsə demək çətindir. Ümid edirik ki, nəticə yaxşı olacaq. Əgər nəticə pis olsa, rəhbərlik yeni məşqçi axtarışına çıxacaq. Vacib olan budur ki, hər kəs maksimum səylə çalışır. Hamı istəyir ki, Olimpiadada uğur qazanılsın və ölkəmizə qızıl medal gətirilsin”.
Milli komandanın keçmiş baş məşqçisi Aleksandr Tarakanovun məşq prosesi və nəticələri ilə bağlı da fikirlərini bölüşən veteran güləşçi yığmanın rusiyalı mütəxəssisin rəhbərliyi altında yüksək nailiyyətlər əldə etdiyini söyləyib.
“Mən Tarakanovun vaxtında güləşmişəm və onun məşqçilər heyətinin Azərbaycan güləşi üçün çox böyük xidməti olub. Onların məşq proqramı çox yaxşı idi və nəticələr də bunu təsdiqləyir. Komanda onun rəhbərliyi ilə iki dəfə Avropa, iki dəfə dünya çempionu olub. Bir çox idmançımız Avropa və dünya çempionatlarında medallar qazanıb. Son zamanlar isə Olimpiadalarda istənilən nəticələr əldə olunmayıb. Hər iki məşqçiyə uğurlar arzu edirəm”, - deyə Taleh Məmmədov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Yanvar 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















