Tanınmış jurnalist ARB dən çıxarılır, verilişi bağlanır
Icma.az, Modern.az saytına istinadən bildirir.
“Kriminal” verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb.
Modern.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq.
Onun sözlərinə görə, bu qərar sentyabrın əvvəlində, məzuniyyətdən qayıtdıqdan sonra ona bildirilib və səbəb kimi “vəzifə ixtisarı və kanalın strukturunun dəyişdirilməsi” göstərilib.
“Bu gün də suallarım qalır və onlara cavab gözləyirəm”, – deyə aparıcı qeyd edib.
C.Həmidov hazırda ARB-də fəaliyyətini davam etdirdiyini, çəkilişlərin getdiyini və yeni mövsüm üçün buraxılışların hazırlandığını bildirib.
O, kanalda 20 ilə yaxın fəaliyyət göstərdiyini xatırladaraq, ayrılma qərarının onun üçün ağır olduğunu vurğulayıb:
“20 ilə yaxın müddətdən sonra verilən qiymətə sadəcə heyranam. Söz tapmıram, çox çətin hissdir. Çox təəssüf edirəm”.
Aparıcı qeyd edib ki, yaxın 1-2 ay ərzində ARB-dən ayrılması ilə bağlı məlumatların media orqanlarında yayılacağını gözləyir.
C.Həmidov həmçinin bundan sonra kanalın kimlər tərəfindən və hansı şəraitdə idarə edildiyi barədə danışacağını bildirib.
Qeyd edək ki, Ceyhun Həmidov uzun illərdir “Kriminal” verilişinin aparıcısı kimi fəaliyyət göstərir.
Baxış sayı:76
Bu xəbər 01 Oktyabr 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















