Icma.az
close
up
RU
Tanınmış psixoloqdan Taliyə İbrahimovaya CAVAB: “Kişi qadının güzgüsü deyil, qadın kişinin güzgüsüdür“

Tanınmış psixoloqdan Taliyə İbrahimovaya CAVAB: “Kişi qadının güzgüsü deyil, qadın kişinin güzgüsüdür“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Dünən sosial şəbəkələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın  "Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır"- fikri böyük narazılığa səbəb oldu. Belə ki, vəzifəsindən asılı olmayaraq bir qadının öz həmcinsi haqqına bu fikirləri səsləndirməsi qəbulolunan məsələ olmadığı bildirildi. 

 Bəs görəsən reallıq necədir? Həqiqətənmi boşanmaların əsas təşəbbüskarı qadınlardır? 

Mövzu ilə bağlı tanınmış psixoloq Samirə Bağırova Moderator.az-a danışdı. Bildirdi ki, Taliyə İbrahimova boşanmaların təşəbbüskarı qadınlar olduğunu deyərək  qadınları günahlandırmış olur. Çünki bu yanaşmanın kökündə yenə keçmişlə müqayisə dayanır:

"Ümumiyyətlə biz bir millət olaraq, istənilən sahədə həmişə kimisə günahlandırmağa çalışırıq. Bu da genetik kök salmış yanlış tərbiyənin qalıqlarıdır ki, virus kimi hələ də yayılmaqda davam edir. Birini günahlandırmaq vərdişi, ya valideynin övladı çox danlamağından, ya da uğursuz kişinin hər şeydə arvadını günahlandırmasından başlayar və qarşısındakının özünü günahkar hiss etdirmək tərbiyəsi zamanla ölkənin bütün qurumlarından tutmuş, boşanmalarına qədər virus kimi yayılaraq idarə edər. Heç kimin ağlına gəlməz ki, “ biz harda yanlış etmişik ? “, sualına fokuslansın. Kişi arvadını, arvad övladını, övlad gələcəkdə həyat yoldaşını, əhali məmuru, məmur daha üst məmuru, beləcə zəncirvari şəkildə hamı bir- birini günahlandırar, amma bir çarə qılınmasına baxılmaz.

Boşanmalar demək olar ki,  çox halda hər iki tərəfin yanlışları ucbatından baş verir.  Taliyə İbrahimova boşanmaların təşəbbüskarı qadınlar olduğunu deyərək, elə o da qadınları günahlandırmış olur. Çünki bu yanaşmanın kökündə yenə keçmişlə müqayisə dayanır. İnsanlar nədənsə heç bir şəkildə  keçmişdən qopa bilmirlər. İllah da, günahlandırmağa bir fiqur axtarırlar. Hər məsələdə yanlış olan da məhz  budur. Bu söz bir qurum tərəfindən məsələni düzəltmək, yaxud  dəyişmək üçün  ideya deyil. Heç kim “ nə etməliyik, yaxud bunu etməliyik ” kimi yeni bir fikir, təklif  irəli sürmür. Hamı ya keçmişdən misal çəkir, ya müqayisə edir, ya da günahlandırır. Bu gün hər şey, hətta qadınlar da başqadır. Bu günün qadını xəyanətə göz yummağı, narsistə tab gətirməyi, qaynana sözü götürməyi, ac qalmağı, çətinliyə dözməyi seçmir. Çünki bu günün Azərbaycan qadını artıq özünə güvənir və özündən başqa da heç kimə güvənə bilmir. Həm təhsil alır, həm də çalışıb pul qazanmağı bacarır. Bir çox məsələlərdə kişidən üstünlüyü nümayiş etdirir. Bəli bu şəkildə də, kişi özünü kişi kimi  sübut edə bilmir və qadının yanında avtoriteti zəif düşür. Qadınlar həm intellekt, həm bacarıq baxımından inkişaf edirlər, kişilər isə inkişafdan geri qalırlar. Çünki hələ keçmişdən kişi yalnız pul qazanmağa fokuslanır və “ çəkilin atanız işdən gəlir “ deyəndə hamı çörək gətirəni hörmətlə qarşılayırdısa, bu gün qadınlar hər şeyi çatdırır, üstəlik pul da qazanır və kişi inkişafdan geri qalmış kimi görünür. Əxlaq, ədəb məsələsinə gəlincə isə hər bir qadın şüuraltı atasına bənzər kişi seçir. Bir ata qızının tərbiyəsində necə, hansı davranışları ilə  nümunə olubsa, qızının gələcək seçimi də eynisi olur. Kişi qadının güzgüsü deyil, qadın kişinin güzgüsüdür. “ Dostunu göstər deyim kimsən “  məsəli yanlışdır. Qadınını, qızını göstər deyim kimsən.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Mart 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri