Icma.az
close
up
RU
Tanınmış şəxslərin pulunu ələ keçirən 33 yaşlı Alışanın işi məhkəmə baxışına verildi

Tanınmış şəxslərin pulunu ələ keçirən 33 yaşlı Alışanın işi məhkəmə baxışına verildi

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 33 yaşlı Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Samir İsayev vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, bundan əvvəlki iclasda cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib: "Çox sağ olun ki, işlə tanış olmağıma şərait yaratdız. Cinayət işi ilə tanış olan zaman işin prokurorluğa qaytarılması üçün əsaslı faktlar mövcuddur. Təqsirləndirilən şəxs cinayət işi ilə tanış olan zaman pozuntulara yol verilib. İşlə tanış olan zaman maddi sübutlar təqdim edilməyib. Cinayət işində disklər var, həmin disklərdə olan məlumatlar təqsirləndirilən şəxsə təqdim edilməyib. Qanunda birbaşa göstərir ki, sübutlar tanış olma prosesində tərəflərə təqdim edilməlidir. Bundan başqa müstəntiq cinayət işinin cildlərini nömrələrdən, tikmədən tanış olma prosesinə təqdim edib. Buəütün binalarda Cinayət Prosessual Məcəlləsinin 303-cü maddəsinin tələblərinin pozulmasıdır. İşin ibtidai istintaqa qaytarılması üçün kifayət qədər sübutlar var. Biz işin məhkəmə baxışına təyin olunmamasını, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını istəyirik".

Təqsirləndirilən şəxsin özü də cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz edib. O, barəsində olan cinayət işinin ibtidai istintaqa qaytarılmasının təmin edilməsini istəyib.

Dövlət ittihamçısı isə bildirib ki, cinayət işinin ibtidai araşdırmaya nəzarət edən prokurora qaytarılmasına əsaslar yoxdur. Onun sözlərinə görə, təqsirləndirilən şəxs vəkili ilə birlikdə cinayət işi ilə tanış olmasına şərait yaradılıb. O, vəsatətin təmin olunmamasını istəyib.
Dövlət ittihamçısı həmçinin cinayət işinin məhkəmə baxışına verilməsini və araşdırılmasını istəyib.

Daha sonra hakimlər heyəti hazırlıq iclasının qərarını açıqlayıb. Qərara görəz təqsirləndirilən şəxsin vəkilinin vəsatəti təmin olunmayıb. İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmə baxışı yanvarın 27-ə təyin olunub.

Qeyd edək ki, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.

33 yaşlı Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.

İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.

Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.

Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.
Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir.

Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Xatırladaq ki, bu ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.

Qeyd edək ki, Nizami Alişan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 13 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri