Tanınmış türk aparıcının həkim əri öldü (Foto)
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə tanınmış televiziya və xəbər aparıcısı Erhan Çelikin həyat yoldaşı, mama-ginekoloq Özlem Gültekin vəfat edib.
Milli.Az NOCOMMENT.az-a istinadən xəbər verir ki, kədərli xəbər Gültekinin təsis etdiyi klinikanın sosial media hesabında paylaşılaraq ictimaiyyətə çatdırılıb.
Paylaşımda bildirilib ki, minlərlə qadının və ananın həyatına toxunan həkimin vəfatı böyük üzüntü yaradıb.
Klinikanın sosial media hesabında bunula bağlı paylaşım edilib.
Özlem Gültekinin dəfn mərasiminin bu gün - avqustun 14-də İzmirin Karşıyaka rayonunun Bostanlı ərazisində yerləşən Beşikçioğlu məscidində günorta namazından sonra keçiriləcəyi bildirilib. Həkim Özlem Gültekin Örnekköy qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Erhan Çelik və Özlem Gültekin 2019-cu ildə ailə həyatı qurublar. Cütlüyün 2020-ci ildə Əli Boran adlı oğlu dünyaya gəlib.
Məlumata görə, cütlük bir müddətdir ailə daxilində fikir ayrılıqları yaşayırdı və boşanma prosesində idi. Özlem Gültekinin vəfatı onun yaxınları ilə yanaşı, çalışdığı tibb ictimaiyyətində də böyük kədər yaradıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:161
Bu xəbər 14 Avqust 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















