Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Tanınmış vəkil SENSASİON FAKTLARI AÇIQLADI: Ramiz Mehdiyev və ətrafı həyatımı cəhənnəmə çevirdi KONKRET

Tanınmış vəkil SENSASİON FAKTLARI AÇIQLADI: Ramiz Mehdiyev və ətrafı həyatımı cəhənnəmə çevirdi KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Azərbaycanda fəaliyyət göstərən casus şəbəkəsi sizin təxmin etdiyinizdən dəfələrlə böyükdür. Ona görə də bu məsələyə bir az həssas yanaşmanızı xahiş edirəm. Lakin bir məsələni dəqiqliklə bildirirəm ki, Azərbaycana gəldiyim 89-cu ildən, xüsusilə Milli Məclisdəki 17 avqust 1993-cü il tarixli çıxışımdan sonra məhz həmin şəbəkənin hədəfinə çevrildim. Az sonra məni Prezident Aparatından kənarlaşdırdılar. 1993-cü ildən bu günə qədər həyatımı cəhənnəmə çevirənlər məhz bu dəstənin başında duran Ramiz Mehdiyev və əlaltıları olmuşdur. Rusiya şəbəkəsini ölkəmizdə idarə edənlər də məhz bunlar olub. Onlardan aşağı isə çoxsaylı vəzifə sahibləri, mühüm postlar tutanlar olub və heç biri rəhmətlik Heydər Əliyevin və yaxud İlham Əliyevin istəyi ilə vəzifələrdə olmayıblar.

Ölkədə yaranmış sabitliyi pozmamaq üçün onların vəzifədə qalmaları məcburi idi. Bu şəxslər Azərbaycan xalqını, dövlətini, müstəqilliyini düşünən hər kəsi məhv etmişlər. Mən bunu təcrübədə yaşamış biri kimi deyirəm. Bir daha təkrar edirəm ki, bu şəbəkə mənim Azərbaycandakı yaşayışımı cəhənnəmə çevirmişdir. Sadəcə Uca Allahın mənə verdiyi əzm, səbr buna tab gətirməyə imkan verdi. Amma heç də hər kəs mənim kimi şanslı olmayıb. Məhz Mehdiyev dəstəsi xalqını düşünən hər kəsi məhv etmək üçün əllərinin altında olan bütün vasitələrdən istifadə etmişdir. Xüsusilə şəbəkənin mühüm fiqurlarından sayılan Əli Həsənovun rəhbərliyi altında jurnalistikada olan yaramazların vasitəsilə millətin ziyalı təbəqəsinə qan uddurublar. Şəxsən mənim haqqımda “atası da, anası da, özü də ermənidir” yazdıraraq rəhmətə gedən valideynlərimi də təhqir etmişlər. Bütün vasitələrlə məni, ölkəni tərk etməyə vadar etsələr də, məhz bu günün hökmən gələcəyinə inandığım üçün səbrlə gözləyib Vətənimi tərk etmədim. Əgər bizim xüsusi xidmət orqanları 1993-cü ildə Milli Məclisdəki çıxışımdan üzü bu yana haqqımda yazılan bütün şər-böhtan dolu yazıları təhlil etsələr bu dəstənin üzvlərinin, onlara xidmət edənlərin, Milli Məclisdə hələ də oturan satqın millət vəkillərinin – hamısının adlarını görəcəklər. Məhz həmin satqınlar jurnalistlər evindən mənzillər, elmi, fəxri adlar aldılar, bir çoxları əməkdar jurnalist oldular.

Xüsusilə 2010-cu ildə “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabını yazandan sonra mənə olan hücumlar daha da kəskinləşdi, amansız xarakter aldı. Daha sonra məni vəkillikdən qovdular, aparılmadığım polis idarəsi qalmadı, banditizmdə qatı cinayətkar kimi döydülər, ailəmlə təhdid etdilər. Mən başıma gələnlərin çoxunu gənc nəsli, Xalqı, Dövləti üçün çalışanları qorxutmamaq üçün cəmiyyətə bildirmədim. Amma bu təqiblərə tək mən yox, ailə üzvlərim də məruz qaldı. Xaricdə yaşadıqları müddətdə daim dövlətləri üçün çalışmalarına, vətənlərini ən yüksək səviyyədə təbliğ etmələrinə baxmayaraq onları da bu çirkin oyuna qoşdular, “erməni casusu, rus cəsusu” adlandırdılar, bunları Azərbaycan TV-lərində, kütləvi informasiya vasitələrində ardıcıl olaraq yayımladılar. “Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı” kitabında SSRİ-nin mahiyyətini, Rusiyanın ölkəmizə qarşı olan dağıdıcı mövqeyini ifşa etdiyinə görə mübarizə daha amansız xarakter aldı. Məhz bu kitabdan sonra Sumqayıt hadisələrinin SSRİ DTX-sı tərəfindən təşkil olunduğunu faktlarla sübut etdiyimə görə R.Mehdiyev vaxtilə AzTV-nin məşhur siması, “Almaniyanı dağıdan” İbrahim Məmmədli vasitəsilə tələm-tələsik “Sumqayıt hadisələri” kitabını yazdırdı. Mahiyyət etibarilə mənim kitabımda olan faktları götürdülər, sadəcə əsas ünvanı dəyişdirdilər. Mənim kitabımda Sumqayıt hadisələri sadəcə azərbaycanlı-erməni qarşıdurması deyildi, Kremlin Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana vermək üçün təşkil olunmuş bir təxribatı idi. R.Mehdiyev kitabında isə İ.Məmmədov başqaları ilə birlikdə bu hadisələri “primitiv azərbaycanlı-erməni qarşıdurması” kimi göstərdilər və bu kitaba görə İ.Məmmədov başda olmaqla bir çoxları tarix elmləri namizədi, doktoru, əməkdar jurnalistlər və s. elmi, fəxri adlar aldılar.

Kitabımın yayılmasına isə hər yerdə qadağa qoyuldu. İlk dəfə keçmiş Baş Nazir Novruz Məmmədov vasitəsi ilə Sumqayıt hadisələri ilə bağlı 2010-cu ildə prezident İlham Əliyevə ünvanladığım məktubdan sonra onun başçılığı ilə Prezident Aparatında müzakirə oldu və kitabda göstərilən hadisələrin, faktların araşdırılmasına dair hüquq-mühafizə orqanlarına Prezidentin göstərişi oldu. O göstərişdən sonra isə tam əksi baş verdi, R.Mehdiyevin əli ilə başqa kitab yazıldı. Prezidentin göstərişindən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov mənimlə əlaqə saxlayıb kitab istədi və 20 ədəd kitabı ofisimdən həmin dövr XİN mətbuat katibi olan Elxan Poluxov şəxsən götürdü. Kitabın artıq yayılacağından əmin olub onu yenidən 1000 nüsxədə çap etdirdim və kitabları necə çatdıracağımı soruşanda mənə bildirildi ki, kitabın yayılmasının qarşısının alınmasına dair E.Məmmədyarova qəti tapşırıq verilib. Bundan sonra məhdud imkanlarımdan istifadə edib kitabı rus, türk, ingilis, alman, fransız dillərində çap etdirib təkbaşına dünyada yaymağa başladım. Ona görə ki, bu kitabın Azərbaycan xalqı üçün əhəmiyyətini gözəl bilirəm. Məhz bu gün də həmin kitabın yayılmasının qarşısını alan həmin o casus şəbəkəsinin qalıqlarıdır.

2013-cü ildən isə bu dəstə haqqımda növbəti dalğa başladı. Həmin bu şəbəkənin tapşırığı ilə mənim mülki məsuliyyətə cəlb olunmağım üçün ard-arda yaramazlar vasitəsi ilə proseslər başladı. Bununla bir şeyə nail ola bilmədikdə yenə öz əlaltıları vasitəsilə haqqımda şikayətlər təşkil olundu, guya mən kimlərisə təhqir etmişəm, kimlərəsə böhtan atmışam. O qədər quduzlaşdılar ki, artıq 2 dəfə məhkum olunandan sonra hüquqşünas Aslan İsmayılov barəsində 2017-ci ildə guya “hakimi döyüb, qapını sındırıb, balıq hafizin müavinini elə vurub ki, belinə dəmir girib” kimi iftiralarla məni xuliqanlıq etmiş şəxs kimi yenidən cinayət məsuliyyətinə cəlb etdirib həbsimə nail olmaq istədilər. O dövrlər ancaq Prezident İlham Əliyevin şəxsi müdaxiləsi məni qorudu. Ona görə ki, artıq cərimə və islah işlərinə 2 dəfə məhkum olunmuş şəxs üçüncü dəfə xuliqanlıq maddəsilə hökmən azadlıqdan məhrum edilməli idi. Həmin məhkəmə prosesində yazılı çıxış etdim. Linkini də Sizinlə paylaşacağam ki, hansı həyasızlıqla haqqımda o cinayət işinin saxtalaşdırıldığını görəsiniz (https://youtu.be/bZJ3UC8xafY). Bu gün bir daha demək istəyirəm ki, haqsızlıq heç vaxt daimi ola bilməz. Bu gün mənim sevindiyim qədər heç kəs sevinə bilməz, çünki mənim kifayət qədər yaşım var və ən çox gözlədiyim bu məqam idi ki, Xalq kimin Dövlətinə qulluq etdiyini, kiminsə bu xalqa qulluq edənləri var qüvvələri ilə məhv etməyə çalışdığını görsün, tanısın. Bu şəbəkənin ifşası heç də kiməsə asan gəlməsin. Bundan sonra Azərbaycana həm daxildən, həm də xaricdən hücumların sayı artacaq. Biz hamımız dərk etməliyik ki, minlərlə şəhidin, qurban edilmiş həyatların sayəsində əldə etdiyimiz bu müstəqilliyi qorumaq bizim hamımızın borcumuzdur. Başa düşürəm ki, çətindir, maddi çətinliklər dözülməz həddədir. Ancaq yeni müstəqil dövlət qurmaqdan da çətin onu qoruyub saxlamaqdır. Ən təhlükəlisi isə elə daxili düşmənlərimizdir, çünki onlar üçün vətənə xəyanət həmişə böyük yem yeri olub. Gözümün qarşısında dövlətinə, vətəninə xəyanət edənlər, dövlətini, vətənini sevənləri məhv edənlər yağ-bal içində yaşadılar, ölkənin ən ali təltiflərini aldılar. Dövlətinə, vətəninə qulluq edənlər isə ehtiyac içində yaşayıb, elə ehtiyac içində də bu dünyanı tərk elədilər. Çoxlu sayda tanıdığım belə şəxslər var ki, bu gün onlara rəhmət diləyirəm. Dövlətinə, vətəninə xəyanət edənlərə isə arzu edirəm ki, nə qədər ki, gec deyil geri çəkilsinlər, bilsinlər ki, onları da gec-tez eyni aqibət gözləyəcək. Yoxsa, Ramiz Mehdiyev və əlaltıları kimi ahıl yaşlarında “mən xəyanətkar deyiləm, mən cəsus deyiləm” deyib bağıracaqlar. Ancaq bu Xalq hər şeyi bilib, bilir və gələcəkdə də vətən xainlərini tanıyacaqdır.

Aslan İsmayılov,

Vəkil

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Fevral 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see248

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri