Icma.az
close
up
RU
Tanış olduğu qadını aldadıb 96 min manatını aldı Sumqayıtda film kimi cinayət

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı Sumqayıtda film kimi cinayət

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Həsən Qarayev (soyad şərtidir - red.) şəhər ərazisindəki marketlərdən birində işləyərkən müştəri qismində marketə gələn bir xanımla tanış olub.

Söhbət əsnasında xanımın Sumqayıtdakı orta məktəblərdən birində müəllimə işlədiyi və ailəsindən boşandığını bilən Həsən onunla münasibətlərini get-gedə yaxşılaşdırıb və sevgili olub. İlk vaxtlar Həsən onun etibarını qazanaraq evlənəcəyini bildirib. Bir müddət sevgili olandan sonra Həsən qadına nəzarət etməyə başlayıb. Qadın Həsəndən icazəsiz heç bir yerə getməyib, bütün planlarını əvvəlcə onunla razılaşdırıb.

Bir müddətdən sonra Həsən qadına yalan danışaraq, guya hansısa ərzaq firmasına bölgə müdiri təyin olunduğunu deyib və buna görə ona maşın lazım olduğunu bildirib. Qadın Həsənə maşın almaq üçün öz adına kredit götürüb. Həsən maşını alandan sonra qadından "iPhone" markalı telefon və kompüter almasını da xahiş edib. Xanım bundan da imtina etməyib və Həsənə bahalı kompüter və mobil telefon alıb.

Amma Həsən bununla da kifayətlənməyib. O, qadını aldadaraq guya işlədiyi mağazada 11 min manatın yoxa çıxdığını deyib və bu pulu yaxın günlərdə ödəməsə, həbs ediləcəyini bildirib. Çarəsiz qalan xanım Həsənin "həbs" olunmaması üçün bankdan təkrar kredit götürüb. Həsən həmin kreditləri ödəyəcəyini desə də, vədinə əməl etməyib. O, bu üsulla ayrı ayrı vaxtlarda sevgilisini aldadaraq ondan 96 min manat alıb geri qaytarmayıb. O, sonuncu dəfə xanımdan evlərində olan 8 min manatı da alıb və yoxa çıxıb.

Hadisədən bir müddət sonra xanımın anası ağır xəstələnib və onun müalicəsi üçün pul lazım olub. Qohumlar qadını xəstəxanaya apararkən xəstə evində 8 min manat olduğunu deyib və qohumlarına xahiş edib ki, qızından həmin pulu götürsünlər. Məlum olub ki, xanımda pul yoxdur və o, dələduzluğa məruz qalıb. Xanımın qohumları faktla bağlı polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Həsən saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Cinayət işinin istintaqı yekunlaşıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə H.Qarayev 6 il azadlıqdan məhrum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Noyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri