Icma.az
close
up
RU
“Tanklar qan üstündən yeridi...”

“Tanklar qan üstündən yeridi...”

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nüsrət Kəsəmənlinin “Xocalı” şeirinin tarixçəsi 

1992-ci ilin qarlı, şaxtalı bir fevral günü erməni qaniçənləri Xocalıda elə ağır zorakılıqlar törədiblər ki, üstündən bir qərinə keçməsinə rəğmən, o dəhşət və vəhşət saçan səhnələri bir anlığa göz önünə gətirəndə, adamın damarlarında qanı donur. Xocalı qətliamı, həqiqətən, insanlıq adına üz qarasıdır! Qatı erməni millətçiliyinin xisləti budur! 
Xocalı faciəsi hər bir azərbaycanlının qəlbində ağır, sağalmaz yara kimi dərin iz qoyub. Bir çox şair və yazıçılarımız, rəssam və heykəltaraşlar, bəstəkarlar, bir sözlə, əksər yaradıcı insanlar bu dəhşətli qətliama kəskin reaksiya veriblər, bu mövzuda yaratdıqları ölməz əsərlər vasitəsilə öz qəzəb və hiddətlərini bildiriblər. Tanınmış şair, rəhmətlik Nüsrət Kəsəmənli də faciədən dərhal sonra qələmə aldığı məşhur “Xocalı” şeirində o məşum olayı poetik dildə ürək yanğısı ilə təsvir edib. 
Yadımdadır, tələbə dostum, BDU-nun professoru Ramiz Əskərlə şairin Azərbaycan Yazıçılar Birliyinin binasındakı iş otağına getmişdik. 1999-cu il fevralın son günləri idi. Xocalı faciəsinə həsr etdiyi şeir barədə söhbət edəndə dedi ki, o həmin şeiri düşmənə qarşı sonsuz qəzəb və qisas hayqıran ürəyinin səsi ilə birnəfəsə yazıb. 
Şair birdən-birə dərin fikrə dalaraq susdu və “Xocalı” şeirinin ilk bir neçə misrasını hüznlü səslə söylədi:

Tanklar qan üstündən yeridi, 
Neçə can üstündən yeridi. 
Körpələr qaldı dəmir ayaqlar altında, 
İmdad istəyən böyüklərə güvənmədilər daha. 

Hər üçümüz çox həyəcanlı idik. Nüsrət müəllimin isə elə bil boğazı kilidlənmişdi. Şeirin ardını Ramiz Əskər səsləndirdi:

Ölü anaların döşlərindən süd əmmədilər daha.
 Gözləri heyrətlərindən böyük idi, 
Üzüqoylu yıxılmışdılar,
Təzədən öləcəkdilər ayağa qalxan kimi. 

...Həmin görüşdən artıq 27 il keçib. Acı təəssüf ki, hər iki dəyərli ziyalımız bu gün həyatda yoxdur. Dünən sübh tezdən bu qeydləri yazanda şeiri bir neçə dəfə oxuyub yenidən çox təsirləndim. Mənə elə gəlir ki, sevimli şairimizin “Xocalı” şeiri bu mövzuda yazılan ən təsirli poetik nümunələrdən biridir. 
Şeirin özəlliyi həm də ondadır ki, şair qısa, lakin dərin ağrı-acı daşıyan misralarla dəhşətli qətliam səhnəsinin panoramını yaradıb. Belə səhnələri, adətən, ayrı-ayrı rakurslardan fokuslanaraq böyük rejissorlar canlandıra bilirlər. Nüsrət Kəsəmənli öz parlaq istedadı ilə qətliamın siqlətini göstərməyi bacarıb. 
Bəs necə oldu ki, Xocalı boyda dəhşətli faciə baş verdi? Dünya bu qədərmi kar və kor idi?! Nəyə görə qatillər zərrə qədər vicdan əzabı çəkmədən, uşaq, qadın, qoca demədən, onlardan imdad diləyən əliyalın, zavallı insanlara aman vermədilər? Ona görə aman vermədilər ki, erməni canilər sağalmaz şovinizm azarına mübtəla olmuşdular, quduzlaşmışdılar. 
Şair sonra satqın və xəyanətkarı kəskin ittiham edərək yazıb: 

Xocalı keçirdi xəyanət marağından, 
Xocalı keçirdi tank lüləsindən, 
yağı gülləsindən, 
avtomat darağından. 
Güllələdilər adamından qarışqasınadək, 
Güllələdilər quzusunu, qoçunu. 
Güllələdilər anaların 
çəpərlərə ilişib qalmış saçını, 
qardaşı, bacını. 

“Xocalı” şeirində bir mistik məqam da özünü büruzə verir. Deyilir ki, “Uluların ruhları Xocalı qurbanlarının təzə ruhlarından tutub özlərilə ölməzliyə aparırlar”:

Nənələr dilində duası ölmüşdü, 
Onları aparmağa uluların ruhu gəlmişdi. 
Təzə ruhların əllərindən tutub apardılar, 
Körpələri ayağa qaldırdılar.

Ən daş ürəkli insan belə bu hüznlü misraları oxuyub sarsılmaya bilməz! Şair şeirin sonunda isə “layla” obrazına müraciət edərək, bəlkə də, dünya poeziyası tarixində insan faciəsinin ən kədərli səhnələrindən birini yaradıb: 

Laylalar uçulu evlərin divarlarına dəyirdi, 
Laylalar dizlərinə döyürdü.
Dünənə, bu günə, sabaha 
nifrətlə gülümsəyirdi...

Düşünürəm ki, Nüsrət Kəsəmənlinin vətəndaş qeyrəti və poetik qüdrəti ilə ərsəyə gələn “Xocalı” şeiri 34 il əvvəl Qarabağ torpağında qanlı cinayət törədənləri əbədi lənətləyəcək! 

Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri