Bakıda tanklar və zirehli texnika FOTO
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Ekspo Mərkəzində "ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışı olub.
Azvision.az-a xəbər verir ki, sərgidə yüngül texnikalarla yanaşı ağır hərbi texnikalar da nümayiş olunur.
Azərbaycan istehsalı olan ağır texnikalar və zirehli offroderlər sərgi iştirakçılarının marağına səbəb olub. Qeyd edək ki, sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi "ADEX-2016” sərgisinə 260 addan çox müdafiə təyinatlı məmulat çıxarıb. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnika, eləcə də silah-sursat nümunələrini nümayiş etdirir.
Sentyabrın 30-dək davam edəcək sərgi çərçivəsində seminar, təqdimat, ikitərəfli görüşlər keçiriləcək.
BAKU.WS
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 01 Yanvar 2026 06:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















