Icma.az
close
up
RU
TAP rəhbəri: 2026cı ilə qədər emissiyaların qızıl standartına nail olmağı planlaşdırırıq

TAP rəhbəri: 2026cı ilə qədər emissiyaların qızıl standartına nail olmağı planlaşdırırıq

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Azərbaycan qazının Avropa bazarlarına çatdırılması üzrə Trans-Adriatik Boru Kəmərinin operatoru olan - "TAP AG" şirkəti, Neft və Qaz Metan Tərəfdaşlığına (OGMP) qoşulub və bu il artıq 4-cü səviyyəyə çatıb.

“Report” xəbər verir ki, bu barədə “TAP AG”nin idarəedici direktoru Luka Skieppati Bakıda keçirilən COP29 çərçivəsində bu tərəfdaşlığa həsr olunmuş tədbirdə bildirib.

“Qaz sənayesi üçün sızma və emissiyalarla mübarizə açıq-aydın prioritetdir. Biz fəaliyyətlərimizə 2020-ci ilin sonunda başlamışıq və lap əvvəldən ümumilikdə emissiyalar, istixana qazı emissiyaları və o cümlədən sızmalar üzərində işləmək zərurəti bizim üçün vacib idi”, - o deyib.

Şirkət emissiyaların idarə edilməsi planını işləyib hazırlayıb və artıq əhəmiyyətli nəticələr əldə edib. “Hər il üç ölkədəki obyektimizdə sınaqlar aparılır və biz artıq 2021-ci ildəki ilk ölçmələr ilə müqayisədə 70 % azalma əldə etmişik. Biz keçən il OGMP-yə qoşulmuşuq və bu il artıq 4-cü səviyyəyə çatmışıq”, - Skieppati söyləyib və əlavə edib ki, 2026-cı ilə qədər, “Italgaz”ın qabaqcadan proqnozlaşdırdığı kimi, qızıl standarta nail olmaqla bağlı inam var.

Onun sözlərinə görə, bu, təkcə Cənub Qaz Dəhlizinin Avropa hissəsinə aid deyil, SOCAR da OGMP-yə qoşulub, beləliklə, bütün Cənub Qaz Dəhlizi bu prioritetə fokuslanıb.

“Bütün bunlar diqqət tələb edir, yenidən təşkilatlanma tələb edir, lakin bu, dayanıqlı inkişaf üçün vacib elementdir – bu, təkcə təhlükəsiz təchizat və ya diversifikasiya deyil, həm də emissiya mənbəyi kimi dayanlığa aparan uzunmüddətli yoldur”, - o bildirib.

Buna görə də metan və sızmalar daxil olmaqla, karbon izinin azaldılması prosesin əsas hissəsidir. “Bu, şirkətin prioritetidir və bu, uzunmüddətli perspektivdə bizə təkcə daha təhlükəsiz, daha etibarlı qaz nəqlinə və bərpa olunan mənbələrin və aşağı karbonlu qazların sistemə daxil olmasına töhfə verməyə davam etməyimizi deyil, həm gələcəyə mənfi təsir göstərməməyimizi təmin edəcək”, - o deyib.

“OGMP, əvvəllər qeyd olunduğu kimi, həmçinin metan emissiyası qaydalarına əməl etməyin əsas yoludur, ona görə də buna riayət etmək düzgün yanaşmadır”, - TAP rəhbəri fikrini yekunlaşdırıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri