Tarix Əliyevin apardığı Tarixin bir günü verilişi fəaliyyətini davam etdirəcək?
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Space TV"nin efirində Tarix Əliyevin aparıcısı olduğu "Tarixin bir günü" verilişi fəaliyyətini davam etdirəcək.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq telekanaldan məlumat verilib.
Qeyd olunub ki, Audioviziual Şura tərəfindən telekanala daxil olan xəbərdarlıq məktubundan sonra televiziya rəhbərliyi tövsiyəni nəzərə aldığını bildirib:
"Veriliş fəaliyyətini davam etdirəcək, lakin bu kimi halların bir də baş verməməsi ilə bağlı xəbərdarlıq nəzərə alınacaq".
Xatırladaq ki, bir neçə gün əvvəl Tarix Əliyevin aparıcılığı ilə "Space TV"nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd edilməsi birmənalı qarşılanmayaraq Audiovizual Şura tərəfindən telekanala xəbərdarlıq edilib.
Həmçinin televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri - sanksiya tətbiq ediləcək.
Sözügedən hadisəyə reaksiya olaraq Tarix Əliyev özünün sosial media hesabında paylaşım edərək, Rəşad Dağlıya görə verilişin bağlanmasının vecinə olmayacağını söyləyib.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 25 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















