Icma.az
close
up
RU
Tarix minalanmış sahələr kimi olduqca təhlükəli elm sahəsidir

Tarix minalanmış sahələr kimi olduqca təhlükəli elm sahəsidir

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Tarix minalanmış sahələr kimi olduqca təhlükəli elm sahəsidir. Odur ki, tarixə barmaqarası yanaşmaq və harda gəldi tarixi mövzularda yerli-yersiz açıqlamalar vermək, ajiotaj və çaşqınlıq doğuran, ikitirəlik və və qarşıdurdurmaya səbəb olan məsuliyyətsiz fikirlər səsləndirmək olmaz. Bu kontekstdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da PKK probleminin çözümü və türk-kürd həmrəyliyinə nail olmaq amacıyla "Çaldıran türklərin, kürdlərin və ərəblərin ortaq zəfəridir" kimi qalmaqallı ifadəni dilə gətirməklə böyük səhvə yol verdi. Buna əsla qələbə demək olmaz. Əksinə, Çaldıran döyüşü türk dünyasının faciəsidir. Və bu gün hörmətli Ərdoğanın bu fikri siyasətin gündəminə gətirməkdə məqsədi, amacı nə olursa-olsun, bu fikir Türk dünyasının bu günü və gələcəyi üçün olduqca zərərlidir.
Ərdoğan bu cür ehtiyatsız ifadəsi ilə, necə deyərlər, qaşınmayan yerdən qan çıxartdı. Biriləri (o cümlədən Türk birliyinin ənənəvi əleyhdarları olan İran və Rusiya) bu söhbətlərdən Türk birliyinə zərbə vurmaq məqsədi üçün növbəti fürsəti əldə etdilər. Çaldıran döyüşü kontekstində məzhəb ayrı-seçkiliyinin gündəmə gətirilməsi birliyimizə, gələcəyimizə zərbədir. Odur ki, bizi məzhəb ayrıseçkiliyi ilə vurmaq istəyən qüvvələr bu fürsətdən maksimum yararlanmağa çalışacaqlar. Məzhəbçi zehniyyətə malik dar düşüncəli şəxslərin ortaya düşüb Osmanlı-Səfəvi qarşıdurması fonunda sünni-şiə düşmənçiliyinin qızışdırılmasına rəvac yerən rəylər yazması bunun əyani sübutudur.
Əslində, burada əsas məqsəd ilk növbədə Azərbaycan-Türkiyə birliyinə zərbə vurmaq və Türk dünyasının inteqrasiyasını sarsıtmaqdır. Türk dünyasının gələcəyinə və Türk Dövlətləri Təşkilatının (TDT) perspektivlərinə məzhəbi yöndən yanaşmaq olmaz. Bu, Türk birliyinə qarşı ən böyük düşmənçilik vasitəsidir. Türkiyə və Azərbaycanın dünyada mövqelərinin sürətlə gücləndiyi və TDT-nın yeni qlobal güc mərkəzlərindən birinə çevrilməsi imkanlarının artdığı bir məqamda məzhəbçi yanaşmanın ortaya atılması tamamilə yersiz və zərərli addımdır. Ərdoğan bir problemi çözmək xatirinə səsləndirdiyi qalmaqallı fikirlə başqa və həm də daha təhlükəli bir problemin yenidən baş qaldırmasına rəvac verdi.
Fərq etməz, bu, düşünülmüş bir addımıydımı, yoxsa Ərdoğanın tarix bilgisinin yetərsizliyinin nəticəsidirmi, bütün hallarda Çaldıran döyüşünü zəfər adlandırmaq və siyasət xatirinə tariximizi başqalarına pay etmək həqiqətən də çox böyük bir yanlışlıqdır. Bəli, bu, bizim tariximizdir. Birilərinin Şah İsmayıl Xətaini və Qızılbaşlar dövlətini (Səfəvi imperiyası) ciddi-cəhdlə, cürbəcür uydurma arqumentlərlə İrana, farslara, şüubiyyəçilik cərəyanına, Xamenei kimi din istismarçısına bağlamaq cəhdləri də tamamilə mənasızdır. Bu gün İran adlanan coğrafiyanın Səlcuqlardan Qacarlara qədər son 1000 il ərzində türk (Azərbaycan) sülalə dövlətləri tərəfindən idarə edildiyini hər kəs yaxşı bilir. Şah İsmayıl Xətainin qurucusu olduğu Qızılbaş (Səfəvi) dövləti də həmin o minillik dönəmin ən parlaq səhifələrindən birini təşkil edir. Biz bu gün öz tariximizə sahib çıxmaq əvəzinə, onu öz əlimizlə fars-molla rejiminə, panfarsçılara, İran şiəçiliyinə hədiyyə etməməliyik.
Səfəvilər dönəmi Azərbaycan tarixinin parlaq səhifələrindən biri olmaqla yanaşı, həmçinin ümumtürk tarixinin də əhəmiyyətli bir parçasıdır. Başqa sözlə desək, Səfəvi də, Osmanlı da bizimdir, ortaq türk tarixinin qoşa səhifələridir. Bu mənada heç birini çıxdaş etməməliyik. Və bu mövzuya müraciət edərkən hər ikisinin də qüsurlarını, səhvlərini deməliyik, lakin bu zaman əsla məzhəb təəssübkeşliyi etməməliyik və nə Səfəviləri, nədəki Osmanlını bugünkü siyasi maraqlara, siyasi konyuktura alət etməməliyik. Tarixi tarixçilərimizin öhdəsinə buraxmalıyıq. Səfəvi-Osmanlı ixtilafını siyasətə daşımaq olmaz. Biz bu gün birlik-bərabərlik şüuruna köklənməliyik, ortaq nöqtələrimizi önə çəkməliyik, həmrəyliyimizi gücləndirməliyik. Və unutmamalıyıq ki, tarixi, siyasi mövzulara din və məzhəb yönündən yanaşmağımız bütün Türk dünyasının çöküşünə səbəb ola bilər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri