Icma.az
close
up
RU
Tarix təkərrür edəcək... Baş plan a əsasən söküntülər artacaq, mənzillərin qiyməti yenidən bahalaşacaq

Tarix təkərrür edəcək... Baş plan a əsasən söküntülər artacaq, mənzillərin qiyməti yenidən bahalaşacaq

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” ciddi infrastruktur dəyişikliyinə, yenilənməyə səbəb olacaq. Xüsusi fərqləndirilən bəndlərdən biri köhnəlmiş mənzil fondunun modernləşdirilməsidir. Baş planda ifadə məhz bu cür yazılıb. Yəni xeyli köhnə bina söküləcək, yeniləri inşa olunacaq. Prosesə artıq başlanıldığını demək olar.

Bizimyol.info xəbər verir ki, paytaxtın Nəsimi, Xətai rayonlarında istismar müddətinin bitdiyi iddia olunan fərdi yaşayış evləri sökülür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi söküntünün daha geniş ərazini əhatə etməyə başlayacağını bildirir. Binəqədi, Nərimanov, Yasamal, Səbail, Nizami, Sabunçu, Suraxanı, Pirallahı rayonlarında da qəzalı və kəskin qəzalı sayılan evlərlə bağlı tədbir görüləcək. Artıq 6415 mənzilin söküntüsünə start verilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bu haqda danışmışdı, mütəxəssislər də deyir ki, söküntülərin artması mənzillərin bahalaşmasına səbəb olacaq. Qiymətlər onsuz da çox yüksəkdir. Məsələn, elə Nəsimi rayonunda SSRİ dövründə tikilmiş doqquzmərtəbəli binalarda ikiotaqlı mənzillərin qiyməti 150 min manatdan baha satılır. Daha ucuz qiymətə mənzil almaq üçün Binəqədi rayonuna baş vurmaq lazımdır. Bu rayonun da bəzi ərazilərində qiymətlər ucuz görünmür.

Təkcə pandemiyadan bəri bahalaşmanın 35-40 faiz olduğu məlumdur. Həmişə belə fikir vardı ki, qiymətlər çox yüksələ bilməz, çünki əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Amma söküntülər işini görür. Qarşıdakı beşillikdə bahalaşmanın azı bu qədər olacağı proqnozlaşdırılır.

Mümkün devalvasiya vəziyyəti dəyişə bilərmi?

2015-ci il təcrübəsindən istifadə edək. Məhz o dönəmdən sonra qiymətlər manatla tənzimlənməyə başlandı. 2015-ci ilə qədər bazara mənzilini çıxaranlar dollarla məzənnə müəyyənləşdirirdi. Lakin devalvasiya prinsipləri dəyişdi. Çünki onda dolların məzənnəsinin ölkədə azı 10 il sabit qalacağı bilinmirdi.

On il əvvəl devalvasiya olan kimi bazarda durğunluq yarandı. Bir müddət qiymətlər manatla çox dəyişmədi, bahalaşma uzağı 3 faiz oldu. Buna baxmayaraq, zamanla ciddi dəyişiklik baş verdi.

Yəqin ki, mümkün devalvasiyadan sonra da eyni mənzərə yaranacaq. Bir müddət durğunluq, sonra isə bahalaşma. Söküntülər bütün hallarda belə situasiya yaradacaq.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Aprel 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri