Icma.az
close
up
RU
Tarixçi: Qazaxın 4 kəndi məhz Prezident İlham Əliyevin qətiyyətli iradəsi sayəsində Azərbaycana qaytarıldı AZƏRTAC

Tarixçi: Qazaxın 4 kəndi məhz Prezident İlham Əliyevin qətiyyətli iradəsi sayəsində Azərbaycana qaytarıldı AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qazax, 29 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Bu gün azad, suveren Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında şanlı dövlət bayrağımızın dalğalanması, doğma nəfəslərin duyulması hər bir azərbaycanlı üçün əsl qürur mənbəyidir. Azərbaycanın 30 ildən artıq müddətdə davam etmiş, həlli dalana dirənmiş münaqişəni beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa uyğun olaraq həll etməsindən sonrakı illər də Zəfər səhifələri ilə zəngin bir dövrdür.

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Böyük Qələbə ilə nəticələndi, torpaqlarımız işğaldan azad edildi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan cəmi 24 saatdan az bir müddətdə apardığı antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdi. 2024-cü ildə rus sülhməramlı qoşunları ərazilərimizdən çıxarıldı. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın bu il aprelin 19-da keçirilən səkkizinci görüşündə Qazaxın dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının Azərbaycana qaytarılması barədə razılıq əldə edildi. Mayın 24-də isə bu proses uğurla başa çatdırıldı.

Tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Bağırzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün bu uğurların əldə edilməsi, Qazaxın illərlə erməni işğalı altında qalmış kəndlərinin bir güllə belə atılmadan əzəli, əsl sahibinə geri qaytarılması dövlət siyasətinin uğurla, yüksək səviyyədə aparılmasının göstəricisidir.

“Bu, heç də Ermənistan hakimiyyətinin, Nikol Paşinyanın xoş niyyəti nəticəsində olmayıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev düşməndə bir qarış torpağımızın belə qalmayacağını dəfələrlə bəyan edib. Məhz dövlətimizin başçısının qəti iradəsi, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, prinsipial addımları Ermənistanı həmin kəndləri qaytarmağa məcbir edib.

Qazaxın Bağanıs Ayrım kəndi Birinci Qarabağ mübaribəsinin ilk vaxtlarında, 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilər tərəfindən işğal olunmuşdu. Ermənilər gecə 400-dən çox əhalinin yaşadığı kəndə hücuma keçib, 17 evi yandırıb, 11 evi qarət edib, günahsız, əliyalın kənd sakinlərini qətlə yetirib. Ermənilər 5 nəfərdən ibarət ailənin 39 günlük körpəsindən 79 yaşına qocasına qədər bütün üzvlərini diri-diri yandıblar”, - deyə tarixçi bildirir.

Bağanıs Ayrım işğal olunmuş və yandırılmış ilk kənd kimi Azərbaycan tarixinə daxil olub. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Bağanis Ayrım faciəsindən sonra 1992-ci il martın 8-də Qazax rayonunun Xeyrimli, aprel 27-də Barxudarlı və Sofulu, mayın 11-də Qızılhacılı, iyunun 4-də Aşağı Əskipara, həmin ayın 8-də Quxarı Əskipara kəndləri işğala məruz qalıb. İşğal olunmuş ərazilərdən 6500 nəfər yerli sakin məcburən köçkün düşüb, halbuki bu kəndlər onların dədə-baba yurdu olub. “Coğaz çayının sahilindəki Bağanis Ayrım kəndinin keçmiş adı Seyid Ayrım olub. Ayrımların seyidli qoluna mənsub bu tayfa 19-cu əsrin əvvəlində 108 ailədən ibarət olub. Xeyrimli kəndinin əvvəlki adı Dil Xeyrimlidir. Qızılhacılı kəndi adını Qızılhacılı tayfasından götürüb. Qazançı dağının ətəyindəki Aşağı Əskipara kəndinin adı da “köhnə, qədim kənd” mənasını daşıyır. Qədim Albaniya dövləti dövründə yarandığı bildirilir”, - deyə Cavid Bağırzadə qeyd edir.

Ermənistan işğal etdiyi Qazaxın kəndlərində Azərbaycanın maddi-mədəniyyət nümunələrini də talayıb, yandırıb və dağıdıb. Təkcə Yuxarı Əskipara kəndində V-VIII əsrlərə aid qala, X əsrə aid Şəkərqala məbədi kompleksi, XVII əsrə aid Bürc, Qatır körpüsü, Kazım körpüsü, XIV əsrə aid yeraltı yol dağıdılaraq məhv edilib. Digər yaşayış məntəqələrində də tarixi mədəniyyət abidələri eyni taleyi yaşayıb. Kəndlərdəki təbii sərvətlər də abidələr kimi qəddarlıqla talan olunub. Qazax rayonunun Ermənistanın işğalına məruz qalmış 4 kəndi illər sonra məhz Prezident İlham Əliyevin qətiyyətli iradəsi sayəsində Azərbaycana qaytarıldı.

“Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı. Dövlət başçısı bu il yanvarın 10-da da yerli televiziyalara müsahibəsində Qazaxın kəndlərinin işğal altında qalmasının qəbuledilməz olduğunu bildirmişdi. “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”, - deyən Prezident məsələnin həlli üçün Komissiyanın qarşısında mühüm vəzifələr qoydu. Üç ay sonra əldə edilən nəticə isə bu gün hər birimizi qürurlandırır”, - deyən tarixçi vurğulayır ki, digər keçmiş məcburi köçkünlər kimi Qazaxın sözügedən kəndlərinin sahibləri də öz yurdlarına qürurla dönəcəklər. Azərbaycanın uğurları bundan sonra da davam edəcək. Dövlətimizin Ermənistanla sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi, Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvanın Sədərək rayonunun Kərki kəndinin işğaldan azad edilərək, əsl sahibinə qaytarılması kimi hədəfləri var. Əsl liderə sahib olan Azərbaycanın bu hədəflərinə də çatıb, məqsədlərini reallaşdıracağı heç bir şübhə doğurmur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri