Icma.az
close
up
RU
Tarixdə bu gün: 15 dekabr

Tarixdə bu gün: 15 dekabr

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 15-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib.
Bizim.Media xəbər verir ki, bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 15-də kimlər anadan olub?
Həsən Əliyev (1907-1993) - Azərbaycan alimi, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru və Azərbaycan Respublikasının əməkdar elm xadimidir. O, Ümummilli lider Heydər Əliyevin böyük qardaşıdır. Alim Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasında böyük əmək sərf edib.
Səttar Bəhlulzadə (1909-1974) - Azərbaycan rəssamıdır. O, əsasən təbiəti tərənnüm edən böyük lirik mənzərələri ilə tanınır.
Şəfayət Mehdiyev (1910-1993) – Azərbaycan alimi, neftçi-geoloq, pedaqoq və geologiya–minerologiya elmləri doktorudur. O, Abşeron yarımadasının neft yataqlarının istilik rejimi məsələlərini tədqiq edib.
Yanoş Boyyay (1802-1860) – macar riyaziyyatçısı və qeyri-evklid həndəsəsinin yaradıcılarından biridir.
Antuan Anri Bekkerel (1852-1908) - fransız fiziki, fizika üzrə Nobel mükafatı laureatı və radioaktivliyin kəşfçilərindən biridir. Onun şərəfinə Beynəlxalq Vahidlər Sistemində (SI) radioaktiv mənbənin aktivliyinin ölçü vahidi - bekkerel adlandırılıb.
Nikolay Nikitin (1907-1973) - Rusiya memarı, tikinti konstruksiyaları sahəsində alim və RSFSR-in əməkdar inşaatçısıdır. O, Moskvada "Ostankino" televiziya qülləsinin layihəsinin müəllifidir.
Oke Seyfart (1919-1998) – isveçli konkisürəndir. O, Olimpiya çempionu, Avropa çempionu və dünya rekordçusudur.
Don Conson (1949) – amerikalı aktyor, prodüser, rejissor və müğənnidir. O, "Oğlan və onun köpəyi", "Harli Devidson və kovboy Marlboro", "Maçete" və s. filmlərdə rol alıb.
Li Con Ce (1972) - Cənubi koreyalı aktyor və modeldir. O, "Kalmar oyunu" serialında Ki Huna rolunun ifaçısıdır.
Dekabrın 15-də dünyada baş verən tarixi hadisələr
1840-cı ildə Napoleon Bonapartın külü təntənəli şəkildə Parisə köçürülüb.
1952-ci ildə Çin Hindistanın Koreyada barışıq planını rədd edib.
1984-cü ildə Sovet avtomatik planetlərarası "Vega-1" stansiyası işə salınıb.
2001-ci ildə ABŞ-ın müdafiə naziri Donald Ramsfeld Cənubi Qafqaza səfəri çərçivəsində Bakıya da olub. Bu, Pentaqon rəhbərinin Azərbaycana ilk səfəri idi. O, Heydər Əliyevlə Azərbaycan Respublikası ilə ABŞ arasında hərbi əməkdaşlığı müzakirə edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Dekabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri