Icma.az
close
up
RU
Tarixdə bu gün: 22 dekabr

Tarixdə bu gün: 22 dekabr

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 22-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib.
Bizim.Media xəbər verir ki, bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 22-də kimlər anadan olub?
Nəsir İmanquliyev (1911-1998) - Azərbaycan jurnalisti və alimdir.
O, Azərbaycan SSR Əməkdar jurnalisti (1990) və Azərbaycan SSR Əməkdar mədəniyyət işçisidir. Nəsir İmanquliyev Azərbaycan mətbuatının və mədəniyyətinin inkişafına, peşəkar jurnalist kadrlarının hazırlanmasına böyük töhfələr verib.
Mehdi Hüseynzadə (1918-1944) - Sovet İttifaqı Qəhrəmanı və Böyük Vətən Müharibəsi iştirakçısı. O, 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşüb. Mehdi Hüseynzadə 1944-cü ilin əvvəlində bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçaraq Yuqoslaviya və Şimali İtaliyada Müqavimət hərəkatında iştirak edib. O, Mixailo təxəllüsü ilə tanınıb. 1944-cü il noyabrın 2-də isə vəfat edib.
Hüseynzadənin doğulduğu Bakı şəhərində abidəsi də ucalıb.
Həsən Seyidbəyli (1920 - 1980) - Azərbaycan yazıçısı, dramaturqu, kinorejissoru, ssenaristi və Azərbaycan SSR xalq artistidir. O, "Uzaq sahillərdə" (İmran Qasımovla birlikdə), "Cəbhədən cəbhəyə" romanlarının, eləcə də bir sıra pyeslərin və film ssenarilərinin müəllifidir.
Daniil Samoyloviç (1744-1805) - rusiyalı hərbi həkim və Rusiya imperiyasında epidemiologiyanın banisidir. O, ilk dəfə olaraq vəba xəstəliynin yoluxmuş əşyalar vasitəsilə yayıldığını müəyyən edib.
Vladimir Markovnikov (1837-1904) - Rusiya kimyaçısı, Kazan Kimya Məktəbinin nümayəndəsi və Moskva Universitetində öz elmi məktəbinin qurucusudur.
Cakomo Puççini (1858-1924) – görkəmli italyan opera bəstəkarıdır.
Eduard Uspenski (1937-2018) - Rusiya yazıçısı, uşaq kitablarının müəllifi, dramaturq, ssenarist və televiziya aparıcısıdır. Onun icad etdiyi məşhur personajlar arasında timsah Gena və Çeburaşka, köpək Şarik və pişik Matroskin, Fyodor əmi, poçtalyon Peçkin, Tr-tr Mitya və s. var.
Leo Bokeriya (1939) - rusiyalı kardiocərrah, ixtiraçı, profesor və Rusiya Federasiyasının əməkdar elm xadimidir.
Vanessa Paradis (1972) - fransız kino aktrisa, müğənni və modelyerdir.
O, "Koldovskaya lübov", "Odin şans na dvoix", "Devuşka na mostu" və s. filmlərdə rol alıb.
Dekabrın 22-də dünyada baş verən tarixi hadisələr 1857-ci ildə Rusiya imperiyasında ilk poçt markası buraxılıb. Tirajı üç milyon nüsxə olan bu markanın qiyməti 10 qəpik olub.
1919-cu ildə parlamentdə Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, sayca beşinci hökumət kabineti təsdiq edilib. Əvvəlki, 4-cü kabinet 1919-cu il martın 14-də formalaşıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri