Icma.az
close
up
RU
Tarixə düşən boksçumuz: “Məndən soruşurlar ki, “Səni kim alacaq?” MÜSAHİBƏ İdman və Biz

Tarixə düşən boksçumuz: “Məndən soruşurlar ki, “Səni kim alacaq?” MÜSAHİBƏ İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisinin boksçusu Aynur Mikayılovanın İdman.biz-ə müsahibəsi

- Monteneqroda qazandığınız uğurla adınızı boks tariximizə yazdınız. Artıq sizi gənclər arasında keçirilən dünya birinciliyində medal qazanan ilk azərbaycanlı qız kimi xatırlayacaqlar. Bəs sizin xatirinizdə Monteneqro necə qaldı?
- Bu nəticəni əldə etmək üçün çox əziyyət çəkmişdim. Artıq iki aydır ki, komanda olaraq evdən uzaq düşmüşdük. Təxminən, bir ay Azərbaycanda, bir ay da Özbəkistanda təlim-məşq toplanışı keçdik. Ondan sonra isə Monteneqroya yollandıq. Bu yarışa komanda olaraq çox yaxşı hazırlaşmışdıq. Sadəcə iş elə gətirdi ki, təkcə mən medal götürdüm.


- Yarışdan sonra özünüzü necə mükafatlandırdınız?
- Düzünü desəm, hələ ki, istirahət edə bilməmişəm. Yarışdan dördüncü gün gəlib, birinci gün məşqə başladıq. Qarşıda böyüklər arasında Azərbaycan çempionatı var. Hazırda bütün gücümüzlə ora hazırlaşırıq.
- Bəs yaxşı, qazandığınız mükafatla nə etməyi düşünürsünüz?
- Maşın alacam. Saray qəsəbəsində yaşadığım üçün Bakıya get-gəl məni çox yorur.
- Vəssalam?
- Bir də evdəkilərin kredit borcu var, yəqin ki, onu ödəyərəm.


- Evdəkilər demişkən, ailəniz bu sevinci necə yaşadı?
- Onların gözündə gördüyüm sevinci sözlərlə ifadə edə bilmərəm. İlk rumun rəqibimi keçəndən sonra ailəm bilirdi ki, medala bir addım qalıb. Ancaq nə vaxt döyüşəcəyimi bilmirdilər. Ümumiyyətlə, mən heç vaxt döyüş vaxtımı evdəkilərə demirəm. Nə anam, nə də atam həyəcandan döyüşə baxa bilir. Medalı alandan sonra görüntülü zəng etdim. Anam sevincindən ağlayırdı.
- Ailənizdə sizdən başqa idmanla məşğul olan var?
- Bacım boksla, qardaşımsa futbolla məşğuldur. Böyük mən olduğum üçün əvvəlcə məni idmana yönləndirdilər, sonra isə onlar məşğul olmağa başladı.
- Kim yönləndirdi?
- Babam. Deyəsən, o məndə bu işığı görmüşdü. Onun ümidlərini doğrultmaq üçün əlimdən gələni edirəm. Əslində, indi əlimdə olan nəticələr mənim üçün heç nədir. Daha böyük hədəflərim var.
- Məsələn?
- Qazandığım medalların qızıl olmağını istəyirəm.


- Bu dəfə bürünc oldu…
- Xırda səhvlər ucbatından qızıl medalı götürə bilmədim. Türkiyəli rəqibimə uduzdum, ancaq çempion çinli oldu. İçimdə bir hiss vardı ki, finala çıxsaydım, çinlini udardım. Düzü, həmin qarşılaşmadakı hakimi də bəyənmədim. Rəqibim daha çox tuturdu, hakim isə ancaq mənə irad bildirirdi. İstənilən halda bacara bilərdim. Təəssüf ki, olmadı.
- Sizin döyüşləriniz arasında ən çox yadımda qalan macarıstanlı rəqibiniz Reka Varqa Sara ilə qarşılaşmanız oldu. Rəqibiniz çox aqressiv görünürdü.
- O aqressiyanı mən də hiss etdim. Rinqdə psixoloji təzyiq etmək üçün möhkəm salamlaşdı. Döyüşməyə başlayanda isə rəqibin qorxduğunu hiss etdim, beləcə o qorxunu üstələyib qalib gəldim.
- Sonda ağladınız.
- Mən rinqdə həmişə ağlayıram. Çox emosional adamam.
- Bəs döyüş zamanı məşqçiniz necə davranır?
- Məşqdə motivasiya verir, ancaq rinqin kənarında bir dəfə rəqib vuranda, bir dəfə də o vurur. Deməli, yanvarda Serbiyada turnir vardı. Həmişə birinci raund uduzuram. Əsasən iki, yaxud üçüncü raundda açılışıram. Serbiyada da adəti üzrə ilk raundda uduzdum. Rinqin küncünə keçəndə İlkin müəllim əlindəki dəsmalın küncləri ilə üzümə o qədər vurdu ki, sifətim keyidi. Çox əsəbləşmişdi ki, gör kimə uduzursan. Boynumdakı damarı sıxan kimi özümə gəldim. Rinqə çıxıb rəqibə qalib gəldim. Məşqçimizin hər idmançı ilə özünəməxsus işləmək metodu var.
- Çəkinizi yeni dəyişmisiniz. Bu, məşqçinizin məsləhəti ilə oldu, yoxsa öz seçiminiz idi?
- Gənclər arasında dünya birinciliyi 57-də ilk yarışım idi. Avropa çempionatını aprel ayında 54 kq-da vuruşacaqdım. Sol qolumda yırtıq çıxdığı üçün gedə bilmədim. Çəkim qalxandan sonra məşqçiyə dedim ki, artıq 54-ə salan deyiləm, daha məndə bu çəki ilə vuruşmaq alınmır. Məşqçi əvvəlcə razılaşmadı ki, boyun çox balacadır. Ancaq texnika, dözümlülük olanda bunun öhdəsindən gəlmək olur. Boksda boy önəmlidir, çünki hündür adamın zərbəsi qısanın başına dəyir.

- Deyəsən, çəki salmaq sizin də yaralı yerinizdir.
- Hə. Təsəvvür edin, indi 57-də belə çəki salmalı oluram. O ac gecələr çox çətin olur. Biz çəki salanda yemək yox, ancaq su istəyirik. Suyun özü də ağırlıq verir. Döyüşə az qalmış çəki salacamsa, aclıq bir tərəfdən, həyəcan da bir tərəfdən yatmağa qoymur. Bir dəfə Belarusda döyüşüm vardı. Həmin gecə susuzluqdan yata bilmirdim. Dözə bilməyib, 200 qram su içdim. Səhər oyananda 100 qr artıq gəldi, nə elədimsə düşmədi. Sonda o 100 qramı mənə keçdilər. Ancaq təsəvvür edin ki, 100 qram belə nə qədər böyük problem yaradır. Hərdən özümə əsəbləşirəm ki, niyə o qədər idman növlərinin içərisində çəkiyə bağlı olan boksu seçmisən.
- Son illərdə boksu seçən qızlarımızın sayında xeyli artım var. Sizcə bu nə ilə bağlıdır?
- Hə. Əvvəllər boksda qız az idi. Ancaq indi pul var deyə, qız da var. Əvvəl bir-iki güclü rəqibi udub Azərbaycan çempionu olurdunsa, indi hər çəkinin öz güclüləri var.
- Çox güman, bir çox idmançı kimi siz də gücünüzü Olimpiadada sınamaq istəyirsiniz.
- Bəli. Los-Anceles Olimpiadasında iştirak etməyi çox istəyirəm. Ona qədər isə qarşıma qoyduğum məqsədlər var. Bu dörd ilin içərisində iki dünya, dörd Avropa çempionatı olacaq. Bu çempionatlarda qızıl qazanmaq arzusundayam.
- Qadın və boks. Çətin deyil ki?
- Boksa təzə başlayanda qohum-qonşu deyirdi ki, qız nədir, idman nədir? Ancaq ailəm və yaxınlarım daim dəstək olurdu. Hərdən məndən soruşurlar ki, “Səni kim alacaq?” (gülümsəyir)

- Zaldan kənar həyatınız necə keçir?
- Düzü, günümün çox hissəsi zalda oluram. Ən yaxın rəfiqəm də elə boksçudur - Qızbəs İsgəndərli. Onunla bir zalda məşq edib yarışlara gedirik. İdmandan kənar da dostlarım var. Ancaq onlara çox vaxt ayıra bilmirəm. Rəfiqələrim gəzməyə çıxmaq istəyəndə, mən məşqə qaçıram. Buna görə məndən tez-tez inciyirlər.
- Ev işləri görə bilirsiniz?
- Əlbəttə. Atam çay istəyəndə deyim ki, idmançıyam gətirmirəm?
Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Dekabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri