Icma.az
close
up
RU
Tarixə düşən məşqçimiz: “Deyirlər ki, get taksi sür, başını saxla” MÜSAHİBƏ İdman və Biz

Tarixə düşən məşqçimiz: “Deyirlər ki, get taksi sür, başını saxla” MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan Premyer Liqası tarixinin ən gənc baş məşqçisi Ramil Əliyevin İdman.biz-ə müsahibəsi
- İşləriniz necə gedir?
- Yaxşıdır. Artıq bir ildir ki, “Zeytun” adlı uşaq futbol klubumuz fəaliyyət göstərir. Hazırda orada çalışıram.

- Son vaxtlar uşaq futbol klublarının sayı artıb. Ancaq nədənsə çoxunun fəaliyyəti davamlı olmur. Bu gün klubu açırlar, sabah bağlayırlar.
- Bizdə elə bir ehtimal yoxdur. Bu klubu yaratmamışıq ki, iki gün sonra dağıdaq. Şükürlər olsun ki, hər şey qaydasındadır. Uşaqların meydançası, topu, oyun geyimləri yaxşı formadadır.
- Sizcə, bu gün ölkədə uşaq futboluna olan maraq qənaətbəxşdirmi?
- Maraq həddindən artıq çoxdur. Əvvəlki illərlə müqayisədə bu fərq daha çox gözə çarpır.
- Yəqin perspektiv görürlər.
- Yox, mən deməzdim. Uşaq pul düşünür?
- Böyük ki düşünür.
- Böyüyü hərəkətə gətirən də elə uşaqdır. Valideynlər çox vaxt deyir, övladım altı aydır evi dağıdır ki, məni futbola qoy. Uşaqlar da şikayət edir ki, biz evdəkilərdən xeyli vaxtdır, bunu istəyirik. Elə olur ki, uşaq aylarla israr edəndən sonra valideyn onu gətirir.
- Bu sahədə olan bir mütəxəssis kimi necə düşünürsünüz, uşaq futbolumuzun inkişafını ləngidən əsas amillər nələrdir?
- Bilirsiniz, futbolçunun yetişməsi uzun bir prosesdir. Bu prosesdə bağça, məktəb, federasiya, səhiyyə, məşqçi, müəllim valideyn və başqa neçə-neçə tərəflər iştirak edir. Bu sistem orqanizm kimi bütöv olmalıdır. Bir qurum bunun hamısını nəzarətdə saxlaya bilməz. Təsəvvür edin ki, bir uşağı beş yaşında götürüb on səkkiz yaşına kimi aparırıq. Bunlar hamısı kompleks şəkildə olmalıdır. Biz bu gün yaxşı işlərin toxumunu səpsək, beş il sonra ilkin nəticəni görə bilərik. Bu prosesdə hamı bir-biri ilə zəncirvarı bağlıdır.
- İndiki durumda bu zəncirin ən zəif halqası hansı tərəfdir?
- Ümumiyyətlə, qırılmalar çoxdur. Məsələn, on səkkiz yaşında istedadlı futbolçudur, ancaq yığma komandanın üzvü deyil. Bu oğlan hərbiyə gedib qayıdandan sonra bərpası çətin olur. Daha sonra maliyyə problem var. Həmin gənc futbolçu çox cüzi maaş alır, öz-özünü saxlaya bilmir. Yol pulunu da evdəkilərdən istəyir. Beləcə ailədə aləm dəyir bir-birinə. Deyirlər ki, get taksi sür, özün öz başını saxla. O da artıq futbolu dayandırır başlayır işləməyə. Bu uşaq dolanmaq bir tərəfə, butsunu almalıdır, yol pulusu olmalıdır. Bilirik ki, futbolçuların çoxu imkansız ailələrdən gəlir. Ən əsası infrastruktur məsələsi. Belə olan təqdirdə həm məşq etmək, həm də yarış keçirmək çox çətindir. Süni meydançada süni də futbolçu yetişəcək. Hazırda ot meydançalarının olmaması böyük problemdir. Belə xeyli səbəblər sadalamaq olar. Bir sözlə, yığmanın İsveçə 0:6 məğlubiyyəti bu günün işi deyil e, on ilin işidir. Bu problemləri bir tərəfə qoyub, hamı günahkar axtarır.
- Deyəsən, Santuşu müdafiə edirsiniz?
- Mən Santuş adı çəkdim?
- Mən elə hiss etdim.
- Müdafiə etmirəm, sadəcə bu gün olan odur. Günahkar Santuş deyil axı. Santuş bu gün milli komandanın baş məşqçisidir. Söhbət yığmadan gedir, hansısa klubdan yox. Bəlkə də 0:6-da ən az günahı olan Santuşdur. Onun əlinin altında kimlər var? Bəlkə kimsə qıraqda qalıb mən görmürəm? Məşqçi komandaya uyğun olmalıdır. Millidə bir-iki nəfəri çıxmaqla hamısı ölkə çempionatında oynayan futbolçulardır. İndiki dönəmdə əcnəbi baş məşqçini neynirik ki? Bunlar elə-belə məsələlər deyil. Həm də əcnəbi məşqçi bura az pula gəlmir. Halbuki o pulu daha vacib işlərə sərf etmək olar. Təsəvvür edin ki, bu gün mənim qazancım beş yüz manatdır, ancaq mən ən bahalı “İphone” işlədirəm. Bax, bu nə görüntüdür yaradırsan? Əcnəbi məşqçi də bunun kimi. Millimiz hazırda ağır günlərdən keçir.
- Bəs Azərbaycan Premyer Liqası haqqında nə düşünürsünüz?
- Məncə, indiki şəraitdə çempionatımızın durumu qənaətbəxşdir. Yerli futbolçuların qıtlığı hamımıza məlumdur. Özümüz futbolçu yetişdirməsək, mümkün deyil. İndi AFFA yeni strategiya yazır. O strategiyanı həyata keçirməyə istər maliyyə, istərsə də kadr baxımından imkanlar var.
- Belə başa düşdüm ki, futbolumuzun gələcəyinə nikbin baxırsınız.
- Əlbəttə.

- Bəs özünüzün yaşıl meydançada olduğunuz günləri necə xatırlayırsınız? Səhv etmirəmsə, karyeranızı zədə səbəbindən bitirmisiniz.
- Mənim oynadığım vaxtlar elə bir dönəm idi ki, zədə sadəcə prosesi sürətləndirdi.
- Yəni zədə olmasaydı da, gedəcəkdiniz?
- Bilirsiniz, onda çox ağır dönəm idi. Təsəvvür edin, Premyer Liqa klublarında cəmi on topu olurdu. Top partlayanda özümüz tikib elə oynayırdıq. Peşəkar komandalar güc-bəla oyuna çıxırdı. Mövsümü bir futbolka ilə bütün keçirirdik. Bir sözlə, bu gün gördüyünüz şərait o vaxt yox idi.
- Komanda yoldaşlarınızdan sizdən başqa bu gün futbolda olan var?
- Yox. O uşaqlardan heç kim bu gün futbol industriyasında yoxdur. Həmin uşaqların çoxusu da yaxşı futbolçu olacaq potensiala sahib idi. Sadəcə dolanmaq üçün hərəsi bir sahəyə yönəldi. O dövr tamam başqa idi.
- Bəs sizi saxlayan nə oldu?
- Zədədən sonra bir seçim etməliydim, ya oynamalıydım, ya da başqa bir işlə məşğul olmalıydım. Çox maraqlıdır ki, bəlkə də ən yaxşı vaxtlarım zədədən sonra başladı. Həmin vaxt müəyyən boşluq yarandı və sanki yaşamağa başladım. Zədəyə qədərki bütün həyatım yalnız futboldan ibarət idi. Təsəvvür edin ki, məşqdən çıxıb başqa bir məşqə gedirdim. Futbola elə aludə olmuşdum ki, həyatın gedişatından uzaqda qalmışdım. Əvvəlcə qərara gəldim ki, futbol oynamağı birmənalı olaraq tərgidib, təhsil alacam. Belə də etdim. Məşqçilik üzrə ali təhsil aldım. Daha sonra müxtəlif təlim və kurslarla özümü daha da təkmilləşdirdim. Universitetdə axırıncı kursda oxuyanda artıq C kateqoriyalı məşqçi idim. 2009-cu ildə B, 2 il sonra isə A kateqoriyasını aldım.
- MOİK və Rəvan. Karyeranızda hansı daha yaddaqalan dövr oldu?
- Hərəsinin öz yeri var. Fərqləndirmək çətindir.

- MOİK klubunun baş məşqçisi olduğunuz dövrdə adınızı ara-sıra qalmaqal xəbərlərində də görürdük.
- Yəqin ki, siz “Turan Tovuz”la oyundakı məsələni nəzərdə tutursunuz. Bunlar məşqçiyə yaraşmayan şeylərdir. Əvvəl belə kriminal hadisələrim olmayıb. (gülür) Ümumiyyətlə, karyeramda belə məqamlar çox deyil. O da ani bir reaksiya idi.
- Azərbaycan futbol tarixinə Premyer Liqada debüt etmiş ən gənc baş məşqçi kimi düşmüsünüz. O vaxt cəmi iyirmi dörd yaşınız vardı. Özünüzdən yaşca böyük futbolçulara necə söz keçirirdiniz?
- Hə, gənc yaşda peşəkar komandanı mənə tapşırmışdılar. Komandada özümdən beş-altı yaş böyük adamlar vardı. Ancaq onlar başa düşürdülər ki, bu klubun baş məşqçisi var. Əksinə, mənə dəstək olmağa çalışırdılar. Fikrimcə, idarəçilik qabiliyyəti yaşa baxmır. Bunu ya bacarırsan, ya da bacarmırsan.


Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Dekabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri