Icma.az
close
up
RU
Tarixə əl uzatmaq olmaz...

Tarixə əl uzatmaq olmaz...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Son zamanlar sovet dönəmində fəaliyyət göstərən ədiblərə qarşı sosial şəbəkələrdə sənəti bilməyən, küyə düşən, incik, bədxah şəxslər tərəfindən qarayaxma kompaniyaları davam etdirilir. Onlar sənəti deyil, ədiblərin konkret şəxsi keyfiyyətlərini önə çəkir, həqiqəti əks etdirməyən məlumatlarla indiki gənc nəsldə çaşqınlıq yaradır, bu ədiblərə qarşı belə demək mümkünsə, nifrət hissi aşılamağa çalışırlar. Əlbəttə ki, belə hallara yol vermək olmaz. Bu, tarixi ədalətsizlik hesab olunur.

Çox təəssüf ki, bu siyahıda Azərbaycanın klassik şairləri, çox böyük sənətkarlar Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim və digərləri ilk sıralarda “yer” alıb. Bunlar o, şairlərdilər ki, öz qiymətli sənət inciləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirib gələcək nəslə əsl sənət nümunələri ərməğan ediblər. Hər bir dövr, özünün sənətkarlarını yetişdirir. Bəli, məhz Süleyman Rüstəm, Səməd Vurğun və digərləri öz iradə və epoxa istəklərindən asılı olmayaraq, sovet dövründə yaşamağa, yaratmağa məcbur və məhkum olublar. Onlar  qanlı sovet rejiminin mənəvi sarsıntılarını yaşamış, hətta 37-ci ilin ölüm məngənəsindən çıxmaq üçün çarpışmışlar. Azərbaycan ədəbiyyatını, şeirini bütövlükdə mədəniyyətinin  məhv olmağa imkan verməyiblər. Bu o dövr idi ki, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq ölümə məhkum olunmuşdular. Bir anlığa düşünürəm ki, bu böyük ədiblərin ardınca S.Rüstəm, S.Vurğun, M.Rahim, R.Rza, M.Seyidzadə və digərləri də məhv edilsəydi Azərbaycan ədəbiyyatının taleyi nece olardı?...

Uşaqlıqdan bu ədiblərin şeirləri ilə böyümüşəm. Özüm qələm əhli, ədəbiyyat sevdalı olduğum üçün qətiyyətlə, əminliklə, məsuliyyətlə deyə bilərəm ki , Səməd Vurğun, Süleyman Rüstəm dəyərli söz sərrafı olmaqla, əsl vətənpərvər , millətini , xalqını, dövlətini  sevən sənətkarlar kimi Azərbaycan ədəbiyyatını inkişaf etdirmiş, onu zirvəyə qaldırmışlar.

S.Vurğunun təkcə “Azərbaycan” şeirini respublikamızın ədəbi pasportu hesab etmək olar. Kiçikdən böyüyə kimi hamı bu şeiri sevir, əzbər bilir.

Bu sözləri Azərbaycan şeirinin patriarxlarından biri , xalq şairi Süleyman Rüstəmə də şamil etmək olar. O, məhz S.Vurğunun ölümündən sonra bütün yükü öz üzərinə  götürərək şeirimizin flaqmanı kimi Azərbaycan ədəbiyyatında bir mayaka çevrilmişdir.

40 ilə yaxın bir müddətdə S.Rüstəm yaradıcılığının, irsinin araşdırıcısı kimi məsulliyətlə deyə bilərəm ki, S.Rüstəm əsl vətənpərvər, millətini sevən, vətənini daim hürr görmək istəyən,  o taylı bu taylı, bütöv Azərbaycan uğrunda şeirləri ilə mübarizə aparan , Qarabağa , Naxçıvana və digər Azərbaycan torpaqlarına əl uzadanları şeirləri ilə ifşa edib  qamçılayan, ürəkləri diqqətə gətirən, qəlb çırpındıran şeirləri, könül oxşayan qəzəlləri, sözlərinə yazılmış mahnıları, satirrik şeirləri ilə mənfi ünsürləri qamçılayan, dram əsərləri ilə insanları düşündürən böyük, sevilən  sənətkar kimi Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur və bundan sonrada tutacaqdır.

S.Rüstəm yaradıcılığı Azərbaycanın bütöv cografiyasını əhatə edir. Bu, onun şair xoşbəxtliyi deyilmi?

O,” şeirimin  vəzninə bənzər Xəzərin dalğaları”  deyərək Xəzəri ilhamla vəsf edir, özünün həyat gercəklərinin Xəzərin əsas gilavar və xəzrilərindən, pıçıldayan, oynaşan, coşan ləpələrindən, köpürən, aşandaşan dalğalarından öyrənməsinə işarə edir, həyatını bir an belə Xəzərsiz təsəvvür etmir.

Əsərlərində Vətəni vəsf edən xeyli şeirə rast gəlinir. O, bu şeirlərində vətəni təkcə Azərbaycan deyib təsvir edir, onu təkcə torpaq, hava, su kimi deyil , onu həm də azadlıq, xoşbəxtlik, inqilab, eləcə də istiqbal hürriyyəti nişan verir, hər zaman şeirlərinin qanad çaldığı, siravi əsgər kimi qoruduğu nəgmələrinin cana gəldiyi ana torpağa heyranlığını bir vətəndaş şair kimi misralarında iftixarla, sevinclə təsvir edir.

“Oxuyun bir qızıl kitabam mən, inqilab oğlu inqilabam mən”- deyən ustad sənətkarda Azərbaycançılıq məfkurəsi çox güclü idi. Ömrü boyu şeirlərində Azərbaycançılığı çox mahir şəkildə, kəskin ifadə etməkdən heç bir zaman çəkinməzdi.

“Oyan xalqım, xorenlər iş başındadır, xudayarlar bekar gəzir”-deyən şair bədnam qonşuların Qarabağa uzanan qara əllərini hələ keçən əsrdən görürdü. Qarabağın əbədi, əzəli Azərbaycan torpağı olmasını sevə-sevə, təkrar -təkrar vəsf edir, ermənilərə tutarlı cavab verilirdi.

Azərbaycan ədəbiyyatında S.Rüstəm qədər Qarabağa şeir həsr edən ikinci bir şairə rast gəlinmir.

S.Rüstəm şəxsiyyətinin böyüklüyü idi ki, O, Azərbaycan SSR Ali Sovetinin sədri kimi, vətəndaş şair kimi  Parlamentin xitabət kürsüsündən televiziya ilə birbaşa canlı yayımda özünün Qarabağnaməsini oxuyaraq  sovet rəhbərliyinə etirazını ifadə edir, həm də ermənilərə tutarlı cavab verərək, onların ağzını yumur. Sovetlərin qılıncının kəsdiyi bir vaxtda belə bir hərəkəti etmək üçün yalnız S.Rüstəm olmaq lazım idi:” Şuşası  şeirimizin çeşməsi dilbər  Qarabağ,.. vətənimdir, vətənimdir, vətənimdir Qarabağ “- deyirdi.

II dünya müharibəsi illərində özü də döyüşlərdə iştirak edən S.Rüstəm şeirlərində əsgərlərimizi düşmənə qarşı amansız olmağa, qələbə çalmağa səsləyən şeirləri ilə oxucuların rəğbətini qazanmış, anaların qəlbinə məlhəm olmuşdur.

Şeiri ürəklərə yazılan mənəm deyən- S.Rüstəm həm də mahir, qüvvətli bir satirik şair idi. Özü də çox zaraftcı, yumorlu bir insan olduğundan şeirlərində avaraları, bədxahları, boşboğazları, xalq, millət malını talayanları, müti,  ikiüzlü və yaltaq insanların mənsəbpərəstləri, pul düşkünlərini, vəzifə hərislərini, insanları bezdirən, cana gətirən, mənəm-mənəm deyən, yaltaq ünsürləri, riyakarlar öz kəskin qələmi ilə satirə atəşinə tutur, qamçılayardı.

Sovet senzurası dövründə belə satirik şeirlər yazmaq isə hər kişinin hünəri deyildi.

“Orda nişan qoydum ayaq izlərimi, Bakılı  həm dəki Təbrizli Süleyman oldum” deyən şair ömrünün sonuna kimi o tay bu tay, o sahil bu sahil, vahid Azərbaycan deyərək,  Cənub həsrəti ilə yaşadı, bu mövzuda yadda qalan Cənub epopeyasını yaratdı. Bütöv, vahid Azərbaycan arzusunu əks etdirən şeirlər yaratdı. O, 1986- cı ildə etdiyi çıxışında vahid Azərbaycan arzusunu gizlətmir, qətiyyət nümayiş etdirərək deyirdi: “Mən inanıram ki, gün gələcək, Araz çayının 2 yerə böldüyü xalq birləşəcək, vahid, bütöv Azərbaycan Respublikası olacaqdır”. Bax, bu idi S.Rüstəm şəxsiyyəti, qətiyyəti, millətsevərliyi tarixi təftiş edərkən S.Rüstəmin, S.Vurğunun və digərlərin Azərbaycan ədəbiyyatının, poeziyasının inkişafına,  gənclərimizin milli-vətənpərvərlik ruhunda, xalqa, millətə, dövlətə sədaqət ruhunda tərbiyə olunması ruhunda yazdığı əsərlərin qeyd etməli onların xalq vətən qarşısında xidmətlərini önə çəkmək lazımdır. Gənclərə məhz bunları aşılamaq  lazımdır.

Dostlar, gəlin, tarixə əl uzatmayaq. Gənclərə yaxşı nə varsa, onlara onu aşılayaq. Qoy, onlar yaxşılardan bəhrələnsinlər. Bu ruhda tərbiyələnsinlər, maariflənsinlər

Bu məqamda qeyd edib bildirməliyəm ki, S.Vurğunu, S.Rüstəmi ədəbi tənqid etmək üçün ən azı onların səviyyəsinə yaxın şairlər olub söz demək haqqına malikdirlər. Təsadüfi insanlar isə gedib onların zəngin yaradıcılığı ilə yaxından  tanış olub, maariflənsinlər.

Bu,  mənim məsləhətimdir, onlara tövsiyəmdir.

Ədiblərin ruhuna hörmət əlaməti olaraq.

Qafar Əsgərzadə
Əməkdar jurnalist
Pedaqogika üzrə fəlsəfə doktor, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan nümayəndə heyəti Oljas Süleymenova həsr olunmuş beynəlxalq forumda iştirak edir FOTO

26 May 2026 15:33see198

Alyona Əliyeva: Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram

27 May 2026 01:19see194

Zehni və sinir sisteminizi necə gücləndirmək olar..?

26 May 2026 20:49see190

Tbilisidə Röya Ayxan coşğusu!

27 May 2026 03:20see187

Azərbaycanda Qurban bayramı qeyd olunur

27 May 2026 00:03see178

Masada 3 ssenari var: Hansı ağır gələcək?

26 May 2026 19:36see178

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

27 May 2026 09:46see178

Yekun sənədi imzalayacağıq Mirzoyandan TRİPP AÇIQLAMASI

26 May 2026 23:17see177

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

27 May 2026 01:41see172

Aviabiletləri Azərbaycan dövlətini istəməyənlər bahalaşdırır AZAL la bağlı elə şeylər açıqlandı ki… KONKRET

27 May 2026 15:14see169

NASA hər ay Yerin peykinə pilotsuz gəmilər göndərəcək

27 May 2026 06:14see168

Belarusda işçilər “yoxa çıxır”...

26 May 2026 21:15see167

SEPAH Hörmüzdəki 25 gəmi ilə bağlı qərarını verdi

27 May 2026 01:08see165

“Lill”in baş məşqçisi “Fənərbağça” ilə oyundan danışdı

27 May 2026 14:43see165

Nəriman milliyə dəvət olundu FOTO

27 May 2026 22:21see160

Mourinyo “Barselona”dan onu istəyir

27 May 2026 16:39see160

Azərbaycan liderinə təbriklər gəlməkdədir

27 May 2026 01:14see159

28 May Respublika Günü qeyd olunur

28 May 2026 01:18see158

İnşaatda yeni dövr başlayır: Poladdan yüngül, zəlzələyə və suya davamlı yeni material gəldi

28 May 2026 00:38see148

Robertson “Tottenhem”ə keçir: “Yuventus” gecikdi

28 May 2026 01:26see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri