Icma.az
close
up
RU
Tarixən bizə aid olan torpaqlardan biz istifadə edə bilməmişik Hikmət Babaoğlu

Tarixən bizə aid olan torpaqlardan biz istifadə edə bilməmişik Hikmət Babaoğlu

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Amerika Birləşmiş Ştatlarında bu gün imzalanması nəzərdə tutulan üçtərəfli memorandumda Zəngəzur dəhlizi məsələsinin açılması da nəzərdə tutula bilər. Bu, heç şübhəsiz ki, hər bir azərbaycanlı üçün ilk növbədə Azərbaycanın Naxçıvana maneəsiz gediş-gəlişi təmin etmək deməkdir".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu imzalanması nəzərdə tutulan Birgə Bəyannamə nəticəsində Naxçıvana maneəsiz gediş-gəliş təsdiq olunacağı mövzusundan danışarkən bildirdi.

"Mənə elə gəlir ki, bu, Azərbaycanda ümumxalq sevinci yaradacaqdır. Çünki biz qara yolu ilə Naxçıvana gedə bilmirik, getsək də İran üzərindən gedirik. Uzun illərdir ki, Naxçıvan blokada şəraitində yaşayır, elə indi də yarımblokada vəziyyətindədir. Bu isə bütövlükdə Azərbaycanın inkişafına böyük maneələr törədir. Nəzərə almaq lazımdır ki, bu yolun həm də mühüm bir mənəvi tərəfi var".

Müsahibimizin sözlərinə görə, tarixən bizə aid olan torpaqlardan biz istifadə edə bilməmişik:

"Bu isə əlbəttə ki, Azərbaycanın Türkiyə ilə əlaqələrində də məhdudiyyətlər yaradıb. Türkiyə ilə Azərbaycanın ortaq sərhədlərində birbaşa kommunikasiyanı kəsib. İndi isə biz qardaş ölkənin ərazilərinə də birbaşa quru sərhəddi vasitəsilə hərəkət edə biləcəyik. Zəngəzur dəhlizinin beynəlxalq, regional və qlobal əhəmiyyəti var. Bu barədə Amerika Birləşmiş Ştatlarında da danışılır. Zəngəzur dəhlizi Orta Asiya ilə Anadolunu, Ön Asiyanı və Yaxın Şərqi birləşdirəcək mühüm bir tranzit dəhlizi rolunu oynayacaq ki, bu da Azərbaycan iqtisadiyyatına çox strateji dividendlər qazandıracaq".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri