Icma.az
close
up
RU
“Tarixən türk xalqlarını birləşdirən əsas amillərdən biri ortaq dil və oxşar əlifba sistemi olub”

“Tarixən türk xalqlarını birləşdirən əsas amillərdən biri ortaq dil və oxşar əlifba sistemi olub”

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nadir Kərimli: “Bu, türk xalqlarının mədəni və elmi əlaqələrinin dərinləşməsi üçün yeni imkanlar yaradacaq”

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Zirvə Görüşləri Azərbaycanəın ev sahibliyi etdiyi önəmli beynəlxalq platformalardan biridir. Tədbirdən sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də ortaq türk əlifbası və dilinin yaranması ilə bağlıdır.

“Xalq Cəbhəsi” mövzunu mütəxəssislərlə müzakirə edib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru Nadir Kərimli “Xalq Cəbhəsi”nə bildirib ki, Azərbaycan tarixində, eləcə də ümumilikdə türk-islam ölkələrinin tarixində əlifba məsələsi hər zaman prioritet və strateji əhəmiyyətli məsələ olub: “Əlifba təkcə yazı sistemi deyil, həm də xalqları birləşdirən mənəvi və mədəni dəyərdir”.

Onun sözlərinə görə, tarixən türk xalqlarını birləşdirən əsas amillərdən biri ortaq dil və oxşar əlifba sistemi olub: “Xatırlayıram ki, türkoloji qurultaylardan birində böyük alim Bəkir Çobanzadə demişdi: “Siz ərəb-fars mənşəli sözləri dildən təmizləməyə çalışmayın, çünki məhz bu sözlər türkdilli xalqları birləşdirir və onları bir-birini başa düşməyə yaxınlaşdırır”. Bu fikir bu gün də aktuallığını qoruyur. Əlifba məsələsi də eyni mahiyyət daşıyır – bizi birləşdirən ortaq mədəni platformadır”.

Nadir Kərimli qeyd edib ki, tarixdə ortaq əlifba xalqlar arasında mədəni inteqrasiyanın əsasını qoyub: “Cəlil Məmmədquluzadə Bakıda “Molla Nəsrəddin”i buraxanda onu Hindistanda və Kərkidə də oxuyurdular. Çünki ərəb əlifbası hamıya məlum idi. Ərəb qrafikasının bir xüsusiyyəti ondadır ki, orada saitlər işarələnmir, bu da oxuculara öz tələffüzlərinə uyğun şəkildə mətnləri anlama imkanı yaradırdı”.

AMEA Dilçilik İnstitutunun direktoru əlavə edib ki, ortaq latın əlifbasına keçid prosesində dil və fonetika baxımından ciddi maneə yoxdur: “Bu gün türk dünyasında latın qrafikalı əlifbalar müxtəlif formalarda tətbiq olunur. Özbəklər, qazaxlar, qırğızlar və türkmənlər latın əlifbasını fərqli şəkildə qəbul ediblər. Lakin Türk Akademiyasının təşəbbüsü ilə ortaq əlifba layihəsi üzərində ciddi iş aparılıb və Bakıda keçirilən toplantıda 34 hərfdən ibarət vahid sistemin qəbul edilməsi qərara alınıb. Bu, türk xalqlarının mədəni və elmi əlaqələrinin dərinləşməsi üçün yeni imkanlar yaradacaq”.

Onun sözlərinə görə, tutaq ki, qazax dilində “ü” səsinin bir neçə variantı var, lakin onu vahid qrafik işarə ilə ifadə etmək mümkündür: “Bizdə də “K” hərfi müxtəlif tələffüz olunur, amma bu, anlaşmanı pozmur. Ümumilikdə 34 hərf kifayət edir ki, bütün türkdilli xalqlar bir-birinin yazısını rahat oxusunlar. Əsas odur ki, bu proses təzyiq və məcburiyyətlə yox, təbii mədəni inteqrasiya yolu ilə həyata keçirilir”.

Nadir Kərimli vurğulayıb ki, ortaq latın qrafikalı əlifba türkdilli xalqların mədəni, elmi və informasiya əlaqələrini daha da gücləndirəcək: “Yeni ortaq əlifba ümumtürk məkanında vahid informasiya mühiti yaradacaq. Bütün türkdilli xalqlar bir-birinin yazısını rahat oxuya biləcək. Kök türkcə hamısında eynidir və zaman keçdikcə bu sistemə tam uyğunlaşma baş verəcək. Bu, türk dünyasının mənəvi və mədəni birliyinə yeni körpü olacaq”.

“Bu təşəbbüsü təqdir edirəm”

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, ortaq əlifbanın yaranması mərhələli şəkildə həyata keçirilə bilər: “Əvvəlcə ayrı-ayrı mətnlər, kitablar və digər nəşrlər ortaya çıxır, toplum zamanla buna alışır və istifadə rahatlığını hiss edir. Belə addımların atılması həm praktiki, həm də simvolik baxımdan önəmlidir və dilimizin birliyi istiqamətində mühüm rol oynayır”.

Deputat həmçinin əlavə edib: “Mən bu təşəbbüsü hər halda təqdir edirəm. Əgər yaxın gələcəkdə ortaq əlifbanı sistemli şəkildə tətbiq edə bilsək, bunun müsbət nəticələri daha geniş və davamlı olacaq. Bu cür nəşrlərin yayılması insanlar üçün bir nümunə rolunu oynayacaq və göstərəcək ki, bu əlifbanın istifadəsi mümkündür və rahatdır. Ədəbiyyat, mətbuat və tədris sahəsində belə layihələrin inkişafı, gənc nəslin də bu prosesə adaptasiyasını asanlaşdıracaq. Ona görə də bu istiqamətdə işlərin davam etdirilməsi vacibdir.”

O, qeyd edib ki, ortaq əlifbanın geniş tətbiqi yalnız dil birliyi deyil, həm də mədəniyyətlərin yaxınlaşması və regional inteqrasiyanın güclənməsi baxımından əhəmiyyətlidir.

Gunel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Oktyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri