Icma.az
close
up
RU
Tarixi abidələri korlayanların babaları VİDEO

Tarixi abidələri korlayanların babaları VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Neçə gündür ictimaiyyət arasında Şuşa dağlarına adların yazılması barədə müzakirələr gedir. Məsələyə münasibət birmənalı oldu. Qoca, cavan hər kəs birmənalı (və haqlı) olaraq bu addımı qınadı.

Çıxışlarda bir tendensiyanı da müşahidə etdik: Kənardan bu reaksiyalara baxana elə gəlir ki, bunu 20-25 yaşlı, həyatı başa düşməyən gənclər ediblər. Sanki, bu hadisə əvvəllər heç vaxt olmayıb. Lakin, keçmişə nəzər saldıqda oxşar hallar üzə çıxır.

Azərbaycanın məşhur kinojurnalı “Mozalan”da bu məsələ uzaq 70-ci illərdə işıqlandırılıb. Jurnalın 1973-cü ilə aid 11-ci nömrəsində (“Daş dözür” süjeti)  Şamaxı Cümə məscidinin bərbad vəziyyətindən söz açılır. Süjetdə görünür ki, ölkənin ən qədim məscidi sahibsiz qalıb, divarlarına isə adlar qazınıb. Tarixi binanın divarları sovet üslubunda yarıyadək əhənglənib, fasada elektrik xətləri asılıb, tağlara isə uşaqlar yellənçək qurub (böyük ehtimalla bunu böyüklər ediblər). bura qədəri yerli əhalinin abidəyə münasibəti.

Aparıcı mətnində daş üzərindəki “qravürada” latın qrafikalı yazılar da olduğu vurğulanır. Həmin dövrdə Azərbaycan SSR-də kiril əlifbasının istifadə olduğunu nəzərə alsaq, deyə bilərik ki, bunu böyük ehtimalla Baltikyanı ölkələrdən gəlmiş turistlər ediblər. Həmin vaxtı hansısa əcnəbinin Azərbaycanda dağılmış məscidə baş çəkməsi mümkün deyildi.

“Mozalan”ın tarixi abidələrə, daşlara və ağaclara ad həkk edənlərə həsr edilmiş başqa bir süjeti bu cümlə ilə bitir: “adın daşlara yazılsın”. Təəssüf ki, videonu tapa bilmədik.

Bir sözlə, Azərbaycan SSR-də məscid divarlarını yazanların nəvələri bu gün Azərbaycan Respublikasında şəhid qanı bahasına qovuşduğumuz torpaqlarda vandallıqlar və nadanlıqlarını davam etdirirlər.

Əslində problem dünyanın hər yerində mövcuddur. Bir neçə il əvvəl türkiyəli tələbə İtaliyada tarixi divarı yazdığı üçün 20 min avro cərimələndikdən sonra ölkədən çıxışına icazə verilmişdi.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Sentyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri