Icma.az
close
up
RU
Tarixi Azərbaycan klubu fəaliyyətini bərpa edir

Tarixi Azərbaycan klubu fəaliyyətini bərpa edir

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir zamanlar Azərbaycan futbolunun Yüksək Liqasında uğurlu çıxışı ilə tanınan Bakının “Xəzri” Futbol Klubu yenidən fəaliyyətə başlayır.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Xəzri Buzovna” SC-nin rəhbəri Təbriz Ağayev məlumat verib.

Onun sözlərinə görə, “Xəzri Buzovna” artıq idman klubu kimi yenidən dövlət qeydiyyatından keçib və fəaliyyətini yeni mərhələdə davam etdirəcək.

Təbriz Ağayev bildirib ki, klubun tərkibində futbol və bütün idman növlərinin yaradılması nəzərdə tutulur. Layihənin əsas məqsədi Buzovna qəsəbəsi və ümumilikdə Xəzər rayonunda yaşayan uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtının səmərəli təşkilinə, onların zərərli vərdişlərdən uzaq tutulmasına, sağlam həyat tərzinin təbliğinə və peşəkar idmanla məşğul olmaları üçün əlverişli şəraitin yaradılmasına xidmət etməkdir.

Klub rəhbərinin sözlərinə görə, hazırda komandanın daimi məşqlərini keçirəcəyi və ev oyunlarını qəbul edəcəyi stadionun müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Sənədləşmə və digər texniki prosedurlar başa çatdıqdan sonra “Xəzri”nin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Region Liqasında iştirakı üçün rəsmi müraciət etməsi planlaşdırılır.

“Ümid edirik ki, əlaqədar dövlət qurumları və idman təşkilatları Buzovnada böyük futbolun yenidən dirçəldilməsi istiqamətində həyata keçirdiyimiz təşəbbüslərə dəstək verəcəklər. Məqsədimiz yalnız futbol komandası yaratmaq deyil, eyni zamanda bölgədə idman mühitini canlandırmaq və istedadlı gənclərin inkişafına töhfə verməkdir”, – deyə Təbriz Ağayev vurğulayıb.

Qeyd edək ki, “Xəzri” Futbol Klubu 1992-ci ildə Bakının Buzovna qəsəbəsində yaradılıb. Klubun təsisçisi və ilk prezidenti Azərbaycanın müstəqillik hərəkatının öncül simalarından biri Nəsir Ağayev olub. Bir müddət “Xəzri” klubuna iş adamı Malik Atakişiyev rəhbərlik edib və məhz həmin dövr komandanın tarixində ən uğurlu mərhələlərdən biri kimi yadda qalıb. Onun rəhbərliyi dövründə klubun inkişaf strategiyasında mühüm dəyişikliklər həyata keçirilib. Əvvəllər əsasən yerli futbolçulara üstünlük verən komandaya ölkənin digər klublarından təcrübəli və istedadlı oyunçular cəlb olunub. Heyətin gücləndirilməsi komandanın oyun keyfiyyətinə və nəticələrinə də müsbət təsir göstərib. Bunun nəticəsində “Xəzri” ölkə futbolunda iddialı kollektivlərdən birinə çevrilərək mühüm uğurlara imza atıb. Həmin illər klubun həm idman nailiyyətləri, həm də peşəkar idarəçilik baxımından yüksəliş dövrü kimi dəyərləndirilir. Bu uğurlar düzgün idarəçiliyin və güclü heyət quruculuğunun futbol klubunun inkişafında həlledici rol oynadığını göstərib.

Müxtəlif dövrlərdə “Xəzri” və “Xəzri-Eltac” adları ilə çıxış edən komanda Azərbaycan futbolunda yaddaqalan uğurlara imza atıb. Klub futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında 5 mövsüm mübarizə aparıb. Komanda 1995/1996 mövsümündə ölkə çempionatının gümüş, 1996/1997 mövsümündə isə bürünc medalını qazanaraq həmin illərin ən iddialı kollektivlərindən biri kimi yadda qalıb.

“Xəzri” Azərbaycan Kubokunda da uğurlu çıxış edib. Klub 1996/1997 mövsümündə turnirin finalına qədər irəliləyərək həlledici görüşdə iştirak etmək hüququ qazanıb və bununla da Azərbaycan futbol tarixində özünəməxsus iz buraxıb. 1996/1997-ci ildə UEFA Kubokunda ölkəmizi təmsil edib.

İllər sonra tarixi klubun yenidən fəaliyyətə başlaması Buzovna və Xəzər rayonunda futbol ənənələrinin dirçəldilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Klub rəhbərliyi hesab edir ki, yeni layihə təkcə peşəkar komandanın formalaşdırılmasına deyil, həm də gələcəkdə Azərbaycanın futboluna yeni istedadların qazandırılmasına xidmət edəcək.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Avqust 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri