Icma.az
close
up
RU
Şəhər günün mübarək, doğma Kəlbəcər!

Şəhər günün mübarək, doğma Kəlbəcər!

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Böyük zəfərlərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra müstəqil Azərbaycanın həyatına yeni əlamətdar günlər daxil olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bu sırada yer alır.

Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər məhz 25 noyabr 2020-ci il tarixində işğaldan azad olunub - üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq döyüşsüz Azərbaycana təhvil verilib.

İşğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri

Vətən müharibəsində işğaldan azad edilən ərazilərin hər qarışı bizim üçün son dərəcə əzizdir. Biz düz otuz il ərzində yurd yerlərimizə, doğma kəndlərimizə, şəhərlərimizə qayıtmağın həsrəti ilə yaşamışıq. 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində şanlı Ordumuzun şücaəti ilə əldə olunan böyük qələbələr sayəsində bu həsrətə son qoyulub və ölkəmizin ərazi bütövlüyü, suverenliyi təmin olunub.

Xalqımızın işğaldan azad olunan ərazilərə böyük bağlılığı var. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir. İşğaldan azd edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi həm də böyük qələbələrimizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirlməsi anlamına gəlir. Bu qələbələri heç kəs bizə hədiyyə etməyib. Onları igid hərbiçilərimiz canları, qanları hesabına qazanıblar. Xaincəsinə torpaqlarımıza soxulan düşmən cəzalandırlmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunur.

60 min kəlbəcərli ev-eşiyindən qovulub

Vətən müharibəsində əldə olunan şanlı Qələbəyədək biz hər il aprelin 2-ni tariximizin qara səhifələrindən biri kimi xatırlayırdıq. Bu da təsadüfi deyildi. 1993-cü il 2 aprel tarixində Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər ermənilər tərəfindən işğala məruz qalmışdı.

Xatırladaq ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi.

Mərkəzi hakimiyyətdən kömək almayan kəlbəcərlilər 1993-cü il mart ayının 23-dən aprel ayının 2-dək özlərindən qat-qat yaxşı təchiz olunmuş ermənilərə qarşı mərdliklə vuruşublar. 1993-cü ilin qiymətlərinə görə işğal nəticəsində Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.

Kəlbəcərin işğalından əvvəl isə  Ağdaban faciəsi baş verib. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri sayılır. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmaq məcburiyyətində qalıb.

Kəlbəcərin bir güllə atılmadan azad edilməsi

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcərdən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Ancaq BMT TŞ-nin bu və digər üç qətnaməsi təxminən üç onillik ərzində yerinə yetirilmədi. Azərbaycan ərazi bütövlüyünə özünün Müzəffər Ordusunun şanlı Qələbəsi sayəsində nail oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz XXI əsrin müharibəsini apardı və düşməni acınacaqlı məğlubiyyətə uğratdı. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Ordumuz 300-dən çox yaşatış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Acınacaqlı məğlubiyyət acısı yaşayan Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından döyüşsüz çıxmaq öhdəliyi götürdü. Razılaşmaya əsasən, Kəlbəcər noyabrın 25-də tamamilə boşaldılaraq Azərbaycana təhvil verildi. Həmin tarixdə Azərbaycanın Silahlı Qüvvələri rayon ərazisinə daxil olaraq burada  nəzarəti ələ aldı.

Üçtərəfli bəyanata əsasən Kəlbəcərin işğaldan  azad edilməsi mühüm tarixi-strateji önəm daşıyır. 27 il işğal altında qalan Kəlbəcər bir güllə belə atılmadan, şəhidlər verilmədən azad edildi. Bu, əslində Azərbaycanın hərbi, siyasi və mənəvi qələbəsi,  Ermənistanın öz gücsüzlüyünün etirafı anlamına gəlir. Kəlbəcərin və digər ərazilərin işğaldan azad edilməsi ilə Azərbaycan tarixi sərhədlərinə çıxmağa nail oldu. Hazırda işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı quruculuq layihələri həyata keçirilir, yaşayış məntəqələri bərpa olunur.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri