Icma.az
close
up
RU
Tarixi günlər böyük sevinclə qeyd edilir

Tarixi günlər böyük sevinclə qeyd edilir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində isə Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Antiterror tədbirlərinin nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağmız ucaldıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev həmin ilin oktyabr ayının 15-də ilk dəfə bu ərazilərimizə səfər etdi. Ölkə başçısı həmin tarixdən etibarən dəfələrlə bu ərazilərimizə səfərlər etmiş, çoxsaylı təməlqoyma, açılış mərasimlərində iştirak etmiş və yerli sakinlərlə görüşmüşdür. 

Artıq ikinci ildir ki, 20 sentyabr tarixi ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü olaraq qeyd edilir. 2024-cü il sebtyabrın 18-də Prezident İlham Əliyev bununla əlaqədar Sərnacam imzalamışdır.

Bu gün Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyət göstərir, bərpa-qruculuq işləri həyata keçirilir. Xankəndi şəhəri həmçinin siyasi tədbirlərin keçirilidyi bir məkana çevrilib.

Xocalı, Xocavənd və Ağdərədə də bərpa-quruculuq işləri sürətlə davam etdirilir, bu rayonlardan olan keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Ölkə başçısı hər bir obyektin təməlqoyma və açılış mərasimlərində iştirak edir, doğma yurd-yuvalarına qayıdan sakinlərlə görüşlər keçirir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hər bir layihə Azərbaycan dövlətinin gücündən xəbər verir. Bu işlər bir daha təsdiq edir ki, insanlarımız öz doğma torpaqlarına bağlıdırlar və 30 ildən çox həsrətini çəkdikləri yurd-yuvalarına daha tez qovuşmağa çalışırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın birinci mərhələsi uğurla həyata keçirilir. Vətən həsrəti çəkən soydaşlarımızın öz doğma torpaqlarında yaşamaları, işləmələri üçün hər bir şərait yaradılır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur gülüstana çevrilir. Qalib Azərbaycan xalqı, keçmiş məcburi köçkünlər suveren Azərbaycanda qürurla yaşayır, əlamətdar tarixi günləri  böyük sevinclə qeyd edir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see392

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see284

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see251

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see245

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see240

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see238

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see237

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see235

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see226

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see221

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see219

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see213

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see211

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see203

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see200

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see198

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see194

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see192

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see188

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri