Icma.az
close
up
RU
Tarixi hadisələr silsiləsi: Azərbaycanın yeni uğuru

Tarixi hadisələr silsiləsi: Azərbaycanın yeni uğuru

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Biz 8 avqust Vaşinqton görüşlərinə, imzalanan sənədlərə "tarixi hadisələr" demişdik. Bu fikrə etiraz edənlər olmuşdu. Ancaq vaxtı gəldikcə tarix, zaman nəyin doğru, nəyin yanlış olduğunu ortaya qoyur.

Dünən gecə ATƏT-in keçmiş Kinsk Qrupu, ümumiyyətlə, Minsk Prosesi tarixə qovuşdu.

Məlum olduğu kimi, bu il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalamışdılar. Həmin bəyannamədə nəzərdə tutulduğu kimi, hər iki ölkənin -Azərbaycanın və Ermınistanın xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinə Minsk Qrupunun buraxılması üçün müraciət etməli idilər. Bu müraciət edildi və nəticəsi özünü çox gözlətmədi: sentyabrın 1-də ATƏT-in Nazirlər Şurası Minsk Prosesinin və onunla əlaqədar strukturların noyabrın 30-da saat 23.59-da bağlanması haqqında qərar vermişdi. Bu, 57 iştirakçı dövlətin qərarı ilə baş verdi.

Bundan sonra da Azərbaycanın öz içindəki və xaricdəki tənqidçiləri (daha doğrusu, təhrifçilər) belə bir iddia irəli sürdülər: ATƏT üç ay müddət qoyub, bu qərar icra olunmayacaq, Azərbaycan hakimiyyəti xalqı aldadır və sair və ilaxır.

Ancaq, budur, artıq həmin qərar icra olundu, kimin xalqı aldatmaq istədiyi ortaya çıxdı.

Bu, heç şübhəsiz ki, çox ciddi diplomatik uğurdur. Əlbəttə, əvvəldən bilinirdi ki, bu, baş verəcək; ATƏT-in Nazirlər Şurası qərar qəbul etmişdi. Ancaq, etiraf etməliyik ki, biz verilən sözlərin heç də həmişə tutulmadığı, qəbul olunan qərarların heç də həmişə icra olunmadığı bir beynəlxalq siyasət dövründə yaşayırıq. ABŞ prezidentinin də nəinki şahidlik etdiyi, hətta özünün şəxsən imzaladığı qərarların hamısı həyata keçmir. Ancaq bu qərar icra olundu. Bu da Azərbaycanın növbəti diplomatik nailiyyətidir. Artıq Azərbaycanla Ermənistan arasında heç bir vasitəçi, moderator, heç bir "kurator" qalmadı. Keçmiş Minsk Qrupu böyük dövlətlərə ona görə lazım idi ki, Azərbaycanla Ermənistan arasında "münaqişəli" vəziyyətin, vasitəçiyə ehtiyac duyulan qarşıdurmanın qaldığını əsaslandırıb, istənilən vaxt bölgəyə müdaxilə etsinlər. Ancaq Azərbaycan bu imkanı onların əlindən aldı.

Niyə təkcə Azərbaycanın adını çəkirəm, Ermənistanın adını çəkmirəm? Çünki Minsk Prosesinin, onun içində Minsk Qrupunun buraxılması tələbini Azərbaycan irəli sürmüşdü, Ermənistanla danışıqlarda, eləcə də, bütün başqa uyğun beynəlxalq platformalarda bu tələbində israr edirdi. Bunu tutarlı dəlillərlə, keçərli arqumentlərlə əsaslandırmışdı. Ona görə də Minsk Prosesinin sonlandırılması Azərbaycanın çox mühüm tarixi uğurudur; bu, ölkənin suverenliyini möhkəmləndirən bir hadisədir. Azərbaycan öz suverenliyini bütün ərazisində, əlbəttə, təmin edib. Ancaq bu suverenliyə yaranan və yarana biləcək təhdidləri aradan qaldırmaqda davam edir. Bu yolda ən əhəmiyyətli addımlar Azərbaycan və Ermənistan cəmiyyətləri arasında yaranacaq və hökumətləri arasında imzalanacaq sülhlə bağlı olacaq. Vaxtı, məqamı yetişdikcə bu da olacaq. Əslində Azərbaycanla Ermənistan arasında faktik sülh var. Artıq iki ölkənin sərhədlərində atışmalar yoxdur; silahlar "danışmır". Eyni zamanda qarşılıqlı etimad yaradan addımlar atılır. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana göndərilməsi bu baxımdan çox maraqlı və mühüm gəlişmə idi. Azərbaycan bununla təkcə Ermənistanla sülhə və nəticəsində iqtisadi əlaqələrin qurulmasına hazır olduğunu göstərmədi, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqazın vahid geopoltik orqanizmə çevrilməsi yolunda irəliyə böyük addım atdı. Mərkəzi Asiya dövlətlərinin Ermənistana təsirini artırmış oldu. Bu da rəsmi İrəvanın müstəqilləşməsi və daha cəsarətli və doğru qərarlar verə bilməsi üçün vacib amillərındir. Eyni zamanda hər iki ölkənin vətəndaş cəmiyyəti və media təmsilçilərinin təmasları da buna xidmət edir.

Bir sözlə, adına "tarix" dediyimiz mərhələni yaşayırıq. Bu cür tarixi hadisələr silsiləsinin, o cümlədən, mühüm diplomatik uğurların davam edəcəyi şübhəsizdir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Dekabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri