Icma.az
close
up
RU
Tarixi hücumun arxasında BU ŞƏXS DURURMUŞ: Rusiya onu axtarır ŞOK FOTOLAR

Tarixi hücumun arxasında BU ŞƏXS DURURMUŞ: Rusiya onu axtarır ŞOK FOTOLAR

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın təşkil etdiyi “Hörümçək toru” əməliyyatının arxasında duran əsas fiqur üzə çıxıb. 

Hurriyyet.az xəbər verir ki, strateji əhəmiyyətli A-50 erkən xəbərdarlıq təyyarələri və Tu-95 və Tu-22M3 bombardmançı təyyarələri də daxil olmaqla, Rusiya hava gücünün əhəmiyyətli bir hissəsini zərərsizləşdirən əməliyyatın arxasında duran sima kimi Ukrayna Kəşfiyyatının zabiti Artem Timofiyev önə çıxır.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iddia edir ki, Ukraynanın Rusiya hava bazalarına pilotsuz təyyarələrlə uğurlu hücumlarının arxasında ukraynalı sahibkar Artem Timofiyev dayanır. FSB rəsmiləri “Ukrayna kəşfiyyatının əsas əməliyyat elementi” kimi təsvir edilən Artem üçün geniş miqyaslı ümummilli axtarışa başlayıb.

Ukraynanın Jitomir şəhərində anadan olan Artem Timofiyev bir müddət paytaxt Kiyevdə yaşadıqdan sonra kommersiya məqsədi ilə Rusiyada məskunlaşıb. Artemin Çelyabinski seçməsi onun Qazaxıstan sərhədinə yaxınlığı, strateji üstünlüklər təmin etməsi ilə bağlıdır.

Rusiya hakimiyyəti iddia edir ki, PUA-nın Ukraynanın hava bazalarına hücumunda istifadə olunan materiallar Artem Timofiyev adına qeydiyyatda olan yük maşınlarında daşınıb. Çelyabinskdə yaşayan 55 yaşlı yük maşını sürücüsü Aleksandr Z. ifadəsində Artem adlı iş adamından Murmansk vilayətinə “taxta ev modulları” daşımaq üçün sifariş aldığını bildirib.

Digər sürücü, 61 yaşlı Andrey M. Artemin ona taxta evləri İrkuts şəhərinə daşımağı tapşırdığını deyib. 46 yaşlı sürücü Sergey də oxşar əhvalatı danışıb.

Bütün sürücülər yüklərini daşıyarkən nə baş verəcəyindən xəbərsiz olublar. Naməlum şəxs sürücülərin mobil telefonuna zəng edərək onlara harada dayanacaqlarını dəqiq deyib.

Yük maşınları Olenya aviabazasının yaxınlığındakı “Rosneft” yanacaqdoldurma məntəqəsində və Belaya aviabazasının yaxınlığındakı kafedə dayanıb. Sürücülər məntəqələrə çatanda pult vasitəsilə qoşqularının damları açılıb və PUA-lar hücuma keçib.

Qeyd edək ki, Ukrayna ordusu "Hörümçək toru" əməliyyatı çərçivəsində hər biri 1000 dollarlıq pilotsuz uçan aparatla birlikdə ən azı 40 Rusiya döyüş təyyarəsini məhv edib.

Rusiyanın “Perl Harboru” olaraq xarakterizə edilən və beynəlxalq ictimaiyyəti şoka salan bu hücumda Rusiya ordusunun 7 milyard dollardan itki verdiyi bildirilib.

Ukrayna Müdafiə Nazirliyinin “Hörümçək toru” adlandırdığı əməliyyatda ən kritik zərbələr Ukrayna sərhədindən 4500 km uzaqlıqdakı Belaya bazasına və 1800 km uzaqlıqdakı Olenya bazasına endirilib.

Ukrayna prezidenti Volodimir Zelenski əməliyyatın miqyasını “tarixi uğur” kimi xarakterizə edib.

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyun 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri