Icma.az
close
up
RU
Tarixi köklərə bağlı olan Azərbaycan Pakistan münasibətləri uğurla inkişaf edir

Tarixi köklərə bağlı olan Azərbaycan Pakistan münasibətləri uğurla inkişaf edir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Qalib Azərbaycanın gücü, qüdrəti durmadan artır və ölkəmizin dünya dövlətləri ilə münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan uğurlu xarici siyasət yürüdərək yeni əlaqələr qurmaqla yanaşı, ənənəvi tərəfdaşları ilə əlaqələrini uğurla davam etdirir.

Pakistan ilə Azərbaycan arasında bu cür ənənəvi dostluq-qardaşlıq münasibətlərinin inkişafı müsəlman ölkəsi arasında tərəfdaşlığın əsil nümunəsidir. Pakistan İslam Respublikasının Baş nazirinin fevralın 23-də Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında “İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik” deməsi, və “Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”, - deyə dövlətimizin başçısı vurğuladığı fikirlər deməyə əsas verir ki, sözün əsil mənasında hər iki ölkə arasında tarixi köklərə bağlı olan hərtərəfli münasibətlər daim inkişaf edəcəkdir.

Eyni zamanda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatında “İnşallah, aprel ayında, hər şey müzakirə edildikdən və qərar qəbul olunduqdan sonra mən 2 milyard dollar dəyərində razılıqları tamamlamaq üçün yenə də Sizi İslamabadda qəbul etməkdən böyük şərəf və sevinc hissi keçirəcəyəm. Bu, bizim ticarət və investisiya münasibətlərimizdə ilk keyfiyyətli sıçrayış olacaq və qardaşlıq əlaqələrimizi əhəmiyyətli dərəcədə əks etdirəcək, bu gün biz bu hədəfə çatdıq və İnşallah, bir aydan sonra biz həmin böyük qərarın həyata keçirilməsini qeyd edəcəyik” deməsi bu qardaşlıq münasibətlərinin əbədi olacağına əminlik yaradır.

Tarixi köklərə bağlı olan Pakistan-Azərbaycan münasibətlərinin son dövrünün siyasi xronukasına baxsaq görərik ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur. 12 dekabr 1991-ci ildə Pakistan Azərbaycanın müstəqilliyini rəsmən tanımış və bununla iki ölkə arasında dostluq münasibətlərinin əsası qoyulmuşdur. 9 iyun 1992-ci ildə Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələr qurulmuş, 12 mart 1993-cü ildə Pakistan Bakıda öz səfirliyini açmışdır. Azərbaycan isə 24 avqust 1997-ci ildə İslamabadda səfirlik təsis edərək qarşılıqlı diplomatik münasibətləri daha da möhkəmləndirmişdir. Səfirliklərin fəaliyyətə başlaması ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə vermişdir. Qarşılıqlı hörmət və etimada söykənən münasibətlər 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Kasablankada Pakistanın Baş naziri Benazir Bhutto ilə görüşündən sonra yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir il sonra oktyabrda isə Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər etmişdir. Pakistan Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmişdir. Xüsusilə Ermənistanın təcavüzkar siyasətinə qarşı sərgilədiyi mövqe rəsmi İslamabadın Azərbaycana olan sadiqliyinin bariz nümunəsidir. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini daim pisləmiş, rəsmi İslamabad Ermənistanı işğalçı dövlət kimi tanımış və bu ölkə ilə diplomatik əlaqələr qurmaqdan imtina etmişdir. Bununla yanaşı, İkinci Qarabağ müharibəsi dövründə Pakistanın dövlət və hökumət nümayəndələri Azərbaycanla həmrəy olduqlarını bəyan etmiş, müxtəlif beynəlxalq platformalarda ölkəmizi dəstəkləyən çıxışlar etmişlər. Pakistan eyni zamanda Xocalı soyqırımını tanıyan ölkələrdən biridir. Belə ki, 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı Soyqırımını tanıyaraq faciəni insanlığa qarşı cinayət kimi qiymətləndirmişdir. 2017-ci ildə də Pakistan Milli Assambleyasının Xarici İşlər Komitəsi oxşar qərar qəbul edərək Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və işğalçı dövlətə qarşı beynəlxalq təzyiqlərin artırılmasını tələb etmişdir. Bu addımlar Pakistanın Azərbaycanın haqq işinə verdiyi dəstəyin mühüm göstəricilərindəndir.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan-Pakistan münasibətləri təkcə siyasi və diplomatik müstəvidə deyil, iqtisadi, hərbi və mədəni sahələrdə də inkişaf etməkdədir. Hər iki ölkə ticarət dövriyyəsini artırmaq, müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək və enerji sektorunda tərəfdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Pakistan müdafiə sənayesi sahəsində ciddi nailiyyətlər əldə edib və bu sahədə Azərbaycanın yaxın tərəfdaşlarından biridir. Azərbaycanın Pakistan istehsalı olan JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsi də bu əməkdaşlığın praktik nəticələrindən biridir.

Bu gün hər iki ölkə arasında siyasi münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və D-8 çərçivəsində bir-birini dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın dövlət başçıları arasında keçirilən rəsmi görüşlər, imzalanan sənədlər əlaqələrin strateji mahiyyətini daha da gücləndirir. Azərbaycan və Pakistan liderlərinin mütəmadi görüşləri ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Belə ki, 2017-ci ildə Prezident İlham Əliyevin Pakistana səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısında iştirak etməsi iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verib. 2019-cu ildə Pakistan Prezidenti Arif Alvinin Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycana səfəri siyasi əlaqələrin gücləndirilməsinə şərait yaradıb. 2023-cü ildə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri isə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Səfər zamanı iqtisadi, ticarət və enerji əməkdaşlığı məsələləri müzakirə olunub və iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi ilə bağlı razılıq əldə edilib. Ölkə başçımızın ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı ikitərəfli görüşlər keçirilib. Əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirib. COP29 çərçivəsində də Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Onu da qeyd edək ki, fevralın 23-də ölkəmizə rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında keçirilən təkbətək görüş, daha sonra müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması və mübadilə mərasiminin keçirilməsi, imzalanan razılaşmalar siyasi, iqtisadi, enerji, müdafiə sənayesi, logistika və humanitar sahələrdə əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, gələcək strateji layihələrin həyata keçirilməsinə də zəmin yaradır. Bu sənədlər iki ölkənin ticarət dövriyyəsini artırmaq, sərmayə imkanlarını genişləndirmək və birgə infrastruktur layihələrini reallaşdırmaq məqsədi daşıyır. Keçirilən görüşlər və imzalanan yeni razılaşmalar iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyindən xəbər verir. Bu əməkdaşlıq yalnız Azərbaycan və Pakistan deyil, bütövlükdə regionun sabitliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Pakistan münasibətləri qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Son illər həyata keçirilən yüksək səviyyəli səfərlər və diplomatik görüşlər əlaqələrin möhkəmləndirilməsinə xidmət edib. İki qardaş ölkə siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlığı daha da genişləndirməklə, regional və beynəlxalq arenada bir-birinə dəstək verir. Son illərdə iki ölkə ticarət və investisiya sahəsində əlaqələri genişləndirmək üçün mühüm addımlar atıb. Kənd təsərrüfatı, enerji, əczaçılıq, tikinti, nəqliyyat və informasiya texnologiyaları sahəsində tərəfdaşlıq imkanları genişlənir. Qarşılıqlı iqtisadi maraqlar və strateji mövqe əməkdaşlığın inkişafına böyük töhfə verə bilər. Həmçinin Azərbaycanın zəngin neft və qaz ehtiyatları Pakistan üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə maye qaz (LNG) tədarükü və neft məhsullarının idxalı sahəsində əməkdaşlıq genişlənir. Pakistan isə enerji sektorunda Azərbaycanın təcrübəsindən yararlanaraq enerji infrastrukturunun inkişafına töhfə verə bilər. Azərbaycan və Pakistan arasında münasibətlər siyasi və iqtisadi sahələrlə yanaşı, humanitar istiqamətdə də dərin köklərə malikdir. Hər iki ölkə bir-birinə humanitar dəstək göstərməklə qardaşlıq bağlarını daha da möhkəmləndirir. Bu çərçivədə Azərbaycan hökuməti və Heydər Əliyev Fondu Pakistanda bir sıra mühüm sosial layihələr həyata keçirib, təhsil, səhiyyə və infrastruktur sahələrində ciddi yardımlar edib. 2010 və 2011-ci illərdə Pakistanın müxtəlif bölgələrində baş vermiş genişmiqyaslı sel fəlakətlərinin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan hökuməti Pakistana ümumilikdə 3 milyon ABŞ dolları həcmində yardım edib. Bundan əlavə, 2008-ci ildə Azərbaycanın maliyyə dəstəyi ilə Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün məktəb tikilib və 2012-ci ildə bu təhsil ocağı əsaslı təmir olunub. Heydər Əliyev Fondu da Pakistanda müxtəlif sosial layihələr reallaşdırıb. Xəstəxanaların inşasına dəstək verilib, pulsuz tibbi müayinələr təşkil edilib, əlilliyi olan şəxslərə əlil arabaları təqdim olunub. 2012-2018-ci illərdə Fond Pakistandakı tibb müəssisələrinə qanköçürmə və laboratoriya avadanlıqları, təcili tibbi yardım maşını və tibbi ləvazimatlar bağışlayıb. Bundan əlavə, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı Sistemi qurulub. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində 2019-cu ildə Heydər Əliyev Fondu Müzəffərabad şəhərində qızlar məktəbinə hədiyyələr göndərib, Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzi açılıb. 2023-cü ildə Pakistanın Milli Elm və Texnologiya Universitetində Heydər Əliyev adına auditoriya fəaliyyətə başlayıb. Bununla yanaşı, 2021-ci ildə Peşəvərdə prospektə Nizami Gəncəvinin adı verilib, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzi açılıb. Pakistanda həyata keçirilən humanitar təşəbbüslər yüksək qiymətləndirilib. 2013-cü ildə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistanın nüfuzlu "Könüllü qadınlar" təşkilatı və "Daily Times" qəzeti tərəfindən "Humanizmin Simvolu - 2012-ci ilin Qadını" mükafatına layiq görülüb. 2015-ci ildə isə Pakistan Prezidenti Məmnun Hüseyn ölkəmizin birinci xanımına ölkənin ən yüksək dövlət təltiflərindən biri olan "Hilal-e Pakistan" ordenini təqdim edib. Azərbaycan və Pakistan arasında humanitar əməkdaşlıq təkcə yardımlaşma deyil, eyni zamanda iki xalq arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən layihələr qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır. Azərbaycan və Pakistan xalqları arasında mədəni əlaqələr yüksək səviyyədədir. Pakistanın müxtəlif şəhərlərində Azərbaycan tarixinə və mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilir, universitetlərdə Azərbaycan dili və mədəniyyəti üzrə tədqiqatlar aparılır. İki ölkənin gəncləri arasında təhsil sahəsində əməkdaşlıq genişlənməkdədir. Pakistan tələbələri Azərbaycan universitetlərində təhsil alır və eyni zamanda azərbaycanlı tələbələr Pakistanın ali təhsil ocaqlarında akademik biliklərini artırırlar. Hər iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq daha da dərinləşmək potensialına malikdir. Bütün bu amillər Azərbaycan-Pakistan münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyini göstərir. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional və qlobal məsələlərdə mövqelərinin uzlaşması bu əlaqələrin strateji səviyyədə inkişafına zəmin yaradır. Qarşıdakı illərdə Bakı və İslamabad arasında daha sıx əməkdaşlıq formatlarının yaradılması, ortaq investisiya layihələrinin reallaşdırılması və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi addımların atılacağı gözlənilir.

Ən əsası, Azərbaycan və Pakistan münasibətləri uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. İki ölkə arasında əlaqələr diplomatik münasibətlərlə, həmçinin ortaq dini və mədəni köklərlə daha da möhkəmlənir.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see201

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see199

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see168

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see151

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see148

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see142

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see139

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see135

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see134

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see132

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see131

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see130

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see130

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see128

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see128

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see125

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see121

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see121

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri