Tarixi rekord: Klebo doqquzuncu qızılı qazandı
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Norveç millisinin üzvü Yohannes Klebo Olimpiya tarixində yeni səhifə açıb.
İdman.Biz xəbər verir ki, 29 yaşlı idmançı Qış Olimpiya Oyunlarında doqquz qızıl medal qazanan ilk atlet olub. Rekord Milan-Kortina 2026 çərçivəsində 4x7,5 km estafetdə Norveç yığmasının qələbəsindən sonra rəsmiləşib.
Klebo əvvəlki rekordçular Börn Deli, Marit Byörgen və Ule-Eynar Byörndaleni geridə qoyub. Həmin idmançıların hərəsinin aktivində səkkiz qızıl mükafat var idi.
Norveçli ulduzun nailiyyəti artırmaq şansı da qalır. Onu qarşıda komanda sprinti və marafon gözləyir.
Milan-Kortina Qış Olimpiya Oyunları fevralın 22-dək davam edəcək və yarışda ümumilikdə 116 medal dəsti sahibini tapacaq.
Bu mövzuda digər xəbərlər:Klebo beyin silkələnməsi keçirdi
14 Mart 2026 18:34
Klebo birinci, Haaland onuncu oldu
28 Mart 2025 15:18
Qızılı rekord həddə çatdırır
18 Aprel 2025 03:28
Norveçli xizəkçi Yohannes Klebo doqquzuncu Olimpiya qızıl medalını qazanaraq qış oyunları tarixində ən titullu idmançı oldu
16 Fevral 2026 10:58
“Barselona”dan tarixi REKORD: bir mövsümə 1 milyard qazandı
04 Sentyabr 2026 18:21
Baxış sayı:198
Bu xəbər 15 Fevral 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















