Tarixi sazişə yeni ölkələr qoşulacaq?
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə hələ hərbi əməkdaşlığa dair Məkkə sazişinə yeni ölkələri dəvət etməyi planlaşdırmır.
“Qafqazinfo” “Dawn” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistan Xarici İşlər Nazirliyi bildirib.
“Hazırda Məkkə sazişinin genişləndirilməsi ilə bağlı heç bir müzakirə aparılmır”, – deyə məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, üç ölkə ilk növbədə öz aralarındakı əməkdaşlığı daha da gücləndirməlidir, məhz bundan sonra isə təşkilat oxşar mövqeləri və baxışları bölüşən bütün dövlətlərin iştirakı üçün açıq olacaq.
Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə sazişini imzalayıblar. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə hücum bütün sənəd iştirakçılarına qarşı təcavüz kimi qiymətləndiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 10 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















