Icma.az
close
up
RU
TARİXİ ŞOK: Bu amerikan qəbiləsinin ataları türklər imiş… FOTO KONKRET

TARİXİ ŞOK: Bu amerikan qəbiləsinin ataları türklər imiş… FOTO KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hinduların (Qızıldərilinin) atalarının türklər olduğu iddiaları irəli sürülür. Çünki hər iki toplumun əfsanələri arasındakı bənzərliklər çox diqqət çəkir. Türklərlə Qızıldərililər arasındakı əfsanə bənzərlikləri, əl işi naxışları və söz oxşarlıqları, qədim dövrlərdə 12 heyvanlı təqvimin istifadə olunması, hər iki xalqın qohum olub-olmadığı mövzusunda araşdırmaçıların marağına səbəb olur.

Ötən ay ABŞ-ın Nyu-York şəhərində keçirilən “Türklərlə qızıldərililər arasında ortaq bağlar” adlı paneldə də iki millət arasında çox maraqlı bənzərliklərin olduğu bir daha ortaya çıxmış, bu barədə yazılmış kitab və aparılan elmi araşdırmalar da ortaq nöqtələri göz önünə sərir.

“Türk və qızıldərili mifologiyalarında insan–təbiət münasibəti”

Qızıldərililərdəki “təbiətə hörmət” anlayışının qədim türk inancında da mövcud olduğu bildirilən tezisdə,ə Orta Asiya və Sibirdən Bering boğazı vasitəsilə Amerika qitəsinə köç etmiş toplumların Şamanizmi bu bölgəyə gətirdiklərinin müxtəlif elmi araşdırmalarla ortaya qoyulduğu vurğulanır.

Xəstəliyə çarə tapmaq, xəstəlik zamanı bədəndən ayrılan qoruyucu ruhu geri qaytarmaq, qurbanları Tanrıya çatdırmaq kimi müxtəlif dini ayinləri icra edən şamanların hər iki toplumda da son dərəcə xüsusi bir yerə sahib olduqları qeyd edilir.Su inancı türklərdə və qızıldərilərdə eynidir

Suyun həyatverici gücünə və təmizləyiciliyinə olan inanc həm türk, həm də hindu mifologiyasında mövcuddur. Kaliforniya Maiduları və Uinton qızıldərililərinin mifologiyasında ölümün olmadığı bir zamanda insanların “həyat suyu”nda üzərək gəncliklərini geri qazandıqları bildirilir.

Türk mifologiyasında da “həyat suyu” bəzən ölüləri dirildən, xəstələri sağaldan, bəzən də qocalara gənclik bəxş edən bir vasitə kimi təsvir edilir.

Daşların da həm türk, həm də qızıldərili mifologiyasında müqəddəs sayıldığına diqqət çəkilir. Dakota qızıldərililəri ən qədim müqəddəs varlıq olduğuna inandıqları daşları buxar hamamlarında müalicə məqsədi ilə istifadə edir. Türk mifogiyasında da daşların şəfa məqsədilə istifadə olunmasına dair nümunələr mövcuddur.

“Ataların izi ilə” adlı əsərdə Yakutiyada (Saxa Sire) müqəddəs sayılan və xüsusi hörmət göstərilən “serge” adlı dirəklərin Şimali Amerika qızıldərili totemlərinə bənzədiyi qeyd edilir. Türklər və qızıldərililərdə şamanist inanclar içində heyvanların çox xüsusi və mühüm yerə sahib olduğu bildirilir.

Qəhrəmanlıq hekayələri

Türklərdə və hindularda qəhrəmanlıq anlayışı və qəhrəmanlıqlar nəticəsində qazanılan ləqəblər oxşarlıq göstərir.

Dədə Qorqud dastanında yer alan “Dəli Dumrul” ilə qızıldərililərin məşhur qəhrəmanı “Dəli at” arasındakı bənzərliyə diqqət çəkilir və hər iki toplumda “dəli” ləqəbinin “gözünü qırpmadan igidlik edən adam” mənasında istifadə olunduğu vurğulanır.

İnanc oxşarlıqları

Qazi Universiteti Sosial Elmlər İnstitutunda Nurhan Toprak tərəfindən 1998-ci ildə hazırlanmış başqa bir magistr işində də hər iki toplumun mifologiyaları arasındakı bənzərliklərə işarə edilir. Türklərin qədim dini olan Şamanizm ilə qızıldərililərin inancları arasındakı bənzərliklər belə sıralanır:

Göy Tanrı inancı – kainatı və insanı tək tanrının yaratdığına inanmaq

Tanrılar və ruhlar

Putlar və fetişlər

Yer–su tanrıları

Şamanların ayinləri idarə etməsi və pis ruhları qovması

Odun müqəddəsliyi və müqəddəs od ətrafında ayinlərin keçirilməsi

Şamanların ruhlarla əlaqə qurması

Müəyyən əsas ayin, mərasim və bayramların olması

Şamanların qurban edilən heyvanların daxili orqanlarına baxaraq gələcək haqqında yozumlar etməsi

Yağmurun müqəddəsliyi və yağmur duaları

Evlənmə və doğum ayinləri

Ölüm və ölü kultu

Ata ruhlarının müqəddəs sayılması

Tanrının istəklərini insanlara yuxular vasitəsilə bildirdiyinə inanmaq

Ağagül Mürsəlov,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Noyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri