Icma.az
close
up
RU
Mərdəkanda qanlı gecə: nələr və necə oldu? şahidin gözü ilə

Mərdəkanda qanlı gecə: nələr və necə oldu? şahidin gözü ilə

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Heç vaxt düşünməzdim ki, U-21-in oyunu bu dərəcədə dramatik keçər. Ötən gün 21 yaşadək futbolçularımız “Liv Bona Dea Arena”da şotland həmyaşıdları ilə oynadı, 6 qol vuruldu, qalib bəlli olmadı. Bəlkə də oyundan əvvəl hesabın 3:3 olacağını desəydilər, hamımız sevinərdik. Amma hadisələrin axarı elə gətirdi ki...

Meydanda futbol yox, döyüş gedirdi. Bir neçə dəfə dava-qırğına görə oyun dayandı. Kimin yumruğu kimin üzündə idi, bilinmirdi. Rəqibin oyunçuları ehtiyatda qalan futbolçularımızı belə qıcıqlandırmaq üçün əlindən gələni edirdi. Hesab 1:2 olanda rəqib qırmızı vərəqə aldı, dərhal hesabı bərabərləşdirdik. Gözləyirdik ki, üstünlük yığmamızın tərəfinə keçsin. Lakin oyun elə davam etdi ki, sanki azlıqda qalan tərəf biz idik. Elə oldu ki, şansımız hesabına əks-hücumda qol vurduq. Amma hesabı qoruya bilmədik. Rəqib 3-cü qolu vurandan sonra isə qapıçıları Ruarid Adams ehtiyat skamyasında olan futbolçularımızı, məşqçilər korpusunu qıcıqlandıran hərəkətlər etdi. Bu hadisə 4-cü hakimin gözü qarşısında baş verdi.
Son 5 dəqiqədə gərginlik son həddə çatmışdı. Matç bitəcəyindən sonra davanın qaçılmaz olduğu görünürdü. Belədə ümid yalnız polisə, təhlükəsizlik qüvvələrinə idi ki, onların da sayı çox deyildi. Referi final fitini verən ərəfədə hər iki tərəfin texniki zonasındakı futbolçular elə dayanmışdılar ki, finalda son penalti vuruşundan sonra sevinmək üçün meydançaya necə atılırlarsa, elə atılacaqları görünürdü. Belə də oldu. Amma sevinməyə yox, dava-dalaşa. Kütləvi dava-dalaşa. Bir sözlə, aləm dəydi bir-birinə. Xəyal əlini şüşəyə vurdu, qırdı. Öz əli qan içində oldu, hakim qırmızı vərəqə göstərdi.
Oyundan sonra bir neçə jurnalist Xəyal Əliyevi gözləyirdi ki, həm gözəl oyunu, həm də oyundan sonra başverənlər haqda fikrini öyrənsin. Axı 2 qol vurub, rəqibə bir qırmızı vərəqə aldırıb. Xəyal isə qaça qaça meydançanln içindən gedərək digər çıxışdan çıxdı. Əvəzində AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin baş mütəxəssisi Ağadadaşı az qala zorla gətirdi, həmkarlarım isə onun yox, Xəyalın gəlməsini tələb etdi. Ağadadaş açıqlama verməyəcəyini bilib sevincək, qaçaraq meydandan çıxdı.
Xəyal, niyə mediadan qaçırsan? Nə vaxta qədər qaçacaqsan? Etdiyin hərəkət nə dərəcədə düzgündü? Futbolçularımıza futbolu azdan-çoxdan öyrədə biliblər. Bəs mədəniyyət? Bu harda öyrədilir? Hansısa futbolçu almanı dişləyib yerə atmışdı. Özü də düz zibilqabının yanında. Ayıb deyilmi?
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri