Icma.az
close
up
RU
“Azərbaycan İran və Rusiya siyasətinə özünün müdafiə nöqtəsindən yanaşacaq” POLİTOLOQ

“Azərbaycan İran və Rusiya siyasətinə özünün müdafiə nöqtəsindən yanaşacaq” POLİTOLOQ

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Bakıda keçirilən İran, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü regionda geosiyasi əməkdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Üçtərəfli əməkdaşlığın genişlənməsi həm iqtisadi, həm də siyasi baxımdan yeni imkanlar aça bilər.

Bəs bu üçtərəfli görüşün regionun geosiyasi mənzərəsinə hansı təsirləri ola bilər?

Azərbaycanın xarici siyasətində bu format strateji əhəmiyyətini necə xarakterizə edəcək?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı vurğulayıb ki, üçtərəfli görüş regionun geosiyasi mənzərəsində əlbəttə ki, müsbət yöndə dəyişikliklərə səbəb ola bilər:

“Azərbaycana kriz, problemlər və yaxud da düşmən obrazlar lazım deyil. Bunun üçün də Azərbaycan tərəfinin müstəqilliyini əldə etməsindən sonra bütün dünya dövlətləri ilə xarici siyasət üçün önəmli olan faktor — istər anti-Azərbaycan olsun, istər dost ölkələr olsun, istər rəqib ölkələr olsun — fərq etməz, hər kəslə bərabər hüquqlu, qarşılıqlı ehtimada əsaslanan və birinin digərinə hörmət prinsiplərinə söykənən iqtisadi, siyasi, demək olar ki, bütün sahələrdə əlaqələri genişləndirməkdən ibarət idi.

Bu da ona hesablanırdı ki, Azərbaycana kriz, problemlər və yaxud da düşmən obrazlar lazım deyil. Əksinə, ölkəmiz xarici siyasətində əməkdaşlıq edəcək və bu sahədə artıq həm iqtisadi, həm siyasi, həm də mədəni, texnoloji sahələrdə ona əlavə dividendlər qazandıracaq bir mühitin formalaşdırılması idi.

Azərbaycan Avropa ilə münasibətləri bu şəkildə inkişaf etdirdi. Türkiyə ilə münasibətlərimiz bu siyasətin nəticəsində hətta bu gün qardaşlıq nümunəsinə çevrildi. Uzaq Çinlə də bu sahədə əməkdaşlıq mümkün oldu və s. və ilaxır. Amma təəssüf ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdən bu günə qədər Rusiya və İran bir mənalı olaraq Azərbaycanın müstəqil xarici siyasət yeritməsini qəbul edə bilmir və sanki bir qısqanclıq nümayiş etdirir.

Bu da ondan irəli gəlir ki, həm İran, həm Rusiya imperial nöqtədən dayanıb xarici siyasətlərinə bu nöqtədən yanaşırlar və Azərbaycanı özlərinin regional maraqları üçün təhlükə kimi dəyərləndirirlər. Əlbəttə, bu siyasətin mənfi təsirlərini biz regional əməkdaşlıq mühitinin pozulmasında və hər tərəfə — həm Azərbaycan, həm İran, həm də Rusiya üçün əlavə iqtisadi dividendlər gətirəcək önəmli layihələrin axısamalarında müşahidə edirik.

Bu gün həmin o axsamaların aradan qaldırılması üçün addımlar atılır və mən düşünürəm ki, tərəflər səmimi olsa, yenə də kimsə öz imperial maraqlarından çıxış edərək hüququndan, layiq olduğundan daha çoxunu, haqqı olandan daha çoxunu tələb etməzsə, bu halda biz əlavə faydalı nüanslardan danışa bilərik və gələcəkdə bunun da şahidi ola bilərik”.

Politoloqun sözlərinə görə İran, Rusiya və bəlkə də Azərbaycan öz imperial maraqlarından yanaşmağa davam etsələr, əlavə üstünlüklərdən, əlavə dividendlərdən danışa bilməyəcəyik, hətta bunları görə də bilməyəcəyik:

“Əksinə, Azərbaycan tərəfi haqlı olaraq yenə də İran və Rusiya siyasətinə özünün müdafiə nöqtəsindən yanaşacaq. Bu da istənilən halda həm iqtisadi, həm də siyasi sahədə faydalılıq əmsalını geri salacaq”.

Gülxanım Əliyeva

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Oktyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri