Icma.az
close
up
RU
Tarixi Zəfərdən yeni hədəflərə ŞƏRH

Tarixi Zəfərdən yeni hədəflərə ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin xüsusiyyətlərini əks etdirən mühüm hadisələrdən biridir. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultayın əsas xüsusiyyəti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilməsi idi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı da məhz bu yeni reallıq fonunda Azərbaycanın keçdiyi yol və qarşıda duran vəzifələr üzərində qurulmuşdu.

Qurultayda diqqət çəkən əsas məqamlardan biri YAP-ın tarixi missiyasına verilən qiymət idi. İlham Əliyev partiyanın yaradılmasını Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyətindən çıxış yollarının axtarıldığı bir dövrün mühüm hadisəsi kimi xarakterizə edib. YAP-ın fəaliyyətinin Heydər Əliyevin dövlətçilik konsepsiyası ilə bağlılığı və bu siyasi xəttin sonrakı mərhələdə davam etdirilməsi çıxışın əsas istiqamətlərindən birini təşkil edib.
Prezidentin çıxışında Azərbaycanın əldə etdiyi tarixi nəticələrin yeni siyasi və iqtisadi imkanlar yaratdığı vurğulanıb. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə ölkənin qarşısında yeni vəzifələr yaranıb. Artıq əsas məsələlərdən biri əldə edilmiş nəticələrin möhkəmləndirilməsi və ölkənin inkişafının növbəti mərhələsinin təmin edilməsidir.
Bu mərhələdə təhlükəsizlik məsələsi də xüsusi əhəmiyyət daşıyır. İlham Əliyev hərbi gücün artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qeyd edib. Bununla yanaşı, müasir dövrdə təhlükəsizlik anlayışının yalnız hərbi sahə ilə məhdudlaşmadığına diqqət çəkilib. İnformasiya məkanı, sosial media, kiberhücumlar və süni intellektin yaratdığı yeni imkanlar ideoloji və informasiya təhlükəsizliyinin də aktuallığını artırır.
Çıxışda iqtisadi inkişaf və sosial rifah məsələləri də geniş yer tutub. Prezident sosial ödənişlərin artırılması, minimum əməkhaqqı və pensiyaların yüksəldilməsi ilə bağlı gözləntiləri açıqlayıb. Bu yanaşma sosial siyasətin iqtisadi inkişafla paralel aparılmasının vacibliyini göstərir. İqtisadi dayanıqlığın möhkəmləndirilməsi isə Azərbaycanın müstəqil siyasət yürütməsi üçün əsas amillərdən biri kimi təqdim olunur.
Azərbaycanın regional nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də çıxışın mühüm mövzularından olub. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən layihələr ölkənin tranzit potensialının artırılması baxımından əhəmiyyət daşıyır. Bu istiqamət Azərbaycanın coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsi siyasətinin mühüm hissəsidir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası isə yeni mərhələnin ən mühüm istiqamətlərindən biri olaraq qalır. Qurultayda həmin ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və Böyük Qayıdış prosesi barədə məlumat verilib. Yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun yaradılması və əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıtması uzunmüddətli dövlət proqramlarının əsas istiqamətlərindəndir.
VIII Qurultay YAP-ın təşkilati inkişafı baxımından da əhəmiyyətli qərarlarla yadda qalıb. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər edilib, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib. Bu qərarlar partiyanın qarşıdakı dövrdə fəaliyyətinin təşkilati baxımdan yenilənməsi ilə əlaqələndirilir.
Yeni mərhələdə siyasi təşkilatların qarşısında cəmiyyətlə kommunikasiya, gənclərlə iş, informasiya mühitində fəallıq və ictimai proseslərə çevik münasibət kimi məsələlər də dayanır. Xüsusilə rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə siyasi fəaliyyətin ənənəvi üsullarla məhdudlaşmaması, yeni kommunikasiya vasitələrindən səmərəli istifadə edilməsi əhəmiyyət qazanır.
İlham Əliyevin VIII Qurultaydakı çıxışının ümumi məzmununu bir neçə əsas istiqamətdə ümumiləşdirmək mümkündür: dövlətçilik xəttinin davamlılığı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, təhlükəsizlik potensialının artırılması, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası.
VIII Qurultay Azərbaycanın artıq fərqli siyasi və geosiyasi reallıqda fəaliyyət göstərdiyini nümayiş etdirən tədbirlərdən biri kimi diqqət çəkir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər göstərir ki, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra qarşıda duran əsas məsələ əldə edilmiş nəticələrin davamlı inkişaf üçün möhkəm təmələ çevrilməsidir.
Bu baxımdan qurultayın əsas məzmununu keçmişin qiymətləndirilməsi ilə gələcəyin vəzifələrinin əlaqələndirilməsi kimi ifadə etmək mümkündür. Yeni mərhələnin gündəliyində təhlükəsizlik, iqtisadi dayanıqlıq, sosial rifah, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, insan kapitalının inkişafı və Azərbaycanın regional imkanlarının genişləndirilməsi kimi məsələlər ön plana çıxır.

Aydın Rəşidli

YAP Füzuli rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri