Icma.az
close
up
RU
Tarixi Zəfərdən tərəqqi və quruculuq dövrünə inamlı baxış

Tarixi Zəfərdən tərəqqi və quruculuq dövrünə inamlı baxış

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


​Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri Azərbaycanın dövlətçilik tarixində yeni və mühim bir mərhələnin başlanğıcını nümayiş etdirdi. Səfər çərçivəsində Azərbaycan Televiziyasına verilən geniş müsahibə təkcə regionun gələcək inkişaf perspektivlərini deyil, həm də bütövlükdə ölkəmizin daxili və xarici siyasətində əldə olunan möhtəşəm nailiyyətləri hərtərəfli şəkildə ehtiva etdi. Dövlət başçısının bu müsahibəsi son illərdə Azərbaycanın qazandığı tarixi uğurların təhlili və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm strateji sənəd təsir bağışlayır.
​Müsahibədə xüsusi olaraq vurğulanan əsas məqamlardan biri Azərbaycan dövlətinin yürütdüyü müstəqil, qətiyyətli və uzaqgörən daxili siyasətdir. Son illər ərzində ölkə daxilində həyata keçirilən irimiqyaslı islahatlar, sosial-iqtisadi layihələr və regionların balanslı inkişafı strategiyası Azərbaycanı qlobal miqyasda ən dayanıqlı dövlətlərdən birinə çevirib. Xüsusilə Naxçıvan Muxtar Respublikasında son dövrlər aparılan intensiv abadlıq-quruculuq işləri, enerji təhlükəsizliyinin təmin olunması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və iqtisadi potensialın reallaşdırılması istiqamətində görülən işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bir daha sübut edir. Naxçıvanın Azərbaycanın ümumi iqtisadi sisteminə daha sıx inteqrasiya olunması, təhlükəsizlik və infrastruktur sahəsində atılan addımlar dövlət quruculuğu prosesinin nə qədər sistemli və düşünülmüş şəkildə aparıldığının əyani sübutudur.
​Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl xarici siyasət isə Azərbaycanın beynəlxalq nüfuzunu zirvələrə qaldırıb. Ölkəmiz qlobal müstəvidə müstəqil mövqe sərgiləyərək, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, eyni zamanda öz milli maraqlarını qətiyyətlə qoruyan etibarlı tərəfdaş kimi tanınır. 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərində əldə olunan tarixi Zəfər Azərbaycanın xarici siyasətində yeni reallıqlar yaratdı. Bu gün regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında əsas söz sahibi olan Azərbaycan, qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurur. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər, Naxçıvanın blokadadan çıxarılması prosesi və ümumilikdə Türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi xarici siyasətimizin prioritet istiqamətlərindən biri kimi müsahibədə xüsusi vurğulandı.
​Cənab Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər bir həqiqəti də açıq şəkildə ortaya qoyur: güclü iqtisadiyyat, qüdrətli ord və sağlam daxili siyasət uğurlu xarici siyasətin təməlidir. Azərbaycan bu gün regionda və dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda özünün milli maraqlarını mükəmməl şəkildə qorumağı bacarır. Dövlət başçısının qətiyyəti və siyasi iradəsi sayəsində həyata keçirilən nəhəng layihələr, o cümlədən işğaldan azad edilmiş ərazilərdə sürətlə aparılan Böyük Qayıdış proqramı və Naxçıvanın inkişafı istiqamətindəki tədbirlər Azərbaycanın qüdrətini daha da artırır.
​Naxçıvandan səslənən bu mesajlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı və dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında parlaq gələcəyə doğru inamla irəliləyir, qarşıya qoyulan bütün strateji məqsədlərə qətiyyətlə nail olur.
Orxan Baxşəliyev
YAP Yevlax rayon təşkilatının fəalı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Avqust 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri