Icma.az
close
up
RU
Tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş Qələbənin işığında mövzusunda tədbir keçirilib

Tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş Qələbənin işığında mövzusunda tədbir keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş "Qələbənin işığında" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, şəhid ailələrinin üzvləri, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zəfər bayramının hər birimiz üçün ən əziz və qürurverici bayramlardan biri olduğunu deyən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, dövlət başçısının rəhbərliyi ilə müharibə əlilləri, şəhid ailələri veteranlarının sosial təminatı məqsədilə çox geniş proqramlar həyata keçirildiyini diqqətə çatdırıb. Nazir həmin proqramların ildən-ilə genişləndiyini qeyd edib: "Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 132 min şəxsə 400 mindən çox xidmət göstərilib. Həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinət və təqaüdlər orta hesabla 2 dəfədən çox artırılıb. Bu dövr ərzində şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə 6900-ə yaxın mənzil verilib. 11 min nəfərə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib. Həmin kateqoriyadan olan vətəndaşların məşğulluğu da daim diqqət mərkəzindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq, bu proqramları davam etdirəcəyik.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi inkişafda olan mərkəzdir. Mərkəzdə həssas kateqoriyalardan olan şəxslərə, o cümlədən şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və övladlarına müxtəlif xidmətlər təqdim olunur. Bu qəbildən olan şəxslərin bilik və bacarıqlarının artırılması üzrə işlər aparılır. Hazırda mərkəzin 225-ə yaxın benefisiarı var. Mərkəz həssas qruplarla birgə öz fəaliyyətini davam etdirəcək".

Tədbir bədii hissə ilə davam etdirilib, şəhid övladlarının çəkdiyi fotolardan ibarət sərgi nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri