Icma.az
close
up
RU
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş Qələbənin işığında adlı tədbir keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş Qələbənin işığında adlı tədbir keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş "Qələbənin işığında" adlı tədbir keçirilib. 

"Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil olunan tədbirdə hökumət rəsmiləri, millət vəkilləri,   şəhid ailələrinin üzvləri, müharibə veteranları, incəsənət xadimləri iştirak ediblər. 

Tədbirdən əvvəl iştirakçılar Mərkəzin müxtəlif studiyalarında hazırlanan, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş əl işləri ilə tanış olublar. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərin xalqımızın əbədi qürur mənbəyi olduğunu vurğulayıb. Nazir şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inklüziv cəmiyyətin inkişafında mühüm rolunu, əlilliyi olan və digər həssas qruplara aid şəxslərin istedad və bacarıqlarının təkmilləşdirilməsində, cəmiyyətə tanıdılmasında xüsusi önəmini qeyd edib.

"Qələbənin işığında" inklüziv layihəsinin də Mərkəzdəki həssas qruplara aid istedadlı şəxslərin yaradıcı potensialını üzə çıxarmaq və cəmiyyətə tanıtmaq məqsədi daşıdığı bildirilib.  

Sonra Mərkəzin təlimçi və benefisiarları, həmçinin tanınmış incəsənət xadimlərinin ifasında və İnklüziv Ansamblın müşayiəti ilə Zəfərə həsr olunmuş konsert proqramı təqdim edilib. 

Mərkəzin həssas qruplardan olan üzvlərinin əməkdar artistlər Sevda Ələkbərzadə, Nurlan Növrəsli, Emil Əfrasiyab və Abbas Bağırov, Avroviziya təmsilçisi Elnur Hüseynov, Muğam Televiziya Müsabiqəsinin qalibi Mirələm Mirələmov, müğənni Murad Arif ilə eyni səhnəni bölüşərək təqdim etdikləri ifalar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri