Icma.az
close
up
RU
Tarixin daş möhürləri...

Tarixin daş möhürləri...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycanda xalqımızın yaratdığı abidələrə münasibətdə mədəni irs soyqırımı həyata keçirilib

Tarix boyunca xalqımız çətin yol keçib, zaman-zaman ədalətsizliklərlə üzləşib. Belə haqsızlıqlardan biri də ayrı-ayrı güc mərkəzlərinin məkrli ssenariləri əsasında tarixi ərazilərimizin  ermənilərə verilməsidir. Faciələrimiz yalnız torpaqlarımızın itirilməsi, sərhədlərimizin daralması ilə bitməyib. Qərbi Azərbaycanda məskunlaşan ermənilər həm də burada xalqımızın əsrlər boyunca yaratdığı abidələrə münasibətdə,  sözün əsl mənasında, mədəni irs soyqırımı həyata keçiriblər.

Fəqət, abidələrin də yaddaşı var. Tarixin daş möhürləri sayılan abidələr izləri ermənilərə deyil, azərbaycanlılara doğru aparır...

Tarixi ədalətsizlik...

Hər şey ötən yüz illiyin əvvəllərində imperiya mərkəzlərinin əli ilə tarixi ədalətsizliyə yol verilməsindən, yəni Qərbi Azərbaycana ermənilərin köçürülməsindən və burada Ermənistan adlı dövlətin yaradılmasından başlayıb. Məlumdur ki, ermənilər İrəvanı “Erabuni” kimi qələmə verməklə 1968-ci ildə onun 2750 illiyini, 2018-ci ildə isə 2800 illiyini qeyd ediblər. Lakin bu, saxta tarixdir. 2018-ci ildə İrəvanın ermənilərə peşkəş edilməsinin yüz ili tamam olub.

Bəli, ilk mərhələdə İrəvan ermənilərə verilib. İmperialist güc mərkəzlərinin planlarında türk coğrafiyasının  pozulması hədəf kimi qarşıya qoyulmuşdu. Beləliklə, ermənilər maraqlı dairələrin maşası rolunu icra edəcəkdilər. Onların yerləşdirilməsi və erməni dövlətinin qurulması məqsədilə  tarixən azərbaycanlılar yaşamış İrəvan şəhəri və ətraf ərazilər  müəyyənləşdirilmişdi. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti güzəştə gedərək İrəvanın ermənilərə verilməsi planı ilə razılaşdı. Bu cinayətə bərabər bağışlanmaz bir günah idi. Çünki bundan ruhlanan ermənilər və onların havadarları xalqımızdan yeni-yeni torpaqlar qoparmaq həvəsinə düşdülər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər.

Bütövlükdə, xalqımıza qarşı tarixi ədalətsizlik bir neçə mərhələdə reallaşdırılıb.  XIX əsrin əvvəllərində imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə azərbaycanlıların deportasiya siyasətinin əsası qoyulub. Xüsusilə də 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib.

Soydaşlarımızın sonuncu dəfə deportasiyaya məruz qaldıqları 1988-1991-ci illərdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qalıblar.

Tarixi abidələr - Qərbi Azərbaycanda milli kimliyimizin nişanələri 

Azərbaycan xalqı yaradıcı xalqdır. Saxta tarix yazmaqla “qədim” xalq olduqları barədə miflər uyduran ermənilərdən fərqli olaraq bizim tariximiz daş abidələrdə yazılıb. Bu, Qərbi Azərbaycanda da belədir.  Keçmişdə nəşr olunan kitablarda, xəritələrdə indiki Ermənistan ərazisindəki yaşayış məntəqələrinin, çayların, göllərin, dağların adları istisnasız olaraq Azərbaycan mənşəlidir. Sonradan bu adlar məqsədli şəkildə erməniləşdirlib və onlara qondarma adlar verilib.

Qərbi Azərbaycan ərazisində xalqımız milli-dini kimliyinin nişanəsi olaraq çoxlu sayda daş abidələr yaradıblar. Bu abidələrin bir qismi xristian udi keçmişimizə aid olsa da, böyük qismi İslam dininin qəbul edilməsindən sonrakı dövrdə yaradılıb. Soydaşlarımız harada yaşamalarından asılı olmayaraq İslam dininə etiqad göstərməklə yanaşı, bu mədəniyyətin zənginləşməsinə də öz töhfələrini veriblər. Yuxarıda qeyd etdiyimiz deportasiyalardan əvvəlki mərhələlərdə indiki Ermənistan ərazisində də İslam dini ilə bağlı böyük icma mövcud olub və bu icma tərəfindən  müxtəlif ünvanlarda çoxlu sayda ibadət ocaqları, məscidlər yaradılıb. Arxiv sənədlərinə əsasən  1888-ci ildə İrəvan quberniyasında 210 məscid, 1902-ci ilin məlumatına əsasən isə 310 məscid olub. 1889-cu ilədək İrəvan və İrəvan quberniyasında müsəlmanlara xidmət göstərən 49 ruhani dairəsi mövcud olub. 1891-ci ildə İrəvan şəhərində 8 məscid, 11 dairə olub, qəzalarda isə məscidlərin sayı 37-yə çatmışdı.

Xüsusilə ermənilər tərəfindən tamamilə yer üzündən silinən İrəvan qalası 60-dək bürcü ilə arxitektura baxımından Şərqin, türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri kimi tanınır. Qaladakı Sərdar sarayı, Sərdar məscidi, XVII əsrin nadir memarlıq abidəsi olan Göy məscid səyyahları həmişə heyran qoymuşdur. Qalada daha yeddi məscid fəaliyyət göstərib. İrəvan qalasından söz açan bir çox səyyahların işlətdikləri Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar kimi toponimlər şəhərin məhz azərbaycanlı mirasına sahiblik etdiyini təsdiqləyən önəmli göstəricidir.

900-dən çox tarix və mədəniyyət abidəsi vəhşicəsinə dağıdılıb

Ermənistanda azərbaycanlılara məxsus tarixi izlərin məqsədli şəkildə yox edilməsi dövlət səviyyəsində sistemli şəkildə həyata keçirilən bir siyasətdir. “Deportasiya” sözü yalnız soydaşlarımızın qurub-yaratdıqları evlərdən çıxarılması və köçürülməsi anlamında qəbul edilməməlidir. Tarixi ərazilərimizdən soydaşlarımızın zorla çıxarılması ilə paralel şəkildə, həm də tarixi-mədəni irsimizə qəsd edilib.  İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə  digər mənşəli abidə kimi “yenidən təmir edilib”. Dağıdılmış abidələr arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi də var. Həmçinin  İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.

Siyahı kifayət qədər uzundur. Bütövlükdə 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. Ermənistanın siyasi rəhbərliyinin göstərişi ilə Zəngəzur vilayətinin Qafan, Mehri, Xot, Şinuayr, Əlidərə inzibati yaşayış məntəqələrində viran qoyulmuş 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır.

Unutsaq, unudularıq - mədəni irs soyqırımlarının sənədləşdirilməsi

Tarixi yurd yerlərimizin, oradakı mədəni irs nümunələrinin ölməz ruhu həmişə bizləri özünə çəkir. Biz tariximizi, yurd yerlərimizi, milli-dini kimliyimizin nişanələri olan mədəni irs nümunələrimizi  unutmuruq. Çünki unutsaq, unudularıq. Hazırda Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma - “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində nəfis tərtibatla çap edilib. İlk nəşrin təqdimatı 24 iyun 2025-ci ildə baş tutub.

Seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub. I, II, III hesabatlarda Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlılara məxsus qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr öz əksini tapacaq.

Kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir.

Tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid Amerika Birləşmiş Ştatlarının kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Aprel 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see334

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see247

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see227

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see224

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see209

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see208

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see207

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see207

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see204

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see193

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see174

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see174

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see173

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see169

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see167

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see167

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see167

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see167

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see163

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri