Icma.az
close
up
RU
Tarixin dönüşünü dəyişən lider ŞƏRH

Tarixin dönüşünü dəyişən lider ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tarix bəzən xalqları amansız sınaqlar qarşısında qoyur: ya dövlət kimi dünya xəritəsindən silinmək, ya da bütün çətinliklərə sinə gərib öz taleyini yenidən yazmaq. 1990-cı illərin əvvəllərində Azərbaycan məhz bu iki yolun ayrıcında idi. 1993-cü ilin 3 oktyabrı isə xalqımızın öz gələcəyini, müstəqilliyini və milli mənliyini xilas etdiyi, müasir tariximizin ən parlaq dönüş nöqtəsidir.

1991-ci ildə SSRİ-nin süqutu ilə müstəqilliyini bərpa edən Azərbaycan azadlığın sevincini yaşamağa macal tapmadan ağır və dağıdıcı fəlakətlərlə üzləşdi. Dövlət idarəçiliyindəki səriştəsizlik, siyasi hərc-mənclik, iqtisadiyyatın tamamilə iflic olması və daxili çəkişmələr ölkəni fəlakətə doğru sürətlə sürəyləyirdi. Mərkəzi hakimiyyətin zəifliyi nəticəsində dövlət mexanizmi işləmir, qanunun aliliyi tamamilə pozulmuşdu. Eyni zamanda, Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlarımız bir-birinin ardınca işğal olunur, yüz minlərlə soydaşımız öz doğma yurdundan didərgin düşərək məcburi köçkün vəziyyətinə düşürdü. Ölkə daxilində isə müxtəlif qanunsuz silahlı dəstələr hakimiyyət uğrunda mübarizə aparır, mərkəzi hakimiyyətə tabe olmaqdan açıq-aşkar imtina edirdilər.

1993-cü ilin iyun ayında Gəncədə baş verən qanlı hadisələr böhranı kulminasiya nöqtəsinə çatdırdı. Ölkədə vətəndaş müharibəsi alovlanmaqda, respublika cənub və şimal bölgələrində separatçı qüvvələr tərəfindən parçalanmaq təhlükəsi ilə üz-üzə qalmaqda idi. Azərbaycan adının müstəqil dövlət kimi xəritədən silinməsi artıq an məsələsinə çevrilmişdi.

Məhz belə bir dəhşətli məqamda Azərbaycan xalqı öz tarixi müdriklik missiyatını nümayiş etdirərək tək bir ümid ünvanına üz tutdular: böyük dövlət xadimi, zəngin idarəçilik təcrübəsinə malik olan Heydər Əliyevə.

1993-cü il iyunun 9-da xalqın təkidli tələbi və dəvəti ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev zəka, cəsarət və təmkinlə prosesləri nəzarət altına aldı. İyunun 15-də Ali Sovetin sədri seçilən Ulu Öndər qardaş qırğınının qarşısını aldı, ölkəni parçalanmaqdan xilas etdi. Bu mürəkkəb gedişatın həlledici məqamında, Vətənin və millətin taleyinin tərəzidə olduğu bir vaxtda Ümummilli Lider öz tarixi missiyasını bəyan edərək bildirmişdi: "Mən bu çətin günlərdə xalqımın yanında olmamağı özüm üçün bağışlanmaz günah hesab edərdim. Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır."

Bu qətiyyətli sözlər təkcə bir liderin andı deyil, həm də naümidsizlik içində çırpınan xalqın qəlbinə səpilən inam toxumu oldu. Ulu Öndərin bu tarixi addımı ölkədə xaosun qarşısını kəsərək, dövlətçiliyin legitimləşdirilməsi və siyasi sabitliyin bərqərar olunması yolunda ilk böyük keçid nöqtəsinə çevrildi.

Xalqın bu böyük inamı və dəstəyi 1993-cü il oktyabrın 3-də keçirilən ümumxalq prezident seçkilərində öz məntiqi və şanlı yekununu tapdı. Bu seçkilər Azərbaycanın müasir tarixinin ən parlaq və həlledici səhifələrindən birinə çevrildi. Seçki məntəqələrinə axışan yüz minlərlə insan sadəcə dövlət başçısını seçmirdi; onlar öz gələcəklərinə, övladlarının təhlükəsizliyinə və müstəqil dövlət ideyasına səs verirdilər. Seçicilərin 98,8 faizinin səsini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu qələbə xalqın öz liderinə olan sonsuz inamının, milli həmrəyliyinin və sarsılmaz iradəsinin rəsmi təsdiqi idi. 10 oktyabr tarixində keçirilən andiçmə mərasimində Ulu Öndər müqəddəs Qurani-Kərimə və Azərbaycan Konstitusiyasına əl basaraq ölkəni işıqlı gələcəyə aparacağını bütün dünyaya bəyan etdi.

3 oktyabr seçkilərindən sonra Heydər Əliyev ölkəni addım-addım dirçəldən nəhəng və hərtərəfli islahatlar proqramına başladı: Dağınıq, siyasiləşmiş və pərakəndə silahlı dəstələr ləğv edildi. Vahid komandanlığa tabe olan, yüksek intizama və peşəkarlığa malik nizami Milli Ordu formalaşdırıldı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycan dünya iqtisadi xəritəsində etibarlı və strateji tərəfdaşa çevrildi. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əsası qoyuldu, gəlirlər ölkənin infrastrukturunun yenidən qurulmasına yönəldildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edildi, mətbuatda senzura aradan qaldırıldı və Ombudsman təsisatı yaradıldı. Azərbaycan dilinin və mənəvi dəyərlərin qorunması dövlət siyasətinin prioritetinə çevrildi, xaricdə kadr hazırlığına geniş imkanlar açıldı.

1993-cü ilin 3 oktyabrında başlayan böyük dövlətçilik yolu təkcə iqtisadi və siyasi islahatlarla məhdudlaşmırdı. Bu yolun görünməyən, amma hər bir azərbaycanlının qəlbində döyünən ən ali məqsədi işğal olunmuş torpaqlarımızın qurtuluşu, Qarabağımızın və Şuşamızın azad edilməsi idi. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu və gələcək nəsillərə saxladığı müqəddəs vəsiyyəti də məhz bu idi. 3 oktyabr 1993-cü il tarixi yalnız o dövrün böhranlarını həll etmadı, həm də gələcək böyük zəfərlərimizin təməl daşını qoydu. Ümummilli Liderin müəyyən etdiyi uzaqgörən inkişaf strategiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə və çağırışlarına uyğun olaraq ustalıqla davam etdirildi. Onilliklər boyu toplanan iqtisadi güc, diplomatik üstünlük, cəmiyyətdəki sarsılmaz milli həmrəylik və ən əsası vuruşqan, vətənpərvər ruhda yetişən gənclik 2020-ci ilin 44 günlük Vətən müharibəsində öz bəhrəsini verdi. Azərbaycan 30 illik həsrətə son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

2020-ci il noyabrın 8-də Azərbaycan xalqına Şuşanın azad olunması xəbərini verərkən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət etdikdən sonra dediyi bu təsirli sözlərlə tarixi ədalətin və ata vəsiyyətinin yerinə yetirildiyini bütün dünyaya bəyan etdi:

"Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, büyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözün aydın olsun dünya azərbaycanlıları!" Bu tarixi kəlamlar göstərdi ki, 1993-cü il oktyabrın 3-də təməli qoyulan dövlətçilik xətti təkcə ölkəni böhrandan çıxarmaqla qalmamış, həm də iki nəslin, iki liderin qətiyyəti ilə Vətən müharibəsindəki möhtəşəm Zəfərə qədər ucalmışdır.

Bu gün Xankəndidə, Şuşada, Laçında və Xocalıda qürurla dalğalanan üçrəngli bayrağımızın kökündə məhz 1993-cü ilin 3 oktyabrında atılmış o cəsarətli, müdrik və tarixi siyasi addım dayanır. 3 oktyabr - xalqın öz xilaskarına güvəndiyi, dövlətçiliyimizin yenidən doğulduğu şərəf və qürur günüdür.

Yalçın Əliyev

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see174

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see152

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see145

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see145

Cənubi Qafqazda “Putin Yolu” layihəsi

29 Sentyabr 2026 11:52see144

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see143

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see143

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see143

Bakıda 3 böyük obyekt hərraca çıxarılır

29 Sentyabr 2026 12:06see142

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see141

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see141

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see140

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see140

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see140

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see140

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see137

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see128

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see128

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see128

Zidan 16 illik Fransa rekorduna imza atdı

29 Sentyabr 2026 12:09see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri