Icma.az
close
up
RU
Xaosdan sabitliyə gedən yol Tarixin axarını dəyişən lider

Xaosdan sabitliyə gedən yol Tarixin axarını dəyişən lider

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

XX əsrin siyasi səhnəsində çox adlar görünmüş, çoxu isə zaman keçdikcə sükuta qərq olubr. Amma, Heydər Əliyev haqqında danışanda insan adi bir dövlət xadimindən deyil, tarixlə iradənin qovşağında formalaşmış bir şəxsiyyətdən bəhs etdiyini hiss edir. Onun həyatı yalnız dövlət idarəçiliyi yox, həm də taleyin müxtəlif sınaqları qarşısında milli yaddaşın dayanma gücünün hekayəsidir.

Heydər Əliyev Azərbaycanı gözləri ilə deyil, daxilən görən lider idi. O, hər dəfə nitq söyləyəndə sanki ölkənin gələcəyinin xəritəsini sözlərlə cızırdı. İnsanların onunla bağlı ən çox xatırladığı cəhət nizam-intizam deyil, qərarlarının arxasında dayanan soyuqqanlı hesablama və içində gizlənən milli məsuliyyət idi. Onu digər siyasətçilərdən fərqləndirən məhz duyğu ilə hesablamanın balansı idi.

Onun strateq olduğunu göstərən ən maraqlı məqamlardan biri qərar qəbul edərkən təkcə bir günün yox, gələcək onilliklərin nəticələrini düşünməsidir. Azərbaycanın müstəqilliyinin ən çətin illərində o, xaosun ortasında sakit, lakin dönməz iradə nümayiş etdirərək dövlətin dağılmasının qarşısını alan mühüm sütuna çevrildi. Heydər Əliyev daim millətin təhlükəsizliyi üçün daim çalışan bir şəxs idi.

Onu təkcə hakimiyyət adamı kimi təsəvvür etmək yanlışdır. O, insan psixologiyasını dərindən anlayan nadir liderlərdən biri idi. Söhbət edərkən qarşısındakı şəxsə yalnız vəzifəsi üçün yox, bir insan kimi baxmağı bacarırdı. Sanki hər kəsin xarakterini bir baxışda oxuyurdu. Bu, çoxlarının müşahidə etdiyi, lakin izah edə bilmədiyi bir xüsusiyyət idi.

Heydər Əliyevin həyatının ən dramatik tərəfi isə onun özünə məxsus daxili intizamı idi. O, şöhrət üçün yox, sabitlik üçün çalışırdı, nitqləri alqış toplamaq üçün deyil, gələcək nəsillərə yol göstərmək üçün idi. Azərbaycan onun üçün siyasi arenadakı rol yox, həm yaddaş, həm mənəvi borc, həm də ömrünə yük etdiyi böyük məsuliyyət idi.

Bu gün də Azərbaycanda sabitlikdən, dövlətçilikdən danışanda onun adı cümlələrin içindən boylanır. Çünki Heydər Əliyev təkcə tarixdə yox, institusiyalarda, düşüncə tərzində, insanların dövlətə baxışında yaşayır. Bəzən liderlər ölkəyə uyğunlaşır, bəzən isə ölkə liderin nəfəs ritminə. Azərbaycan üçün ikinci hal keçərli idi.

Heydər Əliyev bir insanın taleyi ilə bir millətin taleyinin necə üst-üstə düşə biləcəyini ən canlı göstərən simalardan biridir.

İslam
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Dekabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri