Icma.az
close
up
RU
“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

İyunun 12-14-də Gənclər və İdman Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi keçirilib.

Metbuat.az xəbər verir ki, düşərgə çərçivəsində iştirakçılara “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Bəxtiyar Əliyev tərəfindən “Kommunikasiya və ictimai çıxış” mövzusunda, təlimçi Cəsur Mədətzadə tərəfindən komanda quruculuğu mövzusunda, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov tərəfindən İnnovasiya və Süni İntellekt mövzularında və təlimçi Raul Abbaszadə tərəfindən “Qərbi Azərbaycan – Qayıdış Konsepsiyasının müddəaları” mövzusunda təlimlər keçirilib.

Düşərgədə həmçinin Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil ağacı” adlı sənədli filmin nümayişi olunub və “ASAN Könüllüləri” Təşkilatının əməkdaşı Leyla Babaşova tərəfindən ərazi üzrə xəzinə intellektual oyunu keçirilib.

Düşərgənin sonunda bağlanış mərasimi keçirilib və bütün iştirakçılar sertifikatlarla təltif olunub.

Qeyd edək ki, düşərgənin əsas məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları və Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması, onların proqram əsaslı fəaliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında sistemli şəkildə təbliğində gənclərin fəallığının təşviq edilməsi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 İyun 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri